Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Yuxarıda deyildiyi kimi insanın mənşəyinin əmək nəzəriyyəsi kifayət qədər geniş  yayılmışdır. Bununla



Yüklə 331,3 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix24.12.2023
ölçüsü331,3 Kb.
#160744
1   2   3   4   5   6   7   8   9   ...   16
292 felsefe m N11felsefede insan problemi eyani

 
Yuxarıda deyildiyi kimi insanın mənşəyinin əmək nəzəriyyəsi kifayət qədər geniş 
yayılmışdır. Bununla
 
belə, o heç də hamı tərəfindən birmənalı qəbul olunmur. Bu 
təlimin əleyhdarları bir sıra ciddi arqumentlər irəli sürürlər. Əvvəla, elmdə təkamül 
gedişində və yaxud süni seleksiya yolu ilə bır növdən digərinə keçilməsini göstərən 
çoxlu faktlar bəllidir. Xüsusilə də müasir genetikanın nailiyyətləri bunu təsdiq edir. 
Lakin elm qədim insanabənzər canlı ilə insan (kromanyon) arasında keçid vəsiləsini bu 
günə qədər tam aşkar etməmişdir. Bundan əlavə məlumdur ki,
 
neandertal adam qədim 
insanın kromanyonla bir dövrdə yaşamış başqa növüdür. Ehtimal olunur ki, neandertal 
elə kromanyon tərəfindən məhv edilmişdir. Beləliklə də primatlar ilə insan arasında 
ayrılıq nəinki azalmır, əksinə artır. İnsanın mənşəyinin əmək nəzəriyyəsinin başqa bir 


11 
mübahisəli tərəfi də vardır. Bu, insanın əcdadlarının ətraflarının adaptasiyaya uğrayaraq 
dəyişməsinə aiddir. Məsələ bundadır ki, belə dəyişilmə qəbul edilsə də, elə bir xüsusi 
əhəmiyyət kəsb etmir. Belə ki, ətrafların dəyişilməsi (məsələn, əlin barmaqlarının), 
pəncənin dəyişməsi, dik yeriməni təmin edən pəncənin dabanının yüksəlməsi ilə 
birləşməli idi. Bunlara əlavə olaraq həm də
 
onu göstərmək olar ki, bel sütununun
udlağın, çənənin, başın, dişlərin daxili orqanların dəyişilməsini də təkcə uyğunlaşma 
izah etmir. Nəhayət, psixikanın və beynin dəyişilməsi və inkişafını adaptasiya 
(uyğunlaşma) hesab etmək dəqiq deyildir. Əgər bu belədirsə, onda ibtidai insan özünün 
müasir insandakından demək olar ki, fərqlənməyən beynini necə əldə etmişdir? 
Bu deyilənlərdən görmək olar ki, insanın mənşəyinin əmək nəzəriyyəsində 
mübahisəli və ehtimal xarakterli xeyli məsələ vardır. Şübhəsiz ki, elmin gələcək inkişafı 
burada yeni dəqiq məqamlar aşkar edəcəkdir. Görünür, insanın mənşəyi bioloji 
tələbatdan keyfiyyətcə yeni tələbata keçilməsinin məhsuludur. İnsan öz bioloji tələbatını 
dəyişə bilmir, sosial tələbatlar isə onun həyat tərzindən törəmədir. Beləliklə insanın 
praktiki həyat fəaliyyəti üsulu onların tələbatlarım həm keyfiyyətcə və həm də 
kəmiyyətcə dəyişdirir. 

Yüklə 331,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə