Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


istiqamətini müəyyən edən fəlsəfi kateqoriyadır



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
304 felsefe m N9dialektika eyani

istiqamətini müəyyən edən fəlsəfi kateqoriyadır.
“Qanun” və “qanunauyğunluq” terminləri eyni cür münasibətləri ifadə edir, buna 
görə də onlar çox vaxt eyni mənada işlənir. Lakin bu terminlərin işlədilməsində 
müəyyən bir fərq də vardır. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir. 
“Qanunauyğunluq” termini isə, hər şeydən əvvəl, hadisələrin müəyyən düzgünlüyü, 


11 
ardıcıllığını göstərmək üçün işlədilir. Məsələn, ilin fəsillərinin dəyişməsində müəyyən 
düzgünlük müşahidə olunur: yayın ardınca payız, payızın ardınca qış gəlir və i.a. Bu 
düzgünlükdə, ardıcıllıqda qanunauyğunluq təzahür edir. Günəşin və ayın tutulmasının 
dövrülüyü haqqına bunu söyləmək olar. “Qanunauyğunluq” termini müəyyən bir 
hadisənin təsadüfi olmadığını qeyd etmək lazım gəldiyi hallarda da işlədilir. 
Qanunauyğun əlaqələr hadisələrin səbəb ələqadarlığının nəticəsidir. Hadisələrin 
arasında səbəbiyyət əlaqələri olmasa idi, heç bir qanunauyğunluq haqqında danışıq da 
ola bilməzdi. İlin fəsillərinin dəyişməsi səbəbi, yəni Günəş ətrafında fırlanması mövcud 
olmasa idi, həmin dəyişmədə möhkəm bir ardıcıllıq da ola bilməzdi. Lakin səbəbiyyət 
bütün qanunauyğun əlaqələri əhatə etmir və qanun qarşılıqlı səbəb əlaqəsini heç də 
həmişə ifadə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, səbəbiyyət müxtəlif formaları elm 
tərəfindən aşkara çıxarılan obyektiv qarşılıqlı əlaqənin ancaq bir hissəciyidir. 
Qanunauyğunluq əlaqənin mühümlüyü və zəruriliyi qanunun başqa xüsusiyyətlərini 
də müəyyən edir. Qanun hadisələrdə ən ümumi cəhətdir. Bu, o deməkdir ki, qanunun 
ifadə etdiyi müəyyən zəruri əlaqə ayrı– ayrı təkcə hadisələrə xas olmaq deyil, müəyyən 
mənada bütün hadisələrə və ya proseslərə xasdır. Təbiətin və ya cəmiyyətin qanunu 
məhz ona görə qanun adlanır ki, ən ümumiliyi ifadə edir: əgər müəyyən şərait və 
səbəblər varsa, onlar hər yerdə və həmişə qəti və zəruri surətdə müvafiq hadisələr, 
nəticələr doğurur. Dünya cazibə qanunu təbiətdə istinasız bütün cisimlərə aid olan bir 
xassəni əks etdirir. Boyl– Mariott qanunu bütün qazlara deyil, maye halından çox uzaq 
şəraitdə olan seyrək qazlara xasdır. Lakin bu qanun qazların mahiyyət xassəsini ifadə 
edir. Onun müəyyən etdiyi əlaqə həmin şərait üçün zəruri bir xarakter daşıyır, həmin 
əlaqə bu qazlar üçün ən ümumi cəhətdir. Çünki bir dəfə qazlar belə bir şəraitdə olduqda 
onların həcmi ilə təzyiqi arasında möhkəm bir münasibət mövcuddur. 
Qanunların əhatə etdiyi hadisələrin dairəsinin genişliyindən asılı olaraq, onlar daha 
çox və ya daha az ümumi ola bilər. Elə qanunlar vardır ki, təbiətin bütün hadisələrində 
fəaliyyət göstərir (enerjinin saxlanması və çevrilməsi qanunu); elə qanunlar da vardır ki, 
materiyanın hərəkətinin ayrı– ayrı formalarına, məsələn, bioloji formasına xasdır. 
İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların bəziləri bütün 
formasiyalarda fəaliyyət göstərir, bəziləri isə bu və ya başqa formasiyaya xasdır. İctimai 
həyat qanunları da ümumilik baxımından müxtəlifdir: bunların bəziləri bütün 
formasiyada fəaliyyət göstərir. Həm təbiətə, həm cəmiyyətə, həm də təfəkkürə xas olan 
ən ümumi qanunlar fəlsəfə tərəfindən öyrənilir. 
Ən ümumi olmaq etibarilə qanun təkcə hadisələrdən kənarda, onların xaricində 
deyil, ancaq təkcə hadisələrlə, proseslərlə və i. a. əlaqədə mövcuddur. Qanun hadisələrin 
bütün xassələrini deyil, onlardakı ən ümumini əks etdirdiyinə görə, təkcə hadisə 


12 
qanundan zəngindir. Qanun hadisələrdəki möhkəm, sabit, təkrarlanan, eyni cəhətdir. 
Hadisələr eyni zamanda həm oxşar, həm də fərqli olur. Həmişə elə bir cəhət və ya bir 
neçə cəhət tapmaq olar ki, gerçəkliyin ən müxtəlif şeyləri həmin cəhətlərə görə bir– 
birinə oxşasın. Dialektika hadisələrin mütləq eyniyyətini inkar edir, lakin nisbi eyniyyəti 
(hadisələrin ayrı– ayrı cəhətlərə, xassələrə görə uyğunluğu) qəbul edir. Qanun o cəhəti 
əks etdirir ki, bunda müxtəlif hadisələr bir– birinin eynidir. 
Eyniyyət ancaq müxtəliflikdə mövcuddur, müxtəliflik isə müəyyən cəhətlərə
xassələrə görə hadisələrin eyniyyətini, vəhdətini istisna etmir. Elm hadisələrin 
qanunauyğun əlaqələrini kəşf etməklə müxtəliflikdə eyniyyət, eyniyyətdə müxtəlifliyi 
müəyyən edir. Qanunlar obyektivdir. Müxtəlif tarixi şəraitdən asılı olaraq, qanunun 
təzahür forması dəyişir. Eyni qanunlar ən müxtəlif formalarda təzahür edir. Beləliklə, 
qanunların fəaliyyəti şəraitdən asılıdır. 
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Öz 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə