Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə66/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   62   63   64   65   66   67   68   69   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.4.2 Çənlərin bəndləri, onların üstündə quraşdırılan keçidlər, pilləkənlər, bəndlərə mexa-nikləşdirilmiş yanğınsöndürmə vasitələri üçün girişlər saz vəziyyətdə saxlanmalıdır. Həftədə bir dəfədən az olmayaraq xlopuşkanın sazlığı yoxlanılmalı və bu barədə jurnalda qeyd olunmalıdır.
Çənlər parkın ərazisi müxtəlif yanar maye və materiallardan, zibildən, quru ot və yarpaqlardan müntəzəm olaraq təmizlənməlidir. Parkın ərazisində yanar materialların yığılıb saxlanması qadağandır.
4.3.4.3 Hər bir çən üçün onun nömrəsi, təyinatı, doldurmanın maksimal səviyyəsi, minimal qalıq, doldurma-boşaltma sürəti göstərilməklə texnoloji xəritə və operativ yanğınınsöndürmə planı tərtib olunmalıdır tərtib olunmalıdır. Çənin sıra nömrəsi onun gövdəsində yazılmalıdır.
Günəş şüalarının təsirindən qorumaq üçün çənlər açıq rənğlə boyanmalıdır.
4.3.4.4 Çənlərin və onların avadanlıqlarının germetikliyinə obyektin rəhbərliyi tərəfindən daimi nəzarət olunmalıdır. Aşkar olunmuş nasazlıqlar dərhal aradan qaldırılmalıdır.
4.3.4.5 Çəndə qızdırıcı ilanvari borular olduqda, oraya buxar, qızdırıcı təzyiqi tədricən nor-mal işçi səviyyəsinə çatdırmaqla, ilanvari borunun içərisindən kondensat təmizləndikdən sonra verilməlidir.
4.3.4.6 Neft saxlanılan çənlər donmayan tənəffüs klapanları ilə təchiz olunmalıdır. Tənəffüs klapanları pasportlarına uyğun tənzimlənməlidir.
4.3.4.7 Tənəffüs armaturlarına, odkəsicilərə və hidravlik klapanlara baxış zamanı onların sazlığı yoxlanılmalı, çirkdən, qış fəslində isə buzdan təmizlənməli, klapanlardakı mayenin səviyyəsi yoxlanmalıdır.
4.3.4.8 Qoruyucu hidravlik klapanlar yalnız çətin buxarlanan və donmayan maye ilə doldurulmalıdır. Mayenin səviyyəsinə 10 gündə bir dəfədən az olmamaqla və hər atdıqdan sonra nəzarət edilməlidir.
Odkəsicilər ilin isti fəslində ayda bir dəfədən, şaxtalı havada isə ayda iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
4.3.4.9 Ölçü lyukunun qapağının altına, lyukun bağlanması zamanı qığılcımın əmələ gəlməsi-nə qarşı aluminum, qurğuşun yaxud polimerdən hazırlanmış araqatı qoyulmalıdır.
Çənin ölçü lyukunun ağzı daxildən qığılcım yaratmayan materialdan hazırlanmış halqa ilə təchiz olunmalıdır ki, neftin səviyyəsi ölçülən və nümunə götürülən çənin ölçü lyukunun ağzı, ölçü lentinin sürtünməsi nəticəsində qığılcım verməyən materialdan hazırlanmış halqa ilə mühafizə olunmalıdır. Ölçü lentinin lotu və nümunə götürən cihaz zərbədən qığılcım verməyən materialdan hazırlanmalıdır.
4.3.4.10 Neft nümunəsi götürüldükdə onun dağılmasına yol verilməməli, dama təsadüfən dağılmış neft dərhal təmizlənməlidir. Çənin damında əski parçaları və digər əşyaların saxlanılması qadağandır.
4.3.4.11 Çənlərin təmizlənməsi yanğın-partlayış təhlükəsi olmayan mexanik­ləşdirilmiş üsullar-la aparılmalıdır. Əl ilə təmizləmə zamanı qığılcım verməyən alətlərdən istifadə edilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə