31
mənalı yaşamağa çalışır. Hər bir fərdin həyatının məqsədi və amalı, onun mənimsəmiş
olduğu
sosial ideyalarla, yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara
arxalanaraq insan öz həyatını xeyir və ya şər, doğruçuluq və yalançılıq, ədalət və ya
ədalətsizlik kimi mənəvi-əxlaqi anlayışlar üzərində qurur.
Zəmanəmizin görkəmli psixoloqu V.Franki
göstərir ki, insanın həyatını
heykəltəraşın fəaliyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin ki, ona əsərini
tamamlamaq üçün müəyyən vaxt verilir. Lakin həmin vaxtın sonu və nə vaxt qurtaracağı
haqqında onun məlumatı yoxdur. Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir.
O, sadəcə olaraq ona ayrılmış vaxtdan maksim istifadə edir ki, əsər yarımçıq qalmasın.
Lakin əgər verilmiş vaxt iş başa çat qədər qurtarsa belə, görülən işin qiymətini aşağı
salmır. Həyatın fraqmentar xarakteri onun mənasını azaltmır.
Ömrün uzun müddətli
olmasına əsasən biz heç onun nə dərəcədə mənalı olduğunu deyə bilmərik.
Deyilənlərdən aydın olur ki, insan həyatının mənası, ölməzliyi onun özü
tərəfindən qazanılır.
Din insanın həyatım müqəddəs ehkamlara əməl etməkdə, dini ayin və mərasimləri
yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyasına inam bəsləməkdə görür.
Fəlsəfə isə bu məsələni
həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri
göstəricilərin
vəhdəti baxımından yanaşır. Bu, real fəlsəfi humanizm idealını ifadə edir. Həmin ideal
insanda ölüm ilə ölməzliyi, əbədi ilə müvəqqətini dialektik əlaqədə götürür. İnsan həyatı
fiziki cəhətdən keçici olmasına baxmayaraq, mənəvi baxımdan ölməzlik qazana bilir.
İnsanın ölməzliyi onun qoyub getdiyi mənəvi irsdə, yaradıcılıqda
və xeyirxah
əməllərdədir. Təsadüfi deyildir ki, görkəmli elm və mədəniyyət xadimləri, gözəl
sənətkarlar, xalqın vətənpərvər oğulları
cismən ölüb getsələr də, mənən əbədiyyətə
qovuşur, əsrlər boyu yaşayırlar. Deməli, insanın ölməzliyi onun zəkasının qüdrətində və
humanizmində təcəssüm edir.
Bioloji varlıq olan insan öz həyatının mənası üzərində düşünərkən, həm də həyat
və ölüm məsələlərinə öz münasibətini formalaşdırır. Bəşəriyyətin inkişafının bütün
pillələrində bu məsələlər təkcə ictimai fikrin qabaqcıl nümayəndələrini deyil,
həm də
bütün insanların fikrini məşğul etmişdir. Onlara cavab verərkən hər şeydən əvvəl həyatın
mənasız olduğu haqqında təsəvvürlərə yol verilməməlidir. Bütün digər canlılardan fərqli
olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özündən narazı olur, müəyyən
narahatlıq keçirir. Öz məqsədinə çatmağa çalışır. Bu onun inkişafının stimulu rolunu
oynayır. O, öz qabiliyyətlərini hərtərəfli inkişaf etdirməyə,
cəmiyyətin tərəqqisinə,
ümumi işin xeyrinə öz töhfəsini verməyə səy göstərir. İnsanın sosial mahiyyət daşıması,
cəmiyyətdə yaşaması onu buna sövq edir.
32
Müasir dövrdə təbabətin, biologiyanın, genetikanın və digər elmlərin heyrətamiz
kəşfləri insan ömrünün uzadılması üçün real imkanlar açır. İnsan orqanizminin müxtəlif
üzvlərinin köçürülməsi sahəsində qazanılmış uğurlar sübut edir ki, bəşəriyyət hazırda
uzunömürlülüyü həyata keçirməyin astanasındadır. Lakin insan həyatına bu yem baxış
hər şeydən əvvəl yüksək əxlaqi prinsiplərə, ideallara və dəyərlərə arxalanmalıdır. Digər
tərəfdən ölüm probleminin sosial-etik və əxlaqi humanist səpkisi getdikcə daha çox
diqqəti cəlb edir. İlk nəzərdə məsələnin bu cür qoyuluşu qəribə görünə bilər, belə ki,
əsrlər
boyu insan daha çox yaşamağa, həyatla bağlı problemləri həll etməyə çalışır.
Lakin etiraf edək ki, hazırda yaşamaq hüququ ilə yanaşı ölmək hüququ da böyük maraq
kəsb edir.
Dostları ilə paylaş: