Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Nasos stansiyaları mobil, akkumlyatorlu, partlayışdan mühafizəli çıraqlarla təchiz olunmalıdır. 4.3.3.6



Yüklə 2,46 Mb.
səhifə65/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   61   62   63   64   65   66   67   68   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.3.5 Nasos stansiyaları mobil, akkumlyatorlu, partlayışdan mühafizəli çıraqlarla təchiz olunmalıdır.
4.3.3.6 Nasos stansiyalarında və manifold otaqlarında yerləşən texnoloji boru kəmərlərinin və nasosların boşaldılması üçün onlar drenaj qurğuları ilə təchiz olunmalıdır.
4.3.3.7 Neftvurma nasos aqreqatlarının mühərrikləri, nasosxananın xaricində, qapı yaxınlığın-da, həmçinin hər bir aqreqatın yanında quraşdırılmış dublikat elektrik açarı ilə təchiz olunmalı-dır.
4.3.3.8 Nasosxanada nasosları işə buraxmazdan əvvəl sorucu ventilyasiya işə salınmalı və ya işə salınmamış olduqda nasosların işə buraxılmasına icazə verilmir.
Nasosxanada işlər ancaq qığılcım verməyən alətlərlə, işlək sorucu ventilyasiya altında aparılmalıdır .
4.3.3.9 Nasosxanalar telefon rabitəsi və xəbərdaredici səs siqnalizasiyası ilə təchiz olunmalı-dır. Nasos stansiyasının qəza ventilyasiyası qazanalizatorun ötürücüsündən işə düşməlidir.
4.3.3.10 Partlayışa qədər qatılığı təyin edən qazanalızatorlar və siqnalizatorlar buxar və qazla-rın aşağı alovlanma həddinin 20% qatılığı zamanı qəza ventilyasiyasını avtomatik işə salmaqla xəbərdaredici siqnal verməlidir. Xəbərdaredici siqnal işıqla və səslə olmalıdır. Xəbərdaredici və qəza siqnalları bir birindən fərqlənməlidir.
4.3.3.11 Manifold otaqlarında, təmizləmə qovşaqlarında, quyularda təmir işləri aparılarkən, onlar sistematik olaraq mazutdan və çirkdən təmizlənməlidir, buxar və qazların partlayış təhlü-kəli qatılığının olmadığı yoxlanılmalıdır.
4.3.3.11 Nasosxanalarda sürtğü materialları gündəlik tələbatdan çox olmayan miqdarda, kip bağlanan xüsusi qablarda saxlanılmalıdır.
4.3.3.12 Nasosxanalarda yanğın təhlükəli mayeləri saxlamaq, keçidləri tutmaq, nasosların qızmış hissələrinin və boru kəmərlərinin üstünə əşyalar qoymaq qadağandır.


4.3.4 Çənlər parkı
4.3.4.1 Çənlər parkında istehsalat kanalizasiya şəbəkəsində xüsusi quyularda quraşdırılan, çənlərin torpaq bəndlərindən kənara çıxarılan, məsafədən idarə olunan və qapaqlarla təchiz olunan hidravlik cəftələr olmalıdır. Xlopuşkanın normal vəziyyəti-bağlıdır. Hər bir çən və çənlər qrupunun çıxış xəttində, həmçinin neft kanalizasiyası xəttində neft tutucularından əvvəl və sonra hidravlik sürgü quraşdırılmalıdır.
Çənlər parkı aşağıdakı tələblərə cavab verməlidir:
- çənlər dairəvi su çiləmə və avtomatik köpüklə söndürmə sistemi ilə təchiz edilməlidir;
- çənlər parkı yanğından mühafizəyə aid təbliğat lövhələri və ilkin yanğın söndürmə xəttində vasitələri ilə təchiz edilməlidir;
- dairəvi yanğınsöndürmə xəttində daim 5-6 atm təzyiq altında su olmalıdır;
- yanğın söndürən avtomobillərin çənlərə yaxın əraziyə gəlməsi üçün xüsusi yollar olmalıdır;
- yanğın söndürmə qaydalrında olan siyirtmələr və ventillər işçi vəziyyətdə olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə