Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Ziddiyyətlərin növləri və tipləri



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
304 felsefe m N9dialektika eyani

Ziddiyyətlərin növləri və tipləri.
Ziddiyyətlər müxtəlif və rəngarəngdir. Ayrı-ayrı 
konkret elmlər gerçəkliyin bu və ya digər sahəsində, hərəkətin bu və ya digər növündə 
təzahür edən ziddiyyətləri öyrənir, aşkar edir, onlardan əməli məqsədlərlə istifadə 
olunması və həll edilməsi yollarını öyrənir. Lakin fəlsəfə gerçəkliyin bütün sahələri 
üçün ümumi olan universal ziddiyyətləri öyrənir. Həmin ən ümumi ziddiyyətləri 
daxili 
və xarici, əsas və qeyri-əsas, başlıca və başlıcaolmayan, antaqonist və qeyri-
antaqonist və s.
kimi növlərə ayırmaq olar.
Daxili ziddiyyətlər
- predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks 
tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir. 
Xarici ziddiyyətlər
isə - müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və sosial 
mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir. 
Daxili ziddiyyətlər mühüm və aparıcıdır, inkişafın mənbəyidir, "özhərəkətin" səbəbidir. 
Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir gücünə malikdir, inkişaf üçün, daxili və 
aparıcı ziddiyyət məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətdir. 
Onu tənzim və həll etmədən cəmiyyət yaşaya bilməz. Lakin cəmiyyət üçün xarici 
ziddiyyət hesab olunan müharibə də onun mövcudluğu və inkişafı üçün mühüm təsir 
gücünə malikdir. Müharibə ilə bağlı ziddiyyətin kəskinləşməsi, daxili ziddiyyəti də daha 
da dərinləşdirə, münaqişə doğura bilər, cəmiyyətin inkişafı gedişinə çox əhəmiyyətli 
təsir göstərə bilər. Onu da qeyd edək ki, xarici və daxili ziddiyyətlərin qarşılıqlı 
münasibəti nisbidir. Müəyyən sistemin daxili və xarici ziddiyyətləri başqa sistem 
daxilində və sistemlərarası miqyaslarda yerlərini dəyişib, bir-birinə keçə də bilərlər. 
İnkişaf prosesində çoxsaylı ziddiyyətlərlə qarşılaşmaq olar. Lakin onlardan baş 
açmaq, gerçəklikdə onların rol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas 
ziddiyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək, ayırmaq 
lazımdır. 
Əsas ziddiyyət 
–inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox başqa 
ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyildir. Məsələn, 


19 
canlı orqanizm üçün maddələr mübadiləsinə girmək orqanizm və mühit arasındakı 
ziddiyyətlər əsas ziddiyyətlərdir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə