Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ



Yüklə 3,11 Mb.
səhifə24/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

35. MÜBAHİSƏLƏRİN HƏLLİ
35.1 ŞİRKƏT və PODRATÇI arasında MÜQAVİLƏ və ya İŞ ilə bağlı meydana çıxan mübahisələr aşağıdakı qaydalara uyğun olaraq həll edilir:


    1. mübahisə ilk öncə ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİNƏ yönəldilir, hansı ki, öz növbələrində mübahisə obyekti olan məsələni müzakirə edir və razılığa gəlmək üçün bütün ağlabatan cəhdləri edirlər;




    1. əgər Maddə 35.1(a)-ya əsasən razılaşma əldə edilməsə, mübahisə Müqavilədə müəyyən edilmiş iki şəxsə yönəldilir. Bu şəxslərdən biri ŞİRKƏT, biri isə PODRATÇI tərəfindən təyin edilir. Tərəflər təyin etdikləri şəxsləri digər tərəfə məlumat verməklə dəyişə bilərlər;




    1. əgər Maddə 35.1(b)-yə əsasən razılaşma əldə edilməsə, mübahisə ŞİRKƏTİN və PODRATÇININ İcraçı Direktorların və ya Rəhbərliklərinin vasitəsi ilə həll edilməyə yönəldilir.

35.2 Əgər Maddə 35.1(c)-yə əsasən razılaşma əldə edilməsə, tərəflər mübahisəni öz aralarında razılaşdırdıqları Mübahisələrin Alternativ Həlli forması ilə həll edilə bilərlər.


35.3 Hər hansı bir mübahisə barədə razılaşma əldə edilməsə, Maddə 35.4-ə əsasən tərəflərdən hər biri mübahisəni həll etmək üçün istənilən vaxt Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Məhkəməyə müraciət edə bilər.
35.4 Maddə 35.3-ə əsasən mübahisənin Məhkəmələrə yönəldilməsindən əvvəl mübahisə ilə əlaqədar məhkəmə işinə başlamaq istəyən tərəfin bundan öncə Maddə 35.1 (a), (b) və (c)-də qeyd olunan qaydalara riayət etməsi və bunları tamamlamağa cəhd etməlidir.
35.5 Hansısa bir məsələ və ya məsələlər mübahisə obyekti olan zaman, PODRATÇI İŞİN icrasına davam etdirir və tamamlanmasını həyata keçirir və həm PODRATÇI, həm də ŞİRKƏT MÜQAVİLƏNİN şərtlərinə riayət edir.

36. SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT
36.1 ŞİRKƏT sağlamlıq, təhlükəsizlik və ətraf mühit (bundan sonra “STƏ” adlandırılır) ilə bağlı məsələlərə böyük önəm verir və tələb edir ki, PODRATÇI QRUPU STƏ-nin ən yüksək standartlarına əməl və riayət etsin.
36.2 PODRATÇI İŞİN icra edilməsi üçün zəruri olan bütün əməliyyatların və metodların müvafiqliyi, stabilliyi və təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır və STƏ–nin şərtlərinə ciddi şəkildə riayət edir. PODRATÇI STƏ ilə bağlı tədbirlərin təşkil edilməsi və bu tədbirlərin sənədlərinin hazırlanması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir.
36.3 Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit standartlarının tələblərinə riayət edilməməsi və ya hər hansı bir materialdakı STƏ risklərinin tənzimlənməsi ilə əlaqədar ŞİRKƏTİN ağlabatan tələbinin icra edilməməsi ŞİRKƏTƏ əsas verir ki, İŞİN və ya MÜQAVİLƏNİN hər hansı bir hissəsinin Maddə 29.1(b)-yə əsasən ləğv edilməsi üçün bildiriş versin.
36.4 PODRATÇI İŞ SAHƏSİNDƏ baş verən fövqəladə hadisənin lazımi şəkildə qarşısının alınması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir və təhlükə olduğu zaman dərhal insan həyatının və əmlakın qorunması üçün zəruri olan tədbirlər görür.

Tərəflərin səlahiyyətli nümayəndələri Müqaviləni aşağıda göstərilən tarixdə iki nüsxədə imzalayırlar:

PODRATÇI ŞİRKƏT
Adı: Adı:
Vəzifəsi: Vəzifəsi:
Tarix: Tarix:

Əlavə VIII

ARDNŞ-nin __ ___ 2011-ci il tarixli

__ nömrəli əmri ilə təsdiq edilmişdir




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Tikinti üzrə Podrat Müqaviləsi

(SOCARSS – 008.2011)




Qeyd: Bu Müqavilə Tikini Xidmətlərinin Göstərilməsinə dair müqavilə CMAA-in (“Amerikanın Tikintinin İdarəedilməsi Assosiasiyası”) mülki tikinti sahəsində modelinə əsaslanır və Faktiki Xərclər üstəgəl Xidmət Haqqı (“Cost Plus Fee”) formatını əhatə edir. Sifarişçinin maraqlarına uyğun olaraq və tikintinin xüsusiyyətlərində asılı olaraq bu müqavilə, müvafiq müddəaları dəyişdirilərək, digər formatlarda da istifadə oluna bilər.

müqavİlə

_______ (gün) _____________ (ay) _______ il tarixində

Sifarişçi:

Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Neftçilər prospekti 73 olan, dövlət mülkiyyətində olan hüquqi şəxs, AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ


və Podratçı: ________________________________________________
Qarşıda Maddə 1.1-də göstəriləcək “______________________” (Burada “Layihə” adlanacaq) adlı Layihə ilə bağlı xidmətlər:
İnşaat Rəhbəri (burada “İR” adlanacaq): –___________________________________

Ünvan: __________________________________________________________

Konstruktor: _____________________________________________________

______________________________________________________

Müqavilənin həyata keçirilməsinə və ödənişə dair zəmanət:

Məbləğ, Zəmanət verən Şirkət və Ünvan:


Qiymət: _________

Ödəniş :

Yubadılma şərtləri: Ümumi Müddəalarda göstərildiyi kimi

Sifarişçi və Podratçı qarşılıqlı razılaşmalarına əsasən aşağıdakı kimi razılığa gəlirlər:



  1. Bu müqavilədəki söz və ifadələr müqavilə sənədlərində göstərilən mənalarla eyniyyət təşkil edir.

  2. Aşağıdakı sənədlər bu Müqavilənin tərkib hissəsi kimi izah ediləcək və oxunacaq. Bu razılaşma digər bütün müqavilə sənədlərindən üstün hesab olunacaq.

  1. Əlavə şərtlər

  2. Ümumi şərtlər

  3. Spesifikasiya

  4. Çertyojlar və

  1. Bu Müqaviləyə əsasən Sifarişçi tərəfindən Podratçıya ediləcək ödənişlərə gəldikdə isə Podratçı, bu müqavilənin şərtlərinin bütün aspektləri ilə bağlı işləri yerinə yetirmək və nöqsanları aradan qaldırmaq barədə Sifarişçi ilə razılığa gəlir.

  2. Sifarişçi bu Müqavilədə göstərilən zamanlarda və tərzdə işlərin icrası və tamamlanması, eləcə də, nöqsanların aradan qaldırılması və bu müqavilənin şərtlərinə əsasən ödənilməli olan Faktiki Xərclər və ya digər məbləğlərin ödənilməsi üzrə Podratçı ilə müqavilə bağlayır.


Bu sənədin təsdiqi olaraq Tərəflər, ________ tarixində Azərbaycan Respublikasının qanunlarına əsasən imzalanmasına dair razılığa gəlirlər:

İmza:
__________________________________________________________________________

Ad:

Vəzifə:


Tarix:
İmza:
__________________________________________________________________________

Ad:


Vəzifə:

Tarix:


MÜNDƏRİCAT
Maddə:

  1. Ümumi müddəalar . 5

  2. Sifarişçi və İnşaat Rəhbəri . 10

  3. Layihəçi. 13

  4. Podratçı . 15

  5. Mülkiyyətin təhlükəsizliyi və mühafizəsi 25

  6. Subpodratçılar və Təchizatçılar. 26

  7. Sifarişçi və ayrı-ayrı Podratçıların işləri . 28

  8. Başlanma və Tamamlanma ..................................................................................................... 29

  9. Dəyişikliklər. 32

  10. İşlərin təftişi, yoxlanması və düzəlişlər . 35

  11. Ödənişlər və Tamamlanma . 37

  12. Öhdəlik və Mülkiyyətin sığortalanması. 44

  13. Xitam verilmə . 47

  14. Fors-Major halları 53

  15. Mübahisərin həlli 53

  16. Digər Müddəalar . 55



MADDƏ 1
ÜMUMİ MÜDDƏALAR


    1. Tərəflər, Şərh və Məqsəd

      1. “Sifarişçi” termini, Azərbaycan, Bakı şəhəri, Neftçilər pr. 73 poçt ünvanlı və təyin edilmiş nümayəndələri, varisləri və pul təxsisatına malik Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mənasını daşıyır.

      2. “İnşaat Rəhbəri” termini (bundan sonra “İR” adlanan), _________________________________ şirkəti mənasını daşıyır.

      3. “Layihəçi” termini _____________________________ şirkəti mənasını daşıyır. “Layihəçi” termini Layihəçinin səlahiyyətli nümayəndələrini, məsləhətçilərini, varislərini və ya Layihəçi tərəfindən eyni sahədə fəaliyyət göstərmək üçün təyin olunmuş firma və ya digər şəxsi də bildirir.

      4. “Layihə” termini Azərbaycan Respublikası, ____________________ ünvanında yerləşən müəyyən daşınmaz əmlakın inşaası üçün inşaat ərazisinin hazırlanması işləri, əlavə qurğular və tikililər də daxil olmaqla, __________________________________ mənasını daşıyır.

      5. “Podratçı” termini Layihəni işçi qüvvəsi , material, avadanlıq və inventar və ya hamısı ilə təchiz etmək üçün Sifarişçi ilə bağlanmış müqaviləni icra edən, yaxud da Layihə ilə başqa cür əlaqəsi olan fərdi, müştərək, səhmdar, firma, korporasiya və ya digər biznes müəssisələri mənasını daşıyır.

      6. “Müqavilə Sənədləri” termini Tender İştirakçıları üçün Təlimat, Podratçı və arasında bağlanmış Müqavilə (bundan sonra “Müqavilə” adlandırılan), Podratçıya təqdim olunmuş Ümumi Şərtlər və hər hansı Əlavə Şərtlər, Podratçıya təqdim olunmuş cizgilər və spesifikasiyalar, bütün əlavə sənədlər, əlavələr, bülletenlər, bu Ümumi Şərtlərə əsasən yuxarıda göstərilənlərdən hər hansı birinə edilən dəyişikliklər və Müqavilənin Razılaşmasında dəqiq müəyyən edilmiş bütün digər sənədləri bildirir.

      7. “İşçi çizgiləri” dedikdə Layihə müddətində İnşaat sahəsində istifadəsi nəzərdə tutulan detallı dəmir-beton, polad konstruksiya v.s. çizgi, sxem və icra sənədləri nəzərdə tutulur.

      8. “İş” termini Layihənin Podratçı tərəfindən bütün işçi qüvvəsi, materiallar, alətlər, avadanlıqlar, cihazlar, əməliyyat xidmətləri, nəzarət işi daxil olmaqla icra olunmalı daimi və müvəqqəti işləri və Müqavilə Sənədlərinin tələblərini təmin etmək üçün Podratçı tərəfindən göstərilməli digər xidmətləri nəzərdə tutur.

      9. “Subpodratçı” termini hər hansı fərdi, əməkdaşlı, firma, korporasiya yaxud İşin ərazidə icra olunması üçün işçi qüvvəsi, avadanlıq və ya materialla təchizat etmək məqsədi ilə podratçı və ya hər hansı başqa subpodratçı ilə müqavilə əlaqəsi olan başqa komersiya müəssisəsi mənasını daşıyır. Hər bir subpodratçıdan müqaviləni bağladığı Tərəfin tələbi ilə bu Ümumi Şərtlər və ya digər müvafiq Müqavilə Sənədlərə uyğun fəaliyyət göstərməyə razılığı alınmalıdır.

      10. “Təchizatçı” termini Podratçı və ya hər hansı bir subpodratçı ilə onların işinə cəlb ediləcək material və avadanlıqla təchiz etmək üçün müqavilə bağlamış istehsalatçı, quraşdırıci, distributor və ya satıcı mənasını daşıyır.

      11. “Hədəf Qiyməti” termini Dəyərləndirmə Mərhələsində Sifarişçi və Podratçı arasında rəqəmlərlə hesablanmış yekun məbləği bildirir. Hədəf qiyməti Müqavilə Sənədlərində göstərildiyi kimi Cari Xərclər üstəgəl Sabit Xidmət Haqqı Müqaviləsinin hesablama prinsipindən istifadə edərək dəyişdirilə bilər. Hədəf Qiymətinin təyin olunmasında istifadə olunmuş elementləri işin gedişatında xərclərə nəzarət kimi istifadə oluna bilər. Bununla belə, Podratçı Sifarişçinin məmnunluğu üçün faktiki xərclərə ən səmərəli şəkildə nəzarət olunması üçün əlindən gələni etməlidir. Sifarişçi tərəfindən Podratçıya İşin icrasına görə “Cari Xərclər üstəgəl Sabit Xidmət Haqqın” ödənişi Müqavilə Sənədlərində müəyyən olunduğu kimi aparılmalıdır. Müxtəlif Sığorta, Zəmanət və qarantiyaların təminatı “Hədəf Qiymət”ə əsaslanacaq., başga hal nəzərdə tutulmayıbsa.

      12. “Sabit Xidmət Haqqı” Sifarişçi və Podratçı arasında Dəyərləndirmə Mərhələsində razılaşdırılmış Gəlir və Əlavə Xərcləri nəzərdə tutur. “Sabit Xidmət Haqqı” Əlavə şərtlərdə göstərilən meyara əsaslanmalıdır.

      13. Müqavilə müddəti İşin icrası üçün Müqavilə Sənədləri ilə müəyyən olunmuş günlərin sayıdır.

      14. “Əsaslı tamamlanma” termini İR-nin Layihəçi ilə məsləhətli şəkildə müəyyən etdiyi, Müqavilə Sənədlərinə əsasən Sifarişçi tərəfindən Layihənin və ya onun müəyyən olunmuş hissəsinin, bütün Layihə hissələrinin və systemlərin tələb olunan işlək vəziyyətdə tam əldə olunma və təyinatı üzrə istifadəsinin mümkünlüyünü təmin edərək, İşin Mügavilə Sənədlərinə müvafiq tamamilə bitdiyi tarixi bildirir.

      15. “Gün” gecə yarısında növbəti günün yarısına qədər ölçülən iyirmi dörd (24) saatı göstərən təqvim günüdür. Əgər Müqavilə Sənədlərində günlə bağlı vaxt kəsiyi göstərilibsə, onda o, belə müddətin ilk gününü çıxmaq və son gününü daxil etməklə hesablanmalıdır. Əgər belə müddətin son günü Şənbə, Bazar və ya tətbiqə yararlı qanunvericilik ilə bayram günü elan olunubsa, həmin gün hesaba alınmamalıdır. “İş Saatları” Layihənin yerləşdiyi Azərbaycan Respublikası Əmək məcəlləsindəki kimi hesablanır.

      16. Sifarişçi və/və ya İR qalib gələn tender iştirakçısına Təyin edilməsinə dair Bildiriş verirsə, bildiriş Müqavilənin və bütün digər Müqavilə Sənədlərinin imzalanmamış üç (3) nüsxəsi ilə müşayiət olunmalıdır. Bundan sonrakı on beş (15) gün ərzində Podratçı bu Müqavilənin üç (3) nüsxəsini rəsmiləşdirməli və əlavə olunmuş bütün digər müqavilə Sənədləri ilə birlikdə Sifarişçiyə və/və ya İR-nə çatdırmalıdır.

      17. Müqaviləni rəsmiləşdirməklə, Podratçı Müqavilə Sənədlərini diqqətlə yoxladığını; İşin qiyməti, inkişafı və icrasına hər hansı bir şəklidə təsir edə biləcək yerli şəraitlə tanış olmaqdan ötrü əraziyə baş çəkdiyini; İşin qiyməti, müddəti, inkişafı və icrasına hər hansı bir şəklidə təsir edə biləcək dövlət və yerli qanunlar, fərmanlar, qaydalar və nizamnamələrlə tanış olduğunu; Podratçının Müqavilə Sənədləri ilə tanış olub, onlarla əlaqəsi olduğunu nümayiş etdirmiş olur.

      18. Müqavilə Sənədləri Sifarişçi və Podratçı arasında İşə aid bütün Müqaviləni əhatə edir. Müqavilə Sənədləri bir-birini Tamamlayır, və biri tələb olunduğu təqdirdə digərləri də tələb olunur.

      19. Layihənin funksional olaraq tamamlanması və ya inşa ediləcək hissəsini təsvir etmək Müqavilə Sənədlərinin məqsədidir. Nəzərdə tutulmuş nəticəni əldə etmək üçün tələbə cavab olaraq, Müqavilə Sənədləri ilə əsaslanmış şəkildə nəzərdə tutulan hər hansı işçi qüvvəsi, material və ya avadanlıq, təfərrüatı göstərilməsi olub-olmamasından asılı olmayaraq təchiz olunmalıdır. Adət halını almış texniki və ya ticarət mənasını verən sözlər işçi qüvvəsi, material və ya avadanlığı təsvir etmək məqsədi ilə istifadə olunubsa, sözlər həmin məzmuna müvafiq tərcümə olunmalıdır. Hər hansı bir texniki cəmiyyətin, təşkilatın və ya birliyin standart spesifikasiyalar, təlimatlar və ya məcəllələrinə, yaxud da hər hansı bir dövlət rəhbərliyinin qanunlarına və ya qaydalarına aid istinadlar, təkliflərin açıldığı vaxtda faktiki olaraq qüvvədə olan ən son spesifikasiyalar, təlimatlar, məcəllələri, qanunları və ya qaydaları bildirməlidir, digər hallar xüsusi olaraq göstərilməyibsə.

      20. İR yazılı şəkildə Müqavilə Sənədlərinin tələblərinin açıqlamasını və izahatını Podratçıya təqdim etməlidir. Belə açıqlamalar və izahatlar müqavilə sənədlərinin bütün məzmununa aid olmalı və ya onların ümumi məqsədindən nəticələnməlidir.

      21. Podratçı Sifarişçi və Tİ tərəfindən təqdim edilən Müqavilə sənədləri, dizayn çizgiləri və spesifikasiyalardaki İşin icra edilə bilinməsinə ziddiyət, uyğunsuzluq vəya aşkar səhvləri tapmaq üçün bütün gücünü səfərbər etməlidir. Əgər işin icrası müddətində Podratçı Müqavilə Sənədlərində ziddiyyət, səhv və ya uyğunsuzluq aşkar edərsə, o zaman o, dərhal yazılı şəkildə İR-nə bu barədə hesabat verməlidir. Göstərilən amillərin təsir etdiyi işi davam etdirməzdən öncə Podratçı İR-dən yazılı açıqlama və ya izahat almalıdır. İR-nin qərar verməsindən öncə görülən hər bir iş üçün cavabdehlik Podratçının öhdəsinə düşür

      22. Əgər Müqavilə Sənədlərinin hansısa hissəsi digər bir hissəsinə ziddirsə, onda Müqavilə Sənədlərini təşkil edən müxtəlif sənədlər aşağıda göstərilən üstünlük ardıcıllığı ilə əldə rəhbər tutulmalıdır. Sifarişçi Podrat Müqaviləsi və bununla yanaşı lazımi şəkildə rəsmiləşdirilmiş dəyişiklik əmrləri; Əlavə Şərtlər; Ümumi Şərtlər; spesifikasiyalar; Tender iştirakçıları üçün Təlimatlar; cizgilər. Cizgilərdə verilmiş rəqəmlər və miqyaslı olçülər arasında, rəqəmlər rəhbər tutulmalıdır. Detallı çizgilərə ümumi çizgilərin üzərində üstünlük verilməlidir.

      23. Podratçı, Müqavilə Sənədlərində göstərilənlərdən heç birinin və ya Sifarişçi və İR yaxud Sifarişçi və Layihəçi arasında olan hər hansı razılaşmanın İR, Layihəçi və Podratçı arasında müqavilə münasibətlərin ziddiyyət yaratmaması ilə razılaşır. Podratçı Sifarişçi və İR və ya Sifarişçi və Layihəçi arasında hər hansı razılıqların benefisiarı deyil və onun belə müqavilənin üçüncü benefisiarı olmasına əsaslanan və ya əsaslanmasını tələb edən İR və ya Layihəçiyə qarşi məhkəmə iddiası ilə çıxmayacağına razılaşır.

      24. Materiallar və avadanlıq Müqavilə Sənədlərində sadalanan müvafiq əşyalardan istənilənin mülkiyyətçinin adının və ya xüsusi təchizatçının adının istifadə edilməsi ilə müəyyən edildiyi və ya təsvir olunduğu halda, əşyanın adlandırılması tələb olunan növ, funksiya və keyfiyyəti əks etdirmək niyyətini daşımalıdır. Əgər əşyanın adını təşkil edən sözlərdə əvəz etməyə yol verilməyibsə, digər təchizatçı tərəfindən təklif olunan material və avadanlıqlar, onların adlarının özlərinə uyğun olduğunu müəyyən edən məlumat təqdim olunduğu halda qəbul edilə bilər. Əgər Podratçı əvəzetmə təklif etmək istəsə, O, İR-nə yazılı təklif təqdim etməli, sonuncu isə öz növbəsində qəbul edilmək üçün həmin təklifi Layihəçiyə təqdim etməlidir. Təklif, əvəz edicinin eyni şəkildə işlədiləcəyini, layihədə nəzərdə tutulan nəticələrin əldə olunacağını, onun əvəz etdiyinə oxşar və bərabər əvəz edici olduğunu və eyni məqsədlə istifadə olunacağını təsdiqləməlidir. Təklif, əvəz etmənin dəyərləndirilməsi və qəbul edilməsinin Podratçının işi əsas vaxtda bitirməsinə əngəl törətməyəcəyini, əvəz etmənin İşə tətbiq olunmaq üçün qəbul ediləcəyi təqdirdə Müqavilə Sənədlərində hansısa dəyişiklik edilib-edilməyəcəyini və ya əvəz edicinin Layihəyə uyğunlaşdırılmasından ötrü digər iş müqaviləsi ilə təmin olunub-olunmayacağını, əvəz edicinin İşə qoşulmasının və ya İş ilə bağlı istifadə olunmasının lisenziya və ya icarə haqqı ödənilməsinə səbəb olub-olmayacağını bildirməlidir. Təklif, hər biri təklif olunmuş əvəz etmənin dəyərləndirilməsində nəzərə alınmış, təkrar planlaşdırılma və dəyişikliyin təsirinə məruz qalmış digər podratçıların tələblərini də əhatə edən, bu cür əvəz etmənin qəbul edilməsinin səbəb olacağı müəyyən olunmuş bütün qiymətlərin smetasını əks etdirməlidir.

      25. Əgər xüsusi inşaat vasitələri, metodları, texnikaları, ardıcıllığı və ya proseduraları Müqavilə sənədlərində göstərilibsə və ya tələb olunursa, Podratçı, İR və İR vasitəsi ilə Layihəçiyə əvəzetmə təklifinin Müqavilə Sənədlərində göstərilən və ya tələb olunana bərabər olmasını müəyyən etməyə icazə verən lazımi məlumatı təqdim etməklə, əvəzedici inşaat vasitələri, metodları, texnikaları, ardıcıllığı və ya proseduraları təklif edə bilər. Təklif olunmuş əvəzedicinin təhlil edilməsi prosedurası 1.1.24. bəndində göstərilənlə eyni olmalıdır.

1.1.25.1. Podratçı əvəz etmə təklifini dəyərləndirmək üçün İR-nə Layihəçi ilə məsləhətləşməkdən üçün yeddi (7) gündən az olmamaq şərti ilə kifayət qədər vaxt verməlidir. Öncə İR-nin və Layihəçiun, İR tərəfindən Podratçıya təqdim olunan ya dəyişiklik haqqında əmr, ya da digər müvafiq sənədləşməni əks etdirən təklifin qəbul olunması haqqında yazılı bildiriş olmadan heç bir əvəz etmə, quraşdırma və ya istifadə əmri verilməyəcək.

1.1.25.2. Podratçıdan hər hansı bir əvəz etmə ilə bağlı xüsusi icra zəmanəti və ya digər zəmanət təqdim etməsi tələb oluna bilər.



      1. Əgər Müqavilə Sənədlərində İR və ya Layihəçiun İş ilə bağlı tələbi, göstərişi, təhlili və ya qiymətləndirməni təsvir etmək üçün “əmr olunduğu kimi”, “göstərildiyi kimi”, “tələb olunduğu kimi”, “icazə verildiyi kimi”, “bəyənildiyi kimi” terminləri, və ya oxşar yaxud eyni mahiyyəti kəsb edən terminlər, eyni zamanda “əsaslandırılmış”, “əlverişli”, “qəbul edilə bilən”, “müvafiq” və ya “qənaətbəxş” sifətləri, və ya oxşar yaxud eyni mahiyyəti kəsb edən sifətlər istifadə olunubsa, bu cür tələblərin, göstərişin, təhlilin və ya qiymətləndirmənin müstəsna olaraq İşin Müqavilə Sənədləri ilə uyğunluğunu dəyərləndirməsi ilə bağlı olması tələb olunur. Bu kimi hansısa bir termin və ya sifət istifadə olunarkən Sifarişçiyə, İR-nə və ya Layihəçia İşin təmin olunması və ya icrasına nəzarət və rəhbərlik etmək və ya göstəriş verməkdən ötrü hansısa ixtiyar və ya vəkalət vermək nəzərdə tutulmamalıdır.

      2. Podratçı Sifarişçi və/vəya İRnin təsdiqinə əsasən uyğun təribat, subpodrat nəzarəti, müşahidəsi və hesabat vermə məqsədi ilə təsirli Subpodrat İşinin Nəzarət Sistemini təşkil etməlidir. Əsas məqsəd başlıca olaraq, razılaşılmış qiymət və vaxt çərçivəsində maksimum səviyyədə koordinasiya ilə və yüksək keyfiyyətli məhsul istehsal etməklə, subpodrat təşkilatı və onun sistemlərinin səmərəli icrasını inkişaf etdirmək, idarə etmək, koordinasiya etmək və qorumaqdır. Subpodrat Kordinatoru işi subpodrat işlərinin seçmə, subpodrat, istehsal, məlumat təminatı, nəzarət, sənədlər, ödənişdən və hesabatdan tutmuş son icraya qədər bütün prosesini birləşdirmək məsuliyyətini daşıyır. Sahə rəhbərinin birbaşa nəzarəti altında iş cədvəli, baxışa təqdim olunan sənədləri, keyfiyyət, işçi qüvvəsinin təşkil olunması, pul haqq-hesabı, metodlar, materiallar və texnologiyaya sistematik yanaşma tələb olunur.

      3. “Əlaqə Dili” termini Layihə müddətində Sifarişçi, İR, Layihəçi və Podratçı arasında bütün yazışmalar, texniki icra sənədləri və sair texniki tərtibatları təmin edən Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dilidir. İR, Layihəçi və Podratçı arasında olan məhdud yazışmalar Tərəflərin razılığı ilə digər dillərdə də aparıla bilər.


MADDƏ 2

SİFARİŞÇİ VƏ İNŞAAT RƏHBƏRİ


    1. Cizgilər və Spesifikasiyalardan İstifadə

2.2.1 Podratçı Müqavilə Sənədlərinin iki (2) nüsxəsi ilə təmin olunmalıdır. Əlavə nüsxələr tələb edildikdə təkrar istehsal xərci ödənilərək təqdim olunmalıdır.

2.1.2 Cizgilər, Spesifikasiyalar və ya Sifarişçi, Layihəçi və ya İR tərəfindən hazırlanmış hər hansı digər sənədlər də daxil olmaqla Müqavilə Sənədlərinin heç birində Podratçının hüququ olmamalıdır



    1. Öhdəliklər

      1. İR burda təsvir olunduğu kimi Müqaviləyə rəhbərlik edir. Bu Müqavilə altında hərəkət edərək İR bu Müqavilə ilə bağlı bütün məsələlərdə Sifarişçinin vasitəçisi kimi fəaliyyət göstərmiş olur. Bu Müqavilədə heç bir fakt İR-nin Sifarişçinin qəyyumu olması kimi təfsir edilə bilməz.

      2. Sifarişçi və Layihəçi Podratçı ilə, Layihənin bütün işlərində iştirak etməyə səlahiyyəti olan İR-nin təyin etdiyi şəxs vasitəsi və ya iştirakı ilə həyata keçirəcək.

      3. Podratçı bu Müqavilənin davam etdirilməsi və ya qüvvədə olma tarixi haqqındakı ilk bildirişdən sonrakı beş (5) gün ərzində İR-nə Müqavilənin adından müqavilələr, sertifikatlar və iltizamlar kimi sənədləri imzalamaq və Podratçının öhdəsinə bu cür sənədlərin bütün şərtlərini və təminatını qoymaq səlahiyyətinə malik bütün şəxslərin siyahısını təqdim etməlidir. Korporasiya kimi fəaliyyət göstərildiyi halda istisna olaraq, Podratçı İR-nə tərkibinə, korporasiyanın adından müqavilələr, sertifikatlar və iltizamlar kimi sənədləri imzalamaq və korporasiyanın öhdəsinə bu cür sənədlərin bütün şərtlərini və təminatını qoymaq səlahiyyətinə malik işçi heyətinin adlarının və rütbələrinin siyahısı daxil olan, korporasiyanın direktorlar şurasının qərarlarının surətini təqdim etməlidir.

      4. Paraqraf 9.1.1 də qeyd olunan hallardan başqa, İR Müqavilə Sənədlərinin tələblərindən heç birini ləğv etməməli, dəyişdirməməli, artırıb-azaltmamalı, yüngülləşdirməməli, Müqavilə Sənədlərinə əsasən icra olunmayan heç bir İşi təsdiq etməməli yaxud qəbul etməməli, Müqavilə Sənədlərinə zidd təlimat verməməlidir.

      5. İR Sifarişçiyə İşdə qüsur və çatışmazlığa qarşı müdafiə olunmaqda yardım etmək məqsədi ilə, İşin keyfiyyətini nəzarətdə saxlamaq üçün proqram tərtib və tətbiq etməlidir. Nə Sifarişçi, nə İR, nə də Layihəçi Podratçının inşaat vasitələri, metodları, texnikası, ardıcıllığı və ya icrası ilə bağlı istiqamətləndirməyəcək, səlahiyyət və məsuliyyət daşımayacaq; onlar, eyni zamanda, Podratçının təhlükəsizlik tədbirləri və proqramla bağlı təsadüfi hadisələrə görə də məsuliyyət daşımayacaqlar. Bundan başqa, nə Sifarişçi, nə İR, nə də Layihəçi Podratçının İşin təminatı və icrasına müvafiq qanun və nizamnamələrə əməl etməkdə, İşin təminatı və icrasını Müqavilə Sənədlərinə əsasən həyata keçirməkdə yol verdiyi səhvlərə görə də məsuliyyət daşımayacaq.

      6. Nə Sifarişçi, nə İR, nə də Layihəçi Podratçının, hansısa subpodratçının, təchizatçının, yaxud da Podratçının adına İşin hansısa hissəsini həyata keçirən digər şəxslər və ya təşkilatların fəaliyyətinə və ya icra etmədiklərinə görə məsuliyyət daşımayacaq.

      7. İR-nin müşahidələri və digərlərinin yoxlamaları, sınaqları və ya yüksək rəyi Podratçını İşi Müqavilə Sənədlərinə müvafiq icra etmək öhdəliklərindən azad etməyəcək.

      8. İR-nin, İR və ya Layihəçinin fikrinə görə Müqavilə Sənədlərinin tələblərinə zidd olduğunu hesab etdiyi yerdə İş haqqında mənfi rəy bildirmək yaxud onu rədd etmək üçün Sifarişçi adından səlahiyyəti olacaq. Şəxsin və ya əmlakın zərər çəkə biləcəyi fövqəladə hallar istisna olmaqla, hər cür belə mənfi rəy haqında Podratçıya İR vasitəsi ilə məlumat verəcək.

      9. İR işin icrası üsulları, gedişatı, problemlər və cədvəl tərtib etmək kimi məsələləri müzakirə etməkdən ötrü, Podratçı, subpodratçılar, təchizatçılar və digərlərinin də iştirak edəcəyi iş görüşləri təşkil etmək, siyahıya almaq və idarə etmək səlahiyyətinə və mülahizəsinə malik olacaq.

      10. İR, Layihəçi ilə məsləhətli şəkildə, işçi cizgiləri, nümunələri və baxılacaq digər sənədlərin emal edilməsi proseduralarını hazırlayacaq.

      11. İR, Müqavilə müddətinin dəyişdirilməsi ilə bağlı ərizələr də daxil olmaqla, dəyişikliklərlə bağlı tələblərə baxacaq və dəyişiklik sıralamasını təyin edəcək.

      12. İR Podratçının İşini nə vaxt əsaslı tamamladığını müəyyən edəcək. Layihəçi ilə məsləhətli şəkildə, İR tamamlanmamış və ya Müqavilə Sənədlərinin tələblərinə zidd olan digər İşlərin siyahısını da əlavə etməklə, Əsaslı Tamamlanma haqqında Şəhadətnamə hazırlayacaq və Sifarişçinin təsdiqi ilə podratçıya təqdim edəcək. Əsaslı xitam zamanı yalnız təsadüfi düzəliş işi və son təmizləmə, əgər Sifarişçinin tam istifadəsi üçün ehtiyac olan sonrakı təmizləmə tələb olunarsa, yekun tamamlanmaya saxlanıla bilər. Yekun Tamamlanma haqqında Şəhadətnamə oxşar olaraq İR tərəfindən hazırlanmalı, Sifarişçinin təsdiqi və Podratçının İşi bitdiyi və Müqavilə Sənədlərinin tələblərinə cavab verdiyi zaman Podratçıya veriləcək.

      13. İR-nin qərarı ilə, Podratçıya İşi davam etdirməkdən ötrü hüquq və imkan vermək üçün, İnşaat nəzarət məntəqələri yaratmaqdan ötrü ərazinin lazımi ölçüdə sərhədə alınması təmin olunmalıdır. Podratçı İşin planlaşdırılmasına görə məsuliyyət daşıyacaq, quraşdırılmış repeləri qoruyacaq və mühafizə edəcək və Sifarişçinin öncədən yazılı razılığı olmadan dəyişikliklər və yerdəyişmələr etməyəcək. Podratçı, hansısa reper itərsə, dağılarsa və ya dərəcələrdə və yerləşmədə lazımi dəyişikliklər üçün yerdəyişməyə ehtiyac olarsa, bu haqda İR-nə hesabat verməlidir. Podratçı reperlərinin ixtisaslı heyət tərəfindən əvəz edilməsi və ya yerdəyişməsinin dəqiqliyinə görə məsuliyyət daşıyacaq.

      14. Sifarişçi Müqavilədə göstərildiyi kimi, İşin icra olunacağı əraziyə Podratçının istifadəsi üçün təyin olunmuş digər ərazilərə giriş hüququnu təmin edəcək. Daimi konstruksiyalar və ya Mövcud tikililərdə daimi dəyişikliklər üzrə hüququ Sifarişçi tərəfindən əldə olunacaq və haqqı ödəniləcək. Podratçı müvəqqəti tikinti xidmət vasitələri və ya material və avadanlıqlar üçün tələb oluna biləcək bütün əlavə ərazilər və yolları təmin edəcək.

    1. Sifarişçinin İşi Dayandırmaq və ya Təxirə Salmaq Hüququ

      1. Əgər İş qüsurludursa, Podratçı bacarıqlı işçilər, münasib materiallar və ya avadanlıqlarla təmin edə bilmirsə, Sifarişçinin və İR-nin Əlavə şərtlər Paraqraf 3.1 də göstərilən xərclərin nəzarəti metodlarına uyğun davranmırsa yaxud İşi, Tamamlanmış İşin Müqavilə Sənədlərinə uyğun olacağı şəkildə təmin və icra etmirsə, Sifarişçi belə vəziyyət aradan qalxanadək Podratçıya İşi yaxud hansısa hissəsini dayandırması əmrini verə bilər.

      2. Sifarişçi istədiyi vaxt və heç bir səbəb olmadan, yüz səksən (180) gündən çox olmayan müddətə, işin yenidən başlama tarixi göstərməklə Podratçıya yazılı bildiriş təqdim etməklə İşi yaxud onun bir hissəsini təxirə sala bilər. Podratçı təyin olunmuş tarixdə İşi yenidən başlayacaq.

      3. Sifarişçinin İşi dayandırmaq hüququ ona Podratçıya yaxud hər hansı başqa tərəfin xeyrinə istifadə edə biləcəyi ixtiyar vermir. Nə İR-nin bu Müqavilənin şərtləri altında fəaliyyət göstərmək səlahiyyəti, nə də bu səlahiyyəti tətbiq etmək və ya tətbiq etməməklə bağlı verilmiş qərar, İR-nə Podratçı, subpodratçılar, təchizatçılar yaxud onların vasitəçiləri və ya işçiləri, ya da İşin icrası və tətbiqini həyata keçirən digər şəxslərə münasibətdə heç bir öhdəlik vermir.

      4. Əgər Sifarişçi və ya İR-nin fəaliyyəti ilə, ya da onların hər ikisinin bu Müqavilə ilə təyin olunmuş müddət ərzində fəaliyyət göstərməklə bağlı yol verdikləri xəta ucbatından İşin hamısının yaxud bir hissəsinin icrası 2.3.2 bəndində müəyyən olunan yüz səksən (180) gündən çox olmayan müddətə dayandırılırsa, Podratçıya Maddə 9-da verilən təminata əsasən Xidmət Haqqıın və/vəya vaxtın dəyişdirilməsini tələb etmək hüququ veriləcək. Paraqraf 2.3.1 də göstərilən səbəblərdən icraya xitam verilərsə, yaxud bu Müqavilə əsasında nizamlanan və ya istisna edilən hallarda Hədəf Qiymətində və müddətdə dəyişiklik edilməsinə icazə verilmir. Aşağıda göstərilən hallarda Xidmət Haqqı və müddətdə dəyişikliyə yol verilməyəcək: Təqdim olunan tələbin uzatma əmrindən nəticələnən tələb kimi tətbiq olunmaması şərti ilə, Podratçı işlə bağlı fəaliyyət və ya qüsur barədə İR-nə yazılı məlumat verməmişdən öncə hansısa xərclər üçün; işlə bağlı fəaliyyət və ya qüsurdan sonra iyirmi (20) gün ərzində Podratçının İR-nə tələb olunan belə vaxt kəsiyinin uzadılması haqqında sonradan tətbiq oluna biləcək yazılı bildiriş verməsinə qədər icra müddətinin uzadılması ilə bağlı hansısa tələb üçün. Bu cür dayandırılmadan sonra iyirmi (20) gün ərzində artırılmış qiymət və uzadılmış müddət göstərilməklə yazılı tələb təqdim etməlidir.

      5. Podratçı tərəfindən Paraqraf 2.3.4 altında Xidmət Haqqı və müddətdə dəyişikliklə bağlı tələbi, yekun ödənişdən sonra irəli sürülübsə, qəbul olunmur.

    2. Sifarişçinin İşi İcra etmək Hüququ

      1. Əgər Podratçı İR-nin qüsurlu İşi davam etdirmək və düzəliş etmək yaxud da Paraqraf 10.2.1. əsasən İR-nin tələbi ilə rədd edilmiş İşin yerini dəyişdirmək və əvəz etmək haqqında yazılı bildirişindən sonrakı müvafiq müddətdə xəta edirsə, və ya Podratçı İşi Müqavilə Sənədlərinə əsasən icra etməkdə xətaya yol verirsə, əgər Podratçı Müqavilə Sənədlərinin təminatını yerinə yetirməkdə xətaya yol verirsə, Sifarişçi Podratçıya yazılı bildiriş təqdim etdikdən yeddi (7) gün sonra bu cür çatışmamazlığı düzəldə və aradan qaldıra bilər. Bu Paraqraf altında hüquqların və tədbirlərin Sifarişçi tərəfindən tətbiqi təxirəsalınmadan həyata keçirilməlidir. Düzəliş və aradan qaldırılma üçün əlavə ehtiyac yaranarsa, Sifarişçi Podratçını bütün ərazidən və ya onun bir hissəsindən uzaqlaşdıra bilər, İşə bütünlüklə və ya onun bir hissəsinə yiyələnə bilər, Podratçının bundan sonrakı xidmətlərinə son qoya bilər, Podratçının ərazidəki alətləri, ləvazimatları, inşaat avadanlığı və texnikasına sahibliyi ələ ala bilər, ərazidə saxlanılan və ya Sifarişçi Podratçıya haqqını verdiyi, lakin başqa yerdə saxlanılan material və avadanlığı İşə qoşa bilər. Podratçı Sifarişçiyə, onun haqlarını və tədbirlərinin tətbiq etməyə imkan vermək üçün lazım olarsa, onun nümayəndələrinin, vasitəçilərinin və işçilərinin əraziyə gəlib-getməsinə icazə verməlidir.

      2. Sifarişçi Paraqraf 2.4.1.-də təyin olunan hüquqları və düzəliş tədbirlərini tətbiq etdiyi halda, ona Xidmət Haqqında müvafiq azaltma etmək hüququ veriləcək. Sifarişçinin bu cür hüquq və tədbirlər ilə bağlı birbaşa, dolayı və ardıcıl xərclər Podratçının hesabına həyata keçiriləcək və dəyişiklik əmri Müqavilə Sənədlərində bu məsələyə lazımi baxış keçirilməsi ilə əlaqəli şəkildə veriləcək. Bu cür birbaşa, dolayı və ardıcıl xərclərə İR-nin, mühəndislərin, memarların, vəkillərin və digər peşəkarların Xidmət Haqları və xərcləri, bütün məhkəmə xərcləri, Podratçının qüsurlu İşinin düzəldilməsi, yerinin dəyişdirilməsi və əvəz olunması nəticəsində baş verən dağıntıların və ya zərərlərin təmir və əvəz olunması ilə bağlı bütün xərcləri əhatə edəcək, lakin bunlarla məhdudlaşmayacaq. Podratçıya, Sifarişçi tərəfindən onun hüquqlarının və vasitələrinin tətbiq olunması əlaməti olaraq İşin icrasının gecikdirilməsi səbəbindən, Müqavilə müddətini uzatmasına icazə verilməyəcək.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə