Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Nasaz ventilyasiya sistemi olan avadanlıqları işə salmaq qadağandır. 2.5.6.22



Yüklə 2,46 Mb.
səhifə22/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.6.21 Nasaz ventilyasiya sistemi olan avadanlıqları işə salmaq qadağandır.
2.5.6.22 Ventilyasiya kameralarında avadanlıqların və materialların saxlanılması qadağandır. Ventilyasiya kameraları bağlı saxlanılmalıdır, oraya kənar şəxslərin daxil olması qadağandır.
2.5.6.23 Partlayış təhlükəli maddələr və yaxud yanğın təhlükəli toz nəql edən sorucu sistemlə-rin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütamadi baxış keçirilməli, içərisi təmizlən-məli və daxilində baş verə biləcək yanğınların söndürülməsi üçün onlar baxış pəncərələri ilə təchiz olunmalıdır.
Baxış pəncərələri bir-birindən 1,5 metrdən çox olmayan məsafədə, divarlardan keçən boru xəttində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidir.
2.5.6.24 Yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə hava axınları avtomatik odkəsici qurğularla (qapaq, şiber, klapan) təchiz olunmalıdır.
2.5.6.25 Avtomatik odkəsici qurğuların istismarı zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- texniki vəziyyətinin həftədə 1dəfədən az olmayaraq yoxlanılması;
- siyirtmə intiqalının həssas elementlərinin (tez əriyən elementlər) yanar tozdan vaxtında təmizlənməsi.
2.5.6.26 Ventilyasiya sistemlərində bütün təmir işləri obyektin rəhbərinin yazılı icazəsi ilə aparılmalıdır.
2.5.7 Qazanxana qurğuları
2.5.7.1 Qazanxana qurğularına xidmət etmək üçün yaşı 18-dən az olmayan, tibbi müayinə-dən keçmiş, müvafiq qaydada təsdiq olunmuş proqram əsasında təlim kursu keçmiş və qazanxana qurğularının təhlükəsiz istismarı üzrə təlimat­landırılmış, bilikləri yoxlanılmış (sınaq imtahanı vermiş), müəssisənin və ya təşkilatın ixtisaslaşdırma komissiyası tərəfindən vəsiqə almış şəxslər buraxılırlar.
Bu şəxslərin bilikləri ildə 1dəfədən az olmayaraq müəssisə rəhbərliyi tərəfindən təkrar yoxla-nılmalıdır.
2.5.7.2 Qazanxanaya xidmət edən işçiyə (maşinistə, qazançıya və s.) növbə vaxtı kənar işlər-lə məşğul olmaq, avtomatlaşdırılmış qazanxanalarda isə qazanları nəzarətsiz qoymaq qadağan-dır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə