Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Neft vuran nasosun elektrik intiqalının qəza vəziyyəti üçün nəzərdə tutulan məsafə-dən idarə olunan söndürmə sistemi olmalıdır. 2.5.5.14



Yüklə 2,46 Mb.
səhifə20/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.5.13 Neft vuran nasosun elektrik intiqalının qəza vəziyyəti üçün nəzərdə tutulan məsafə-dən idarə olunan söndürmə sistemi olmalıdır.
2.5.5.14 Elektrik mühərrikləri və onları işəsalma elektrik qurğuları partlayışdan mühafizəli icrada olmalıdır.
2.5.6. İsitmə və ventilyasiya sistemi.
2.5.6.1 İsitmə qurğularının texniki vəziyyətinə, istismarına, vaxtı-vaxtında təmirinə üzrə mə-suliyyəti müəssisənin baş energetiki (baş mexaniki), müəssisənin ayrı-ayri obyektlərində isə həmin obyektlərin rəhbərləri daşıyır.
2.5.6.2 Bloklu qurğular dəstinə daxil olan elektrik qızdırıcı cihazlardan başqa digər elektrik qızdırıcı cihazların istismarı, obyektin baş energetikinin yazılı icazəsi və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması olmadan qadağandır.
2.5.6.3 İsitmə cihazlarının quraşdırılmasına, obyekt rəhbərinin müəssisənin yanğından müha-fizə xidməti ilə yazılı razılaşdırılmasından, yanğın təhlükəsizliyi üzrə məsul şəxslərin təyin edilməsindən və yanğından mühafizə xidmətinin təklif etdiyi bütün tədbirlərin yerinə yetirilmə-sindən sonra yol verilir.
PUG-85 sənədinin tələblərinə cavab verməyən müvəqqəti elektrik xətlərinin çəkilməsi, standarta uyğun olmayan qoruyucuların və zavod istehsalı olmayan elektrik qızdırıcı cihazların istifadəsi qadağandır.
2.5.6.4 Binanın yanar konstruksiyalarından yanğına qarşı ara məsafəsi saxlanılmayan soba, qazanxana və digər qızdırıcı cihazların istismarına yol verilmir.
2.5.6.4 Avtomatika ilə təchiz olunmayan isidici sobaların və digər qızdırıcı cihazların istismarı zamanı onları nəzarətsiz qoymaq qadağandır.
2.5.6.5 Hava qızdırıcıları və isidici cihazlar, baxış və təmizlənmə zamanı onlara sərbəst yanaşmanı təmin edən qaydada yerləşdirilməlidirlər.
Çoxlu miqdarda yanar tozlar ayrılan istehsalat otaqlarında qızdırıcı cihazların rahat təmizlən-məsi üçün onların hamar səthləri olmalıdır.
2.5.6.6 Çardaqlardan keçən tüstü boruları və tüstü kanallı divarlar suvaqlanmalı və ağardıl-malıdır.
2.5.6.7 Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü boruları qığılcımsöndürənlə təh-ciz olunmalı və tüstü boruları ayda 3 dəfədən az olmayaraq hisdən təmizlənməlidir.
2.5.6.8 Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı qaydada hisdən təmizlənməlidir:
- isidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq;
- mətbəx plitələri və su qızdırıcıları ayda 1 dəfədən az olmayaraq;
-uzun müddətli isidən xüsusi sobalar (yeməkxanalarda, quruducularda və s.) ayda 2 dəfədən az olmayaraq.
Nasaz sobaların və tüstü borularının istismarı qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə