Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Azot və sulfat turşuları üzvi mənşəli maddə və materiallarla təmasdan qorunmalıdır. 2.5.1.12



Yüklə 2,46 Mb.
səhifə14/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.1.11 Azot və sulfat turşuları üzvi mənşəli maddə və materiallarla təmasdan qorunmalıdır.
2.5.1.12 Turşular saxlanılan yerlər nişanlanmalıdır. Təsadüfən dağılmış turşunun zərərsizləşdirilməsi (neytrallaşdırılması) üçün əhəng və yaxud soda məhlulu saxlanılmalıdır.
2.5.1.13 Yükləmə-boşaltma işləri başa çatdıqdan sonra avtonəqliyyat vasitələrinin kimyəvi materiallar anbarların ərazisində sazxlanması qadağandır.


2.5.2 Asan alışan, yanar maye və yanar qaz anbarları
2.5.2.1 Anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə cavab verməlidir.
2.5.2.2 AAM və YM açıq anbarları istehsalat sexləri və yaşayış məntəqələrinə nisbətən aşağı səviyyəli meydançalarda yerləşdirilməlidir. Meydançaların qəza zamanı mayenin axmasının qarşısını alan çəpərləri (bəndi) olmalıdır.
2.5.2.3 Anbar otaqlarının daxili taxta konstruksiyaları odadavamlı tərkiblə işlənməlidir.
2.5.2.4 Anbar otaqlarında ümumi elektrik açarı anbar otağının xaricində, yanmayan divarda, divarları yanar materialdan olan anbarlarda isə ayrıca dirəkdə quraşdırılmış şkafda yerləşdirilməlidir.
2.5.2.5 Qablaşdırılmış neft məhsulları saxlanılan anbarda çəlləklər zədəənməməli, tıxacları yuxarı vəziyyətdə ehtiyyatla yığılmalıdır. Anbarda bilavasitə neft məhsulları ilə doldurma işlərinin aparılması, qablaşdırma materialı və taraların saxlanılması qadağandır.
2.5.2.6 Boşaltma və doldurma boru xətlərinə və dayaqlarına mütəmadi baxış keçirilməli və ehtiyat təmir işləri aparılmalıdır. Boşaltma-doldurma qurğularında aşkar olunan sızma dərhal aradan qaldırılmalıdır. Əgər bu mümkün deyilsə, boşaltma qurğusunun nasaz hissəsi bağlanmalıdır.
2.5.2.7 AAM və YM daşıyan avtosisiternlər etibarlı yerləbirləşmə ilə təchiz olunmalı, işlən-miş qaz atqı boruları isə radiator altına çıxarılmalı və qığılcımsöndürənlə təchiz olunmalıdır.
2.5.2.8 Yanar qaz balonları saxlanılan anbarlar yünğül örtüklü, bir mərtəbəli olmalıdır. Atmosfer çöküntülərindən və günəş şüalarından qorunmaqla balonlar açıq meydançalarda saxlanıla bilər.
2.5.2.9 Qrup balon qurğularını mühafizəedici örtükləri olan binalardan ayrıca yerlərdə yer-ləşdirmək olar. Balonlar bağlanan şkaflarda yerləşdirilməli və ayrıca mühafizə olunan örtükləri olmalıdır.
2.5.2.10 Sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydalar” nın tələblərinə cavab verməlidir. Balonların üzərini içərisindəki mövcud qaza əsasən rənglənməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə