Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
304 felsefe m N9dialektika eyani

əhatə dairəsinə görə
qanunlar 
xüsusi, ümumi və ən ümumi
növlərə ayrılır.
Xüsusi qanunlar
bir hərəkət forması daxilindəki hadisələr arasında fəaliyyət 
göstərir (məsələn, biologiyada irsiyyət və dəyişkənlik, kimyada elementlərin dövri 
sistemi qanunları).
Ümumi qanunlar
nisbətən geniş sahəni əhatə edir, bir neçə hərəkət formasına aid 
olur (məsələn, enerjinin itməməsi və saxlanması qanunu, ümumdünya cazibə qanunu). 
Ən ümumi qanunlar 
universal əhatə dairəsinə malikdir. Onlar təbiətdə
cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərir. Dialektikanın qanunları bu qəbildəndir. 
İdrak obyektinə
görə 
qanunlar 
təbiət, cəmiyyət və təfəkkür
qanunlarına 
bölünürlər. Təbiət və cəmiyyət qanunları da öz fəaliyyət mexanizminə görə 
dinamik və 
statistik
növlərə ayrılırlar.
Dinamik qanunlar hadisələr arasında bütün göstəriciləri əvvəlcədən məlum olan və 
buna görə də gələcək vəziyyətini irəlicədən söyləmək mümkün olan münasibətləri ifadə 
edir (səma mexanikası qanunları). Onların bu keyfiyyətinə əsaslanaraq hələ qədim 
dövrlərdən etibarən Günəş və Ay tutulmalarını irəlicədən hesablaya bilirdilər. 
Statistik qanunlar çoxlu saya malik həmcins obyektlər arasında fəaliyyət göstərir.
Onlar bütövlükdə hadisələr çoxluğunu səciyyələndirir, bu çoxluğa daxil olan hər bir 
hadisəni əhatə etmir. Bu qanunlar böyük miqdarda olan hadisələr içərisində orta statistik 
göstərici kimi çıxış edir. İqtisadi nəzəriyyədə öyrənilən 
dəyər qanunu
buna misal ola 
bilər. Bu qanuna görə əmtəə bazarda öz dəyərinə uyğun satılmalıdır, lakin tələb ilə təklif 
arasında formalaşan real vəziyyət onu tez-tez dəyişdirir. 
Qanunlar 
obyektiv və subyektiv
olaraq iki növə bölünür. İnsan təfəkküründən asılı 
olmayaraq fəaliyyət göstərən qanunlar obyektiv qanunlardır. İnsan bu qanunların 


13 
mahiyyətini dərk edə bilsə də, onu dəyişdirməyə qabil deyildir. Təbiət, cəmiyyət və 
təfəkkür qanunları obyektiv qanunlardır. 
İnsan təfəkküründən asılı olub, onun tərəfindən yaradılan qanunlar isə 
subyektivdirlər. Məsələn hüquqi qanunları buna misal göstərmək olar.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə