Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

Apardığı  tədqiqatlar  əsasmda  2004-cü  ildə  Az.ETKTİ 
və 
Tİ-da  yaradılmış 
Birdəfəlik  müdafiə 
Şurasmda 
«Azərbaycan  Respublikasmda  kəndli  (fermer)  təsər- 
rüfatlarınm  formalaşdırılması  və  inkişaf  etdirilməsinin 
iqtisadi  mexanizminin  təkmilləşdirilməsi»  mövzusunda 
dissertasiya  müdafiə  edərək  iqtisad  elmləri  namizədi 
alimlik dərəcəsi almışdır.
2006-2010-cu  illərdə  Az.ETKTİ  və  Tİ-də  fəaliyyət 
göstərmiş  müdafiə  surasmın  üzvü  olmuşdur.  N.Əlibəyov 
şərikli  yerinə  yetirilmiş  8,6  çap  vərəqi  həcmində  5 
tövsiyənin,  4,6  çap  vərəqi  həcmində  1  kitabçanm, 
fermerlər üçün  8,4  çap  vərəqi  həcmində tədris proqramı və 
tədris  materiallarmm,  2,65  çap  vərəqi  həcmində  4  elmi 
məqalənin  həmmüəllifi,  6,55  çap  vərəqi  həcmində  16 
məqalə və tezisin müəllifidir.
Hazırda  Az.ETKTİ  və  Tİ-nun  «Nəşriyyat  və  yayım» 
şöbəsinə rəhbərlik edir.
202
Mehdiyev Mehdi Qurban oğlu
Mehdiyev  Mehdi  Qurban  oğlu  1941- 
ci 
ildə 
Naxçıvan 
MR-nm 
Şərur 
rayonunun  Püsyan  kəndində 
anadan 
olmuş,  1959-cu  ildə  kənd  orta  məktəbini 
bitirmiş, 
1961-1964-cü 
illərdə 
hərbi 
xidmətdə 
olmuşdur. 
1965-ci 
ildə
S.Ağamalı  oğlu  adma  Azərbaycan  Kənd 
Təsərrüfatı 
İnstitutunun 
aqronomluq
fakültəsinə  daxil  olub,  1970-ci  ildə  institutu  fərqlənmə 
diplomu ilə bitirmişdir.  Həmin ildə Azərbaycan Respublikası 
Kənd  Təsərrüfatı  Nazirliyinin  “Meşə  qoruyucu  zolaqlann 
salınması  layihəsi”  idarəsində  mühəndis-aqromeliorator 
vəzifəsində  çalışmışdır.  1971-1973-cü  illərdə  Azərbaycan 
Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  bitki  fiziologiyası 
laboratoriyasında  aspirant,  sonra  isə  kiçik  elmi  işçi 
vəzifəsində  işləməklə 
yanaşı 
“İnstitut 
İlk 
Partiya
Təşkilatı”nm  katibi  olmuşdur.  O,  elmi  yaradıcılığım  davam 
etdirərək  1977-ci  ildə 
SSRİ-nin  Moskva  və  Leninqradın 
apancı elmi-tədqiqat institutlarmm görkəmli alimləri ilə elmi 
əməkdaşlıq  yaratmış, 
Azərbaycanda 
ilk 
dəfə 
olaraq
elektrofarez,  xromatoqrafıya  və  digər  metodlarla  «Müxtəlif 
fatosintez  məhsuldarlığına  malik  olan  payızlıq  buğdalann 
azot  mübadiləsinin  xüsusiyyətləri  və  dənin  keyfiyyəti» 
mövzusu  üzrə  dissertasiya  müdafiə  etmiş,  biologiya  elmləri 
namizədi  alimlik  dərəcəsinə  layiq  görülmüşdür.  İnstitut  ilk 
partiya  təşkilatında  onun  təşkilatçılığı  və  bacanğı  nəzərə 
alınaraq  1979-cu  ildə  Abşeron  rayon  partiya  komitəsində
203


təlimatçı  vəzifəsinə təyin  edilmişdir.  Çox  keçmədən  1980-ci 
ildə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyində 
“Baş  əkinçilik”idarəsinin  rəis  müavini,  sonradan  rəisi 
vəzifəsinə  təyin  edilmiş,  kollegiyanın  üzvü  olmuşdur.  O,
1980-1985-ci illərdə respublikada  kənd təsərrüfatının inkişaf 
etdirilməsi,  xüsusilə  əkinçilik mədəniyyətinin  yüksəldilməsi, 
taxıl,  qarğıdalı,  soya  və  digər  bitkilərin  yeni  intensiv 
texnologiyalar  əsasında  becərilməsinin  ardıcıl  təşəbbüskan 
olmaqla,  regionlarda  tətbiq  edilməsinə  nail  olmuş  və  bu  işə 
görə  SSRİ  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  bürünc 
medalma layiq görülmüşdür.
M.Mehdiyev  1985-ci  ildə  Babək  rayon  XDS  İcraiyyə 
Komitəsinin  sədri  vəzifəsinə  seçilmiş,  Babək  rayon  PK-nin 
büro  üzvü  olmuşdur.  1985-1990-ci  illərdə  Naxçıvan  MSSR 
Ali  Sovetinin  deputatı,  Ali  Sovetin  sədr  müavini  seçilmiş, 
Azərbaycan  KP  XXXI  qurultayının  nümayəndəsi  olmuş, 
Naxçıvan  Vilayət  PK-nin  büro  üzvlüyünə  namizəd  seçil- 
mişdir.  1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
O, 
1989-1992-ci 
illər 
ərzində 
Kənd 
Təsərrüfatı 
Nazirliyinin  “Elit”  və  “Otlaq”  Elm-İstehsalat  Birliyində  baş 
aqronom,  “Azərkəndkimya”  Birliyində  apancı  mütəxəssis 
vəzifəsində çalışmışdır.
1992-1993-cü  illərdə  Abşeron  Rayon  İcra  Hakimiy- 
yətində  şöbə  müdiri  və  İcra  Başçısınm  müavini  vəzifəsində 
işləmişdir.l993-1997-ci  illərdə  “Azərquşsənaye”  Dövlət 
Şirkətində  aparıcı  aqronom  vəzifəsində  çalışmışdır.  1997-ci 
ildən 2000-ci  ilə  qədər “Avesta Konsemi” də vitse-prezident 
vəzifəsində fəaliyyət göstərmişdir.
204
< —  >
2000-ci  ildən  başlayaraq  2008-ci  ilə  qədər  Özəl 
Bölmənin  inkişafına  yardım  Agentliyində,  sonradan  Kənd 
Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyində  Baş 
Təlimatçı  vəzifəsində  işləmiş,  Dünya  Bankınm  “Kənd 
Təsərrüfatmm  İnkişafı  və  Kreditləşdirilməsi”  layihəsində  və 
“Kənd  Təsərrüfatınm  İnkişafı  üzrə  Beynəlxalq  Fondun” 
(İFAD)  “Yüksək  dağlıq  ərazilərin  inkişaf  etdirilməsi” 
layihəsində mütəxəssis kimi fəaliyyət göstərmişdir.
0 ,  2008-ci  ildən  Azərbaycan  Elmi-Tədqiqat  Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əw əlcə 
apancı  elmi  işçi,  sonradan  “Ümumi”  şöbə  müdiri  təyin 
edilmiş,  2011-ci  ildən  “Təsərrüfatlarda  İlkin  Uçotun 
Təşkili”şöbəsinin  müdiri  vəzifəsinə  təyin  olunmuşdur. 
Hazırda Avropa  Komissiyası  (EC)  BMT-nin Ərzaq və  Kənd 
Təsərrüfatı  Təşkilatınm  (FAO)  proqramı  çərçivəsində 
“Azərbaycanda  fermer  təsərrüfatlan  məlumat  monitorinq 
sistemi”  (FTMMS)  proqramı  beynəlxalq  layihənin  həyata 
keçirilməsində yaxmdan iştirak edir.
M.Mehdiyev  dünya  Bankınm  “Kənd  Təsərrüfatınm 
İnkişafı 
və 
Kreditləşdirilməsi” 
layihəsi 
çərçivəsində 
respublikada  informasiya  və  məsləhət  xidmətinin  təşkili  və 
tətbiqində,  eyni  zamanda  200  nəfərdən  çox  Özəl  Məslə- 
hətçilərin  hazırlanmasında  çox  böyük  rolu  olmuşdur.  Kənd 
Təsərrüfatının  m üxtəlif  istiqamətləri  üzrə  təlim  kurslannın 
keçirilməsi  üçün bir çox metodiki  təlim kursu materiallannın 
və tövsiyələrin, on beşdən çox elmi əsərin müəllifidir.
205


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə