Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
304 felsefe m N9dialektika eyani

Ölçü - kəmiyyətlə 
keyfiyyətin vəhdətidir, 
onun pozulması isə kəmiyyət dəyişikliklərindən keyfiyyətə 
keçilməsidir. Məsələn, civə -39 dərəcədən aşağı temperaturda bərkiyir, +357 dərəcədən 
yuxarıda isə qaynayır, yeni keyfiyyət halına keçir. +100 dərəcə temperaturadək istilikdə 
su köhnə keyfiyyət halında qalır, bundan daha yüksək temperaturda ölçü pozulur, su 
buxara çevrilir, yeni keyfiyyət halına keçir. Məhz bu proses kəmiyyət dəyişikliklərindən 
ölçü daxilində yığılması, nəhayət, ölçünün pozulması və yeni keyfiyyətə keçilməsi kimi 
səciyyələnir. 
Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar 
arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, 
kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı 
doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət balının əmələ 
gəlməsi ilə nəticələnir. Bütöv inkişaf məhz kəmiyyət dəyişmələrinin müəyyən səviyyədə 
ölçünü pozması, yeni keyfiyyət dəyişikliklərinin baş verməsi prosesidir, kəmiyyət və 
keyfiyyət dəyişikliklərinin qarşılıqlı bir-birinə keçməsindən ibarətdir. Bu inkişafın ən 
ümumi, obyektiv, dialektik qanunudur. Bu, ona görə ən ümumi
 
qanundur ki, bütün real 
gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkür prosesində fəaliyyət göstərir, inkişafı 
səciyyələndirir. Bu əsasda bərk cisim mayeyə, elementar hissəciklər bir-birinə, atom 


15 
çəkisi dəyişməklə kimyəvi elementlər bir başqasına və s. çevrilirlər. Məhz
 
bu mənada 
F.Engels qeyd edirdi ki, "kimyanı kəmiyyət tərkibinin dəyişilməsi təsiri altında 
cisimlərin keyfiyyət dəyişmələrinə keçməsi haqqında elm adlandırmaq olar".
Kəmiyyət dəyişmələrinin ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət 
dəyişmələri doğurması, köhnə keyfiyyətdən yeni keyfiyyətə keçilməsi də düzxətli
birbaşa baş verən proses deyildir. Burada kəsilməzlik və kəsilənlik, tədricilik və 
sıçrayışlı inkişaf formaları vəhdət halında özünü göstərir. 
Kəsilməzlik 
(və ya 
fasiləsizlik, tədricilik) - yavaş-yavaş baş verən, çox az nəzərə çarpan, kəmiyyət yığımı 
prosesidir. Bu mərhələdə mövcud olan artır və ya azalır, lakin keyfiyyət dəyişmir, cisim 
və hadisə köhnə halında qalır. 
Kəsilənlik 
(və ya sıçrayışlı inkişaf) mərhələsində (ona 
fasiləlik də deyilir) cisim və hadisənin keyfiyyətində dəyişiklik əmələ gəlir, köhnə 
keyfiyyətin mövcudluğu sanki kəsilir, yeni keyfiyyət halına keçilir, köhnə keyfiyyət 
artıq köhnə forma və şəraitdə mövcud ola bilmir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə