Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   2   3   4   5   6   7   8   9   ...   39
304 felsefe m N9dialektika eyani

Dialektika obyektiv və 
subyektiv dialektika
olmaqla 
iki yerə bölünür

Obyektiv dialektika
insan şüurundan 
xaricdə və ondan asılı olmadan mövcud olan varlığın özünün dialektikası, subyektiv 
dialektika isə obyektiv dialektikanın subyekt, insan, bəşəriyyət tərəfindən fərdi və 
ictimai şüurda əks olunmasıdır. 
Fəlsəfi elm olmaq etibarilə dialektika inkişaf edən və getdikcə dolğunlaşan biliklər 
sistemidir. Bu sistemin əsasını müəyyən prinsiplər, qanunlar və kateqoriyalar təşkil edir. 
Dialektikanın prinsipləri onun əsasını təşkil edən başlanğıc müddəalardır. Dialektikanın 
əsas prinsipləri bunlardır: 
hadisələrin ən ümumi əlaqəsi prinsipi, obyektivlik prinsipi, 
inkişaf prinsipi, determinizm prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi 
prinsipi, nəzəriyyə ilə praktikanın vəhdəti prinsipi 
və b. Bu prinsiplərdə gerçək 
aləmin ən ümumi əlaqə və münasibətləri əks olunmuşdur. Dialektikanın qanunları və 



kateqoriyaları da onun zəruri komponentləridir. Dialektika həmçinin nəzəriyyə və 
metodun vəhdətidir. Buna görə də nəzəriyyənin funksiyasını yalnız fəlsəfi materializmə, 
metodun funksiyasını isə yalnız dialektikaya isnad verən nöqteyi-nəzərlər düzgün sayıla 
bitməz. 
Dialektika mürəkkəb struktura malik olub, dörd tərkib hissədən
 
ibarətdir. 
Əvvəla, 
dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanunları 
haqqında fəlsəfi tə'limdir. 
İkincisi, 
cəmiyyət haqqında onun tarixi hərəkəti və 
inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. 
Üçüncüsü, 
dialektika təfəkkür 
haqqında, onun formaları və qanunları haqqında fəlsəfi təlimdir, yəni dialektik 
məntiqdir. 
Nəhayət,
dialektika idrak haqqında, onun forma və metodları haqqında 
fəlsəfi təlimdir. 
Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı nəticəyə 
gəlmək olar. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə