Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 2. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti. İnsanda qeyri-şüuri və



Yüklə 331,3 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix24.12.2023
ölçüsü331,3 Kb.
#160744
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
292 felsefe m N11felsefede insan problemi eyani

 
Sual 2. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti. İnsanda qeyri-şüuri və 
şüuri. 
İnsan təkcə sosial mövcudat deyil, həm də təbiətin bir hissəsidir, bioloji varlıqdır. 
Buna görə də digər bioloji növlərə xas olan qanunauyğunluqlar insanda da özünü 
göstərir. Məsələn, irsiyyət və dəyişkənlik, böyümə, çoxalma, məhv olma və sair. İnsanın 
uşaqlıq, yetkinlik və qocalıq dövrləri də bioloji cəhətdən şərtlənir. Onun qidalanması, 
bəzi əlamətlərinin irsən keçməsi də biologiya ilə sıx bağlıdır.
 
Deyilənlərdən aydın olur ki, hər bir insanda bioloji tərəf ilə sosial keyfiyyətlər 
çulğaşmış şəkildə çıxış edir. İnsanın eyni vaxtda həm bioloji aləmə, həm də sosial 
həyata daxil olması bir sıra çətinliklər törədir. Söhbət insanda bioloji və sosial amillərin 
nisbətinin müəyyənləşdirilməsindən gedir. İnsanın qabiliyyəti, hissləri, davranışı və 
hərəkətlərinin formalaşmasında hansı tərəfin aparıcı rol oynaması fəlsəfi fikirdə ən çox 
dolaşdırılan məsələlərdəndir. Digər bir çətinlik insanda bioloji ilə sosialın qarşılıqlı 
əlaqəsinin necə baş verdiyini müəyyən etməkdir. Göstərilməlidir ki, bu məsələlərin 
izahında əsrlər boyu müəyyən fikir ayrılığı
 
özünü göstərmisdir. İnsanda bioloji və sosial 
tərəflərin nisbəti haqqında baxışlar rəngarəngliyinə baxmayaraq, əsas etibarilə iki 
istiqamətdə ifadə olunur. Bunlardan birincisi insanı biolojiləşdirən, yəni onun 
mahiyyətində təbii, bioloji tərəflərin rolunu şişirdən konsepsiyadır. İkinci isə kobud 
sosiolojiləşdirici nəzəriyyələrdir. Sonuncular insanın bioloji keyfiyyətlərinə məhəl 
qoymur, onun sosial mahiyyətini mütləqləşdirirlər. Birinci qəbildən olan nəzəriyyələrə 
misal olaraq XIX əsrin sonlarında geniş yayılmış soslal-darvinizmi və irqçiliyi 
göstərmək olar. Onların tərəfdarları insanlar arasındakı münasibətləri, cəmiyyət 
hadisələrini Darvinin təbii seçmə və təkamül qanunları ilə izah etməyə çalışırdılar. 
İrqçilik isə insanları dərisinin rənginə, üz quruluşuna, saçına və s. görə fərqləndirir. 
İnsanın mahiyyətini biolojiləşdirməyə çalışan konsepsiyalar bu gün də davam 
etməkdədir. Hazırda Qərbdə geniş yayılmış sosiobiologiya adlanan təlim (M.Ryuz, 
M.Midqme, E.Uilson və başqaları) bu qəbildəndir. Onun banilərindən biri, Amerika 


19 
alimi E.Uilson təklif edir ki, insanın tarixinə yerdəki heyvanların kataloqunu tərtib 
etmək üçün başqa planetdən gəlmiş zoologiya mütəxəssisinin nəzəri ilə baxmaq 
lazımdır. Belə olduqda bütün humanitar və sosial elmlər biologiya elminin ayrı-ayrı 
ixtisaslaşmış bölmələri hesab edilməlidir. Tarix və ədəbiyyat isə sadəcə olaraq bioloji 
növ olan insanın davranışını tədqiq etməyin üsullarıdır. O, özünün 1975-ci ildə çap 
etdirdiyi "Sosiobiologiya: yeni sintez" adlı kitabında həmin konsepsiyanın əsaslarını 
şərh etmişdir. Müəllif bildirir ki, onun əsas vəzifəsi əxlaq, azadlıq, determinizm, 
aqressiya, altruizm, eqoizm və digər insan keyfiyyətlərinə yeni tərzdə yanaşmaqdır. Bu 
məqsədi həyata keçirərkən o, heyvan və insan davranışlarının imkanları və sərhədlərinin 
təhlilinə xüsusi diqqət yetirir. Qeyd olunan problemlərin həllində darvinizm 
prinsiplərinə, o cümlədən təbii seçməyə birinci dərəcəli əhəmiyyət verilir. Ən əsası 
budur ki, heyvanlar üzərində alınmış nəticələr insanların davranışına aid edilir. Beləliklə 
Uilson əsassız olaraq antropologiyanı biologiyaya, biologiyanın özünü isə molekulyar 
genetikaya müncər edir. 
Bütövlükdə sosiobioloqlar belə hesab edirlər ki, “gen ilə mədəniyyətin 
koevalyusiyası (birgə təkamül deməkdir) nəzəriyyəsi insanın təbiəti haqqında 
təsəvvürləri dəyişdirir. Bu nəzəriyyəyə görə insanda üzvi (gen) və mədəni təkamül 
prosesləri birlikdə baş verir. Onlar bir-birilə əlaqəlidir. Lakin aparıcı rolu genlər oynayır. 
İnsanın bir çox hərəkətlərinin son nəticədə səbəbi genlərdir. Buna görə də insan bioloji 
biliyin obyektidir. Uilson sosiobiologiyanın əsas vəzifəsini insan da daxil olmaqla 
heyvanlarda sosial davranışın bütün formalarının bioloji əsaslarını öyrənməkdə görürdü. 
Həmin nəzəriyyənin başlıca müddəası bundan ibarətdir: insanda onun bioloji təbiətindən 
kənarda elə bir ciddi əlamət yoxdur. Onun tərəfdarlarının fikrincə insanın çox ehtimal ki, 
əxlaqi hissləri də bioloji kanallar vasitəsilə irsən keçir. Buna nümunə kimi onlar ibtidai 
cəmiyyətdə qan qohumlar arasında nikahın qadağan olunmasını gətirirlər. Göstərirlər ki, 
bu yasaq insan cəmiyyətinə heyvanlar aləmindən keçmişdir. Onlar aqressivliyi də 
insanını ayrılmaz xassəsi hesab edirlər. Sosiobioloqların fikrincə insanın zəkası da 
bioloji təkrar istehsal üçün nəzərdə tutulmuş vasitələrdən biridir. Bu nəzəriyyə insanı 
naturalist mövqedən izah edir. Onun fikrincə heyvanlar ilə insanlar arasında heç bir sədd 
yoxdur. Belə ki, bütün canlı mövcudatlar eyni prinsiplər üzrə yaşayırlar. Bizim insan 
sivilizasiyasının nailiyyəti hesab etdiyimiz bir çox hadisələr heyvanların davranışında da 
mövcuddur. Canavarlar sürü halında, arılar ailə halında, cüyürlər dəstə şəklində 
yaşayırlar. Sosiobioloqlara görə bu birliklər sosial həyatın ilkin müjdələridir. Hətta 
altruizm (şəxsi mənafeni ictimai mənafeyə tabe, etmək) spesifik insan hadisəsi deyil, 
bütün canlı orqanizmlərin xassəsi hesab olunur. 


20 
Qeyd edək ki, insanda bioloji əlamətlərin rolunu mütləqləşdirən baxışın özü 
daxilən yekcins deyildir. Burada əsas etibarilə

Yüklə 331,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə