Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə16/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.3 Materiallar anbarı
2.5.3.1 Anbarda müxtəlif material və məmulatlar, yanğının söndürülməsində istifadə olunan yanğınsöndürmə vasitələrindən (su, köpük, karbon qazı) asılı olaraq və materialların eyni yanma xüsusiyyətinə görə seçilib yığılmalı və digər maddə və materiallardan (azot və sulfat turşusu, digər üzvi maddələrdən və karbohidrogenlərdən) ayrı saxlanılmalıdır (Əlavə 8).
2.5.3.2 Anbar otaqlarında ümumi elektrik açarı anbar otağının xaricində yanmayan divarda, yanar divarlı anbarlarda isə ayrıca dirəkdə quraşdırılmış şkafda yerləşdirilməlidir.
2.5.3.3 Otaqların isidilməsində mərkəzi su və hava istilik cıhazlarından istifadə edilməlidir. Materiallar anbarda qaz piltələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların quraşdırıl-ması qadağandır.
2.5.3.4 Yüklərin və yükləyici mexanizmlərin anbarların rampalarında saxlanılmasına yol verilmir. Rampaya boşadılmış materiallar işin sonuna qədər anbardan yığışdırılmalıdır.
2.5.3.5 Anbarın rəflərində saxlanılan materiallar sıra ilə yığılmalıdır. Anbar qapısının qarşısın-da eni qapı eninə bərabər, 1 m-dən az olmayan keçidlər nəzərdə tutulmalıdır. Rəflər yanmayan materialdan hazırlanmalıdır.
2.5.3.6 Materialların anbarlara yığılması və boşaldılması zamanı istifadə olunan mexanizimlər və elektrik yükləyicilərin kabelləri saz vəziyyətdə olmalıdır.
2.5.3.7 Anbar müdiri ( anbardar) işin sonunda anbar otaqlarına baxış keçirməli, yanğın təhlü-kəsinin olmamasına əmin olduqdan sonra elektrik şəbəkəsini söndürməli və anbarı bağlamalıdır.
2.5.3.8 İstehsalat və yardımçı binaların, anbarların zirzəmilərində boyaların, rənglərin, kalsium karbidin, dolu qaz balonlarının, AAM, YM və digər partlayış-yanğın təhlükəli maddələrin və materialların saxlanılması qadağandır.
2.5.3.9 Materiallar anbarlarının otaqlarında elektrokar, avtoyükləyici və digər daxili yanma mühərrikli texnikanın saxlanılması qadağandır.
2.5.4 Çənlər və çən parkları

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə