Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 331,3 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix24.12.2023
ölçüsü331,3 Kb.
#160744
1   2   3   4   5   6   7   8   9   ...   16
292 felsefe m N11felsefede insan problemi eyani


Birinci mövqe göstərir ki, insan unikal mövcudatdır. Özü 
özünün yaradıcısı, dünyadakı bütün şeylərin ölçüsüdür, 
İkinci
baxışa görə insan Allahın 
yaratdığı möcüzədir. 
Üçüncü
nöqteyi-nəzər isə hesab edir ki, insanın yaranması təbiətin 
səhvidir O, sonsuz sayda nöqsanlara malik olan bədbəxt törəmədir. Buna görə də insanın 
gələcəyi yoxdur. 
İnsanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter daşıyır. Onda 
aşağıdakı dörd səpkini ayırmaq olar: 
bioloji, psixiki, sosial 
və 
kosmik. Birinci 
insanın 
anatomik və fizioloji, xassələrində-genetik əlamətlərində, onun orqanizmlidə baş verən 
beyin-əsəb proseslərində, fızki və elektrokimyəvi dəyişiklərdə ifadə olunur. Başqa sözlə, 
bu mövqe insanı bioloji orqanizm kimi öyrənir. Psixiki səpki insanın ruhi-mənəvi 
dünyasını nəzərdə tutur. Burada şöhrət insandakı şüurlu və qeyri-şüuri proseslərdən
onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti və sair psixiki səciyyələrindən 
gedir. Sosial
 
səpki
 
xüsusilə mühüm olub, insanların ictimai mahiyyətini araşdırır. Onun 
diqqət mərkəzində aşağıdakı məsələlər durur: insanın sosial münasibətlər sistemində 
yeri, fəaliyyətinin xarakteri, həyatının təşkili formaları, mənəvi dünyası, mədəniyyəti və 
s. Nəhayət son dövrdə
 
intensiv müzakirə olunan dördüncü səpki
 
insan ilə kosmos, kainat 
arasında qarşılıqlı münasibətlərin bütöv bir sistemini əhatə edir. 
Qeyd olunmalıdır ki, bu səpkilərin hər biri özü-özlüyündə çox vacibdir. Lakin 
onların heç biri ayrı-ayrılıqda götürüldükdə mürəkkəb insan fenomenini aça bilmir. 
Buna görə də insan haqqında hərtərəfli biliyə malik olmaq üçün onların hamısını 
qarşılıqlı təsirdə və vəhdətdə götürmək zəruridir. 
İnsanın mənşəyi haqqında mülahizələr
. İnsanın fəlsəfi cəhətdən anlaşılmasında 
çətin məsələlərdən biri onun mənşəyi məsələsidir. Təsadüfi devirdir ki, bu ən çox 
müzakirə olunan və mübahisə doğuran məsələlərdəndir. 
Fəlsəfədə insanın mənşəyinə dair bir neçə konsepsiya vardır. Onlardan birincisi 
naturalist mövqedən çıxış edir. Adından da göründüyü kimi bu baxış insanın 
yaranmasını təbii təkamülün nəticəsi hesab edir. O, XIX əsrin ikinci yarısında Darvinin 
yaratdığı təkamül nəzəriyyəsinə əsaslanır. Həmin nəzəriyyəyə görə insan yüksək inkişaf 
etmiş heyvan növündən - meymundan əmələ gəlmişdir.
 
Bu cür yanaşmanın çoxlu 
tərəfdarları vardır. Bununla belə onun əleyhdarları da az deyildir. Məsələn, K.Yaspers 
göstərir ki, insanın meymundan əmələ gəlməsindən daha çox meymunun insandan 
yarandığım demək ağlabatandır. İkinci nöqteyi-nəzərin (antropoloji rasionalizmin) 
basında məşhur alman filosofu Hegel dayanır. O, insanın heyvanat aləmi ilə əlaqəsini 
inkar etmir. Amma qeyd edir ki, onun ayaq üstə durması oyanmaqda olan ruhun 
xidmətidir. Təbiətin bu işdə heç bir iştirakı yoxdur. O yazırdı ki, canlının timsalında 


10 
təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə yüksəlir. Beləliklə, ruh təbiətdən hasil 
olur. Sonra təbiət Simurq quşu kimi öz-özünü yandırır ki, onun külü içərisindən 
yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın. 
İnsanın mənşəyini izah edən üçüncü xətt ona sosial-praktiki baxımdan yanaşır. 
Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır. Bu prosesin əsas yolunu praktiki 
fəaliyyət təşkil edir. Qeyd olunan baxış insanın mənşəyini əmək, nəzəriyyəsinin 
müddəaları üzərində yüksəldir. Deməli, bu mövqeni aydın təsəvvür etmək üçün əmək 
nəzəriyyəsinin əsaslarına diqqət yetirilməlidir. Bu təlim öyrədir ki, insan və cəmiyyət 
insanabənzər meymunlardan uzun təkamül nəticəsində, əmək prosesində meydana 
gəlmişdir. İnsanın ulu əcdadları inkişaf etmiş bioloji orqanizmə malik idilər. 
XIX əsrin ikinci yarısından etibarən insanı bioloji təkamülün məhsulu hesab edən 
baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan və heyvan arasındakı fərqlərin 
araşdırılmasına diqqət artdı. 
Əlbəttə, insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər mövcuddur (dili, dik 
yeriməsi, şüuru, əxlaqı və s.). Lakin əsas məsələ heyvanat aləmindən etməkdir. Bunu 
bildikdən sonra insan ilə heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq asanlaşır. 
Bu fərqi izah
 
edərkən birinci növbədə aşağıdakı məqama diqqət yetirilməlidir. 
Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin) tələbatları və strukturu ilə 
müəyyən olunur. Hər bir heyvan doğularkən müəyyən instinktlərə malı olur. Bunlar
 
onun davranış çərçivəsinin hüdudlarını müəyyən edir. İnsan da ictimai mühitdə yaşayır. 
Onun davranış və hərəkətləri praktiki olaraq qeyri-məhduddur. Heyvanın instinktiv 
davranışı genetik proqram ilə şərtlənir. İnsan
 
cəmiyyətində isə davranış və fəaliyyət 
prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri ünsiyyət vasitəsi olan dil, müxtəlif 
normalar və mədəniyyət tutur. Beləliklə də bioloji aləmdə əsas yer tutan bioloji 
irsiyyətin yerinə sosial varislik yaranır. Sosial varisliyin mexanizmi nəsillərin ictimai 
həyatda bir-birini əvəz etməsidir.

Yüklə 331,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə