Odur ki, insanı
kompleks və hərtərəfli öyrənməyə tələbat və
ehtiyac yaranır. Bu vəzifə isə fəlsəfənin
öhdəsinə düşür. Ö, ümumnəzəri və dünyagörüşü elmi olmaq etibarilə insan haqqındakı
konkret elmləri bir növ inteqrasiya edir. Fəlsəfə insanı kompleks və hərtərəfli təhlil edir.
5
Beləliklə də insanı öyrənən konkret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan
qaldırmağa imkan verir.
Müasir dövrdə insana kompleks yanaşılması tələbatı bir sıra əməllərlə sərtlənir.
Hər şeydən əvvəl göstərilməlidir ki, insan çox mürəkkəb və müxtəlif tərəfləri əhatə edən
varlıqdır. Buna görə də onu bütün əhatəliliyi və hərtərəfliyini də öyrənmək zərurəti
yaranır. İnsan haqqında elmlərin vahid sistem şəklində inteqrasiyası isə yalnız fəlsəfi
zəmin üzərində həyata keçirilə bilər. Qeyd edək ki, uzun illər fəlsəfi fikirdə hökmranlıq
edən ehkamçılıq və əzbərçilik fəlsəfənin bu funksiyanı yerinə yetirməsinə mane
olmuşdur. Yalnız son dövrlərdə insanın fəlsəfi planda çoxölçülü universal səciyyəsini
vermək üçün şərait yaranmışdır. Bu isə insan varlığının unikal xarakterini, mahiyyəti və
təbiətini açmağı, onun təbii-bioloji cəhətlərini və sosial keyfiyyətlərini araşdırmağı
nəzərdə tutur.
İnsan nədir? ilk nəzərdə belə görünə bilər ki. bu o qədər də ciddi sual deyildir.
Çünki kimliyindən asılı olmayaraq hamıya elə gəlir ki, o, bu suala cavab verə bilər.
Əslində isə bu suala elmi cavab vermək çox çətindir. İnsan ən mürəkkəb və sirli
varlıqdır. Onun mahiyyətinin izahında hələ də bir çox məsələlər aşkar olunmamış qalır.
İnsanın mahiyyəti kainat qədər sirlidir. Bu mənada onun öyrənilməsini bitmiş hesab
etmək olmaz. Elm onun dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox olduğu daha
aydın görünür. Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət deyildir. İnsan üçün
onun özünü öyrənməkdən maraqlı heç nə yoxdur. Müdriklərdən biri demişdir: “Əgər
bütün həyatını insanı öyrənməyə sərf etmisənsə, onda ömrünün hədər getmədiyini
söyləyə bilərsən. Buna görə bəşəriyyət ta qədimdən insana bütöv bir tam kimi fəlsəfi
baxımdan yanaşmağa cəhd göstərmişdir. İnsana fəlsəfi yanaşma onun mahiyyətini aşkar
etməyi, fəallığının konkret tarixi determinasiyasını müəyyən etməyi, onun varlığının
müxtəlif tarixi mövcudluq formalarını açmağı nəzərdə tutur.
Fəlsəfi antropologiya rəsmi elm kimi keçən əsrin əvvəllərində M.Şeler və
Q.Plesner tərəfindən Almaniyada yaradılmışdır. Lakin hu heç də o demək deyildir ki,
ona qədər insan haqqında təlimlər mövcud olmamışdır.
İnsan haqqında ilk təsəvvürlər hələ qədim Hind və Cin fəlsəfi təlimlərində ifadə
olunmuşdu. Məsələn, Vedalarda və Upanişadlarda insanın mənəviyyatı, onu
ehtiraslardan azad etməyin yolları göstərilirdi. Burada fərdi ruhun (atmanın) dünya
ruhuna, universal prinsipə (brahmana) qovuşması əsas yer tuturdu. Qədim Çində geniş
yayılmış konfusilik və daosizm təlimlərində də insanın əxlaqi davranışı təbiət və kainat
ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu.
Ümumiyyətlə Qədim Şərq fikrində insanın təbii və sosial aləminə humanist
münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer tuturdu.
6
Qədim Yunan fəlsəfəsinin erkən dövründə də insanla bağlı müəyyən maraqlı
tikirlər irəli sürülmüşdü. Lakin insana doğru həqiqi dönüşü sofistlər və Sokrat
etmişdilər. Sofistlərin görkəmli nümayəndəsi Protaqor yazırdı: “İnsan bütün
mövcudluqların ölçüsüdür, həm mövcud olan şeylərin ölçüsüdür ki, onlar mövcuddur,
həm də mövcud olmayan şeylərin, çünki onlar mövcud deyil.
Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O, özünün etik rasionalizm
prinsipində göstərirdi ki. xeyirxahlıq bilik ilə ayrılmaz sürətdə bağlıdır. Onun fikrincə
əxlaqi təkmilləşmə həqiqətin dərki deməkdir. Platon insanda ruhu ön plana çəkirdi. O
göstərirdi ki, məhz ruh sayəsində insan mövcuddur. Bədən ruha düşmən olan
materiyadır. Aristotelin konsepsiyasında insan ictimai mahiyyət kəsb edən varlıq hesab
olunurdu. Onun fikrincə, insanın digər bir mühüm keyfiyyəti ağla, zəkaya malik
olmasıdır.
Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca - taleyə tabe olan mikrokosmos kimi
götürülürdü,
Orta əsrlər fəlsəfəsində insan allahın yaratmış olduğu mövcudat kimi təsvir
olunurdu. Xristian dini açıqca göstərirdi ki, 0 "Allahın obrazı və bənzəridir". Bu təlimə
görə insan ilahinin müəyyən etdiyi dünya qaydasının passiv iştirakçısıdır. İnsanın əsas
vəzifəsi allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir.
Orta əsrlərdən fərqli olaraq intibah dövrünün fəlsəfəsinə görə, insan bir növ
göydən yerə endirilir. İnsanın humanizmi və şəxsiyyəti ön plana çəkilir. Onda
xeyirxahlıq, xoşbəxtlik və harmoniya kimi keyfiyyətlərin olması zəruri hesab edilir.
İnsanın müstəqilliyi, onun qüvvə və qabiliyyətini tükənməzliyinə inam elan olunurdu.
Yeni dövr fəlsəfəsində bir tərəfdən insanın fərdi mənafeləri, sosioloji və etik
individualizmi ön plana çəkilir. Hobbsa görə, insan insanın düşmənidir. Hamının hamıya
qarşı mübarizəsi cəmiyyətin vəzifəsi hesab olunurdu. Həmin dövrdə antropoloji
rasionalizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) meydana
gəlir. Məsələn, R Dekart belə hesab edirdi ki, fikirləşmək insanın mövcudluğunun
yeganə dəqiq göstəricisidir. “Fikirləşirimsə, deməli, mövcudam” sözləri ona məxsusdur.
XVIII əsr fransız materialistləri üçün insana mexaniki baxış, onu maşın kimi və təbiətin
məhsulu İtimi göstərmək səciyyəvidir. İnsana maşın kimi yanaşılması Lametrinin
təlimində əsas yer tutmuşdur. Helvetsiy və Didro isə insanı təbiətin məhsulu hesab
edirdilər. Onların mövqeyinə görə insanın fəaliyyəti qəti surətdə təbiət qanunları ilə
şərtlənir. O, hətta fikrən də təbiətdən kənara çıxa bilməz.
Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə olunmuşdur. Bu
fəlsəfənin banisi E. Kant göstərirdi ki: "İnsan nədir?" sualı fəlsəfənin əsas məsələsi,
insanın özü isə "Bütün dünyada başlıca predmetdir”. Kant insanın bir tərəfdən təbii,
7
digər tərəfdən isə əxlaqi mövcudat olduğunu qeyd edirdi. O, həm də göstərirdi ki, ikinci
tərəf üstündür. Kant insanı öz fəaliyyətində müstəqil və azad görmək istəyirdi. Bu
fəaliyyət qəti imperativə (insanın daxilindən gələn və onun şəxsiyyət kimi
mükəmməlliyini ifadə edən tələb) əsaslanmalıdır. O, heç vaxt hər hansı bir məqsədi
həyata keçirməyin vasitəsi olmamalıdır.
Hegelin insan təlimi rasionalizmə əsaslanırdı. O, Dekart tərəfindən əsası
qoyulmuş antropoloji rasionalizmi daha da inkişaf etdirmişdir. Hegel göstərirdi ki,
insanın heyvandan fərqi hər şeydən əvvəl təfəkkürə malik olmasındadır. Məhz bu
keyfiyyət onun insanlığını bəşəriyyətə bildirir. Hegelin fikrincə insan mənəvi fəaliyyətdə
olan subyektdir. O, ümum əhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın daşıyıcısıdır.
Hegelə görə insan yalnız özünün ümumi və azad olduğunu dərk etdikdə şəxsiyyətə
çevrilir. Onun fikrincə, cəmiyyət daxilində üstünlük fərdə deyil, sosial birliyə və
kollektivə məxsusdur.
Feyerbaxın təlimində insanın mənəvi fəaliyyətindən hissi cismani tərəfə dönüş
edilir. O belə hesab edirdi ki, Hegelin mütləq ruh ideyası insanın həqiqi mahiyyətinin
mistikləşdirilmiş ifadəsidir. Feyerbaxın antropoloji materializmi bundadır ki, o insanın
mahiyyətini ön plana çəkir. O göstərirdi ki, insanı öyrənmək fəlsəfənin yeganə, universal
və ali predmetidir. Lakin Feyerbax insanın mahiyyətini mücərrəd fərd kimi anlayırdı.
Ona xalis bioloji mövcudluq kimi yanaşırdı. Feyerbaxın fəlsəfəsində bir səciyyəvi cəhət
də onun dinə münasibətidir. O, dinə insanın xassələrinin özgələşməsi kimi baxırdı: guya
insan ikiləşir və Allahın simasında öz mahiyyətini müşahidə edir. Bu cür ikiləşmənin
səbəbini o, insanın təbiətin və cəmiyyətin kortəbii qüvvələrindən asılı olmasında
görürdü. Onun təlimində din "qeyri-şüuri formada təzahür edən mənlik şüuru" kimi çıxış
edir.
XIX əsrdəki qeyri-klassik fəlsəfi təlimlər insanın əsas keyfiyyətini iradə və
hisslərdə görürdülər. Bu mənada alman filosofu A.Şopenhauerin (1788-1860) insan
haqqında düşüncələri diqqəti cəlb edir, insan müxtəlif qərarlar qəbul etmək imkanına
malikdir. Bu imkan insanı motivlər arasında mübarizə meydanına çevirir. Hər bir insan
öz xarakterinə uyğun olaraq bu motivlərə reaksiya verir. O, insana pessimist baxışı
təbliğ edirdi. Şopenhauerin fikrincə xoşbəxtlik həmişə inkari nəticə verir. Çünki o,
insanı yalnız müvəqqəti olaraq əzabdan xilas edir. Bundan sonra onu yeni əzablar
gözləyir. Beləliklə, əzab insan həyatından ayrılmazdır, ona daimi xasdır. Buna görə də
optimizm cəfəng baxışdır. O, bəşəriyyətin ifadə oluna bilməyən əzablarına istehza
etməkdən başqa bir şey deyildir. F.Nitsşe də insanı həyat qüvvələri və həvəsləri
oyununun iştirakçısı hesab edirdi. Onun fikrincə insanın davranışı hakimiyyətə can
atmaq iradəsini ifadə edir.
8
Antropologiya məsələsi Azərbaycan ictimai və bədii fikri tarixində də geniş yer
tutmuşdur. Uzaq keçmişdən - Dədə Qorquddan və Ə.Bəhmənyardan bu yana bir çox
görkəmli mütəfəkkirlər insan və onun mahiyyəti haqqında qiymətli fikirlər irəli
sürmüşlər. Məsələn, N.Gəncəvi göstərirdi ki, insan xilqətdən şərəfli yarandığı üçün
zəngin mənəviyyatlı böyük amallar yolçusu olmalıdır. İnsan öz bacarığı və qabiliyyətinə
görə yer üzünün ağasıdır. Dünyada hər şey ona xidmət edir. İnsan həyatda ağıllı, bilikli,
hünərli, zəhmətkeş, doğruçu və sair təqdirəlayiq keyfiyyətlərə görə seçilir. Ümumiyyətlə
orta əsrlərdə müsəlman şərqində insan düşüncəli, nəfsə malik (şüurlu), bütün
yaranmışlardan üstün varlıq, yer üzünü əşrəfi hesab olunurdu.
İslam dini də insanın izahına geniş yer verir. Burada insan maddi cisim (bədən) və
mənəvi (ruh) kimi təsəvvür olunurdu. Hesab edilir ki, maddi (cismani) müvəqqəti
xarakter daşıyır, ruh isə əbədidir. İnsan öldükdən sonra onun ruhu ilahiyə qovuşur.
Bununla yanaşı islam dini insanın özünü anlaşmasına və cəmiyyəti dərk etməsinə böyük
əhəmiyyət verir.
XIII əsrin böyük mütəfəkkiri Nəsrəddin Tusi qeyd edirdi ki, insan yaşamaq üçün
yeməyə möhtacdır, lakin insanın yeməyi heyvanlardakı kimi ələf və sudan ibarət deyil,
təbiət tərəfindən hazır şəkildə verilmir. Tusi ictimai varlıq olan insanın ictimai həyatdan
- cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymışdır. O yazırdı: "Dünyanın
intizamı, məişətin nizamı əməklə hasilə gəldiyindən: insan növü isə köməksiz yaşaya
bilmədiyindən əmək köməksiz, köməkdə ictimai biliksiz ola bilməz. Deməli, insan növü
öz təbiəti etibarilə ictimai birliyə möhtacdır".
Görkəmli Azərbaycan şairi İ.Nəsimi insan anlayışına təkcə ontoloji deyil həm də
humanist və etik məna vermişdir. O, insanı "kiçik aləm" adlandırır, göstərirdi ki, o, öz
kamilliyinə görə maddi şeylərdən daha yüksəkdə durur. Nəsiminin fəlsəfəsində "Mən"
anlayışı ən geniş həcmli anlayış olan "Haqq"(Allah) ilə eyniləşdirilir və bütün
mövcudatın cəmi kimi götürülürdü.
İnsan, onun mahiyyəti və idrakı ilə bağlı məsələlər Füzulinin yaradıcılığında da
geniş yer tutmuşdur. O, insanın mahiyyətini onun idraki qabiliyyəti kamilliyi ilə
əlaqələndirirdi. Füzuliyə görə aqil insan öz xilqəti barədə düşünməli, öz varlığının
mahiyyətini araşdırmalı, özünün əvvəlini və sonunu dərk etməlidir.
Şərq fəlsəfi fikrinin materialist ənənələrini davam etdirən M.F.Axundov da insana
böyük diqqət yetirirdi. O, ömrünün son dövründə yazdığı əsərlərdə insan, onun həyatı,
azadlığa nail olmağın yolları barədə maraqlı fikirlər irəli sürmüşdür. Beləliklə insan,
onun mahiyyəti, mövcudluğu və gələcəyi ilə bağlı problemlər bütün dövrlərdə fəlsəfədə
başlıca yeri tutmuşdur. Bu problemlərin maddi və mənəvi səpkiləri daim fəlsəfi fikrin
diqqət mərkəzində olmuşdur.
9
Bütövlükdə insanın anlaşılmasına dair müxtəlif baxışları aşağıdakı kimi üç
formada qrupılaşdırmaq olar
Dostları ilə paylaş: |