Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə64/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   60   61   62   63   64   65   66   67   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.2 Tunellərdə boru kəmərləri
4.3.2.1 Tunellərdə təmir-sazlama işlərinin aparılmasına yalnız müəssisə rəhbərinin lazımi təhlükəsizlik tədbirlərini nəzərə alan yazılı icazəsi olmalıdır.
4.3.2.2 Texnoloji tunellər istehsalat-yağış kanalizasiyası, yanğından mühafizə siqnalizasiya sistemi və hava mühitində qazlılıq səviyyəsinə nəzarət vasitələri ilə təchiz olunmalıdır.
4.3.2.3 Tuneldə bütün təmir işləri yanğın təhlükəsizliyi tələblərinə riayət etlməklə partlayış-yanğın təhlükəli istehsalatlara aid bu Qaydaların 4.4 bölməsinə uyğun olaraq aparılmalıdır.
4.3.2.4 Tuneldə istifadə olunan əsas və köməkçi elektrik avadanlıqları, nəzarət ölçü cihazları, avtomatika vasitələri, rabitə sistemləri, işıqlandırma cihazları partlayış təhlükəli qarışıqların qrup və kateqoriyalarına müvafiq partlayışdan mühafizəli olmalıdır.
4.3.2.5 Obyektin rəhbərliyi tuneldəki neft kəmərlərinin vəziyyətinə sistematik nəzarəti, hər il boruların divarlarının vəziyyətini, onların yeyilmə dərəcəsinin yoxlanılmasını, boru kəmərlərinin vaxtaşırı sınaqdan keçirilməsini təşkil etməlidir.
4.3.2.6 Texnoloji tunellərdə mümkün qəza və yanğınların ləğvi planı hər il müəssisənin yanğın təhlükəsizliyi xidməti nümayəndələri cəlb edilməklə yenidən işlənilməlidir.
4.3.2.7 Tuneldə təmir və odlu işlər aparılan zaman həmin yerlər yanğınsöndürmə vasitələri və daimi ventilyasiya ilə təmin olunmalıdır. Bu işlərlə əlaqəsi olmayan fəhlələr tuneldən çıxarılma-lıdır.
4.3.2.8 Tuneldə işlər görülən zaman oraya yalnız gündəlik tələbata uyğun olan materiallar lazı-mi miqdarda gətirilməlidir.
4.3.2.9 İşin sonunda və ya məcburi fasilə yarandıqda tunel tikinti materiallarından, alət və ləvazimatlardan azad olunmalı, qapı boşluqları bağlanmalıdır.


4.3.3 Neftvurma nasos stansiyaları
4.3.3.1 Nasosxanaların döşəməsi, kranları, çuxurları və qanovları təmiz saxlanmalı və müntə-zəm olaraq su ilə yuyulmalıdır.
4.3.3.2 Nasos stansiyasının partlayışyanğın təhlükəli otaqlarında yerləşdirilmiş elektrik ava-danlığı və elektrik qurğularının partlayışdan mühafizəsi pozulan hallarda onların istismarı qada-ğandır.
4.3.3.3 Ayırıcı arakəsmələr, o cümlədən onun döşəmə səviyyəsindən aşağıda yerləşən hissəsi və valların boru xətlərinin, kabellərin arakəsmədan keçdiyi yerlər ssaz və germetik olmalıdır. Onların sazlığı və germetikliyinə həmişə nəzarət olunmalı, nasaz olduqda isə nasosxananın istismarına icazə verilmir.
4.3.3.4 İstehsalat kanalizasiya sistemi vaxtaşırı, hidravlik qapayıcıların sazlığı və qapanma əmələ gətirən suyun səviyyəsi (25 sm-dən az olmamalıdır) hər gün yoxlanılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə