Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Kanalizasiya və təmizləmə qurğularına olan yanğın



Yüklə 2,46 Mb.
səhifə11/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.3 Kanalizasiya və təmizləmə qurğularına olan yanğın
təhlükəsizliyi tələbləri


2.3.1 Müəssisənin istehsalat kanalizasiya şəbəkələri qapalı formada quraşdırılmalıdır. Kanali-zasiya şəbəkəsi yanmayan materiallardan hazırlanmalı, boru və qurğuların kimyəvi aqresiv çirkab suların təsiri nəticəsində korroziyadan muhafizəsi nəzərdə tutulmalıdır. Kanalizasiya baxış quyuları qapaqla bağlı vəziyyətdə saxlanılmalı və 10 sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
2.3.2 Kanalizasiya şəbəkələrinin hidravlik sürgülərinin nasaz vəziyyətdə istismarıa qadağandır.
2.3.3 Tərkibində neft və neft məhsulları olan çirkab sular kanalizasiya şəbəkəsinə verilməzdən əvvəl təmizlənməlidir. Sənaye kanalizasiya şəbəkəsinin və neft tutucularının istismarına oraya axıdılan çirkab sular neft və neft məhsullarından təmizlənməmiş icazə verilmir.
2.3.4 İstismarda olan nefttutucu qurğular fasiləsiz işləməli və müntəzəm olaraq texniki baxış keçirilməlidir.
2.3.5 Neft tutucuları yanmayan materiallardan hazırlanmalıdır. Açıq neft tutucularının ətra-fında yanmayan materialdan hazırlanmış, hündürlüyü 1 m-dən az olmayan çəpərlər quraşdırılmalıdır.
2.3.6 İstehsalat obyektlərinin ərazisində qaz kəmərlərindən 15m-ə qədər məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi ildə 3 dəfədən az olmayaraq, qaz kəmərinin istismara verildiyi birinci il isə ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır lakin hər dəfə quyuda və yeraltı tikililərdə istehsalat işləri görülməzdən əvvəl yoxlanılmalıdır.
Qazlılığın səviyyəsi normadan yüksək olduqda və yaxud qaz sızması aşkar olunduqda, qaz kəmərləri dərhal bağlanılmalı, yoxlanılmalı və sızmanın ləğv edilməsi üçün lazımi tədbirlər görülməlidir, qaz kəmərinin xətti istiqamətində yuxarıda göstərilən məsafədə yerləşən bütün digər yeraltı tikililərin və binaların havasının qazlılıq səviyyəsi yoxlanılmalıdır.
Qazlılıq səviyyəsi qazanalizatorla yoxlanılmalı, baxışın nəticələri hava mühitinə nəzarət jurnalına qeyd edilməlidir (Əlavə 7).



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə