10
təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə yüksəlir. Beləliklə, ruh təbiətdən hasil
olur. Sonra təbiət Simurq quşu kimi öz-özünü yandırır ki, onun külü içərisindən
yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın.
İnsanın mənşəyini izah edən üçüncü xətt ona sosial-praktiki baxımdan yanaşır.
Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır. Bu prosesin əsas yolunu praktiki
fəaliyyət təşkil edir. Qeyd olunan baxış insanın mənşəyini əmək,
nəzəriyyəsinin
müddəaları üzərində yüksəldir. Deməli, bu mövqeni aydın təsəvvür etmək üçün əmək
nəzəriyyəsinin əsaslarına diqqət yetirilməlidir. Bu təlim öyrədir ki, insan və cəmiyyət
insanabənzər meymunlardan uzun təkamül nəticəsində, əmək prosesində meydana
gəlmişdir. İnsanın ulu əcdadları inkişaf etmiş bioloji orqanizmə malik idilər.
XIX əsrin ikinci yarısından etibarən insanı bioloji təkamülün məhsulu hesab edən
baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan və heyvan arasındakı
fərqlərin
araşdırılmasına diqqət artdı.
Əlbəttə, insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər mövcuddur (dili, dik
yeriməsi, şüuru, əxlaqı və s.). Lakin əsas məsələ heyvanat aləmindən etməkdir. Bunu
bildikdən sonra insan ilə heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq asanlaşır.
Bu fərqi izah
edərkən birinci növbədə aşağıdakı məqama diqqət yetirilməlidir.
Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin) tələbatları və strukturu ilə
müəyyən olunur. Hər bir heyvan doğularkən müəyyən instinktlərə malı olur. Bunlar
onun davranış çərçivəsinin hüdudlarını müəyyən edir. İnsan da ictimai mühitdə yaşayır.
Onun davranış və hərəkətləri praktiki olaraq qeyri-məhduddur. Heyvanın
instinktiv
davranışı genetik proqram ilə şərtlənir. İnsan
cəmiyyətində isə davranış və fəaliyyət
prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri ünsiyyət vasitəsi olan dil, müxtəlif
normalar və mədəniyyət tutur. Beləliklə də bioloji aləmdə
əsas yer tutan bioloji
irsiyyətin yerinə sosial varislik yaranır. Sosial varisliyin mexanizmi nəsillərin ictimai
həyatda bir-birini əvəz etməsidir.
Dostları ilə paylaş: