Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

Xeyirxəbərov İsmayıl Mahmud oğlu
1965-ci 
il 
mart 
ayınm 
20-də 
Gürcüstan  Respublikasımn  Saqareco 
rayonunun Yor-Muğanlı  kəndində  ana- 
dan  olmuşdur.  O,  orta  təhsilini  anadan 
olduğu  rayonun  Ləmbəli  kənd  məktə- 
bində 
almışdır. 
1983-cü 
ildə
D.Bünyadzadə  adına  Azərbaycan  Xalq 
Təsərrüfatı 
İnstitutunun 
«Ümumi 
İqtisad»  fakültəsinə  eksperiment  yolu 
ilə daxil olmuş və institutun  1-ci kursunu bitirdikdən sonra 
hərbi  xidm ətə  çağırılmışdır.  O,  Əfqanıstan  Respublika- 
sında  hərbi  xidm ətdə  olmuş,  müharibə  veteranıdır.  Hərbi 
xidm ətdən  sonra  təhsilini  davam  etdirmiş  və  1990-cı  ildə 
Sankt-Peterburq M aliyyə-iqtisad  İnstitutunun  Bakı  filialım 
fərqlənm ə  diplomu 
və 
V.İ.Lenin 
adına 
təqaüdlə
bitirmişdir.
X eyirxəbərov  İsmayıl  M ahmud  oğlu  1990-cı  ildə 
Azərbaycan  Elmi-Tədqiqat  K ənd  Təsərrüfatımn  İqtisa- 
diyyatı  və  Təşkili  İnstitutunun  aspiranturasınm  əyani 
şöbəsinə  daxil  olmuş  və  1995-ci  ildə  dissertasiya  işini 
müdafıə  edərək,  iqtisad  elm ləri  namizədi  alimlik  dərəcəsi 
almışdır.  O,  aspiranturanı bitirdikdən  sonra fasiləsiz olaraq 
elmi-tədqiqat işləri  ilə məşğul  olmuş  və Az.ETKTİ və  Tİ- 
də  elmi  işçi,  baş  elmi  işçi  və  şöbə  müdiri  vəzifələrində 
işləmişdir.  İ.Xeyirxəbərov  iqtisadi  qloballaşma  şəraitində 
kənd  təsərrüfatı  xammalı  və  ərzaq  məhsulları  bazarının 
təşkilati-iqtisadi  mexanizminin təkm illəşdirilm əsinə,  aqrar 
sahədə  fəaliyyət  göstərən  m üəssisə  və  təsərrüfatlarda 
marketinqin  tətbiqi  m əsələlərinə,  m üəssisə  və  təsər-
206
rüfatlarda  m arketinq  idarəetm ə  sisteminin  formalaşdı- 
rılmasına,  aqrar  sahədə  marketinq  informasiya  sisteminin 
təşkilinə,  kənd  təsərrüfatı  xammalı  v ə  ərzaq  bazarınm 
marketinq  tədqiqi  və  onun  inkişaf  strategiyasınm  işlənib 
hazırlanmasına  və  s.  dair  çoxsaylı  elmi  m əqalələrin 
müəllifıdir.  O,  elm i-tədqiqat  fəaliyyəti  ilə  yanaşı,  həm   də 
tədrislə  m əşğul 
olur  və 
«M arketinq  tədqiqatları», 
«Marketinqin  idarə  olunması»,  «M arketinqin  əsasları» 
fənlərini  tədris  edir  və  həm in  fənlər  üzrə  çoxsaylı 
proqramların və metodiki vəsaitin müəllifıdir.
Evlidir,  iki  övladı var.
207


Qasımova Elmira İsmayıl qızı
Qasımova  Elmira  İsmayıl  qızı  1950- 
ci ildə Azərbaycan Respublikasınm Quba 
şəhərində  anadan  olmuşdur.  1967-ci  ildə 
orta məktəbi bitirdikdən sonra Az.ETKTİ 
və  Tİ-da  əmək  fəaliyyətinə  başlamışdır.
1976-cı  ildə  Azərbaycan  Neft  və  Kimya 
İnstitutunun mühəndis-iqtisad  fakültəsinə 
daxil  olmuş, 
1983-cü  ildə  institutu 
bitirmiş,  neft  və  qaz  sənayesinin  iqtisadiyyatı  və  təşkili  üzrə 
iqtisadçı-mühəndis  ixtisasma  yiyələnmişdir.  1983-cü  ildən
1991-ci  ilədək  sənaye  müəssisələrində  iqtisadçı  və  baş 
iqtisadçı vəzifələrində çalışmışdır.
1991 -ci  ildən Az.ETKTİ və Tİ-da «Kəndin sosial  inkişaf 
problemləri»  şöbəsində kiçik elmi  işçi  vəzifəsində çalışmağa 
başlamışdır.  1993-cü  ildən  işlədiyi  şöbənin  dissertantı  olmuş 
və  2001-ci  ildə  «Yeni  iqtisadi  şəraitdə  kənd  əhalisinin 
maddi-rifah halınm yüksəldilməsi  problemləri»  mövzusunda 
dissertasiya  müdafıə  etmiş,  iqtisad  elmləri  namizədi  alimlik 
dərəcəsi  almışdır.  İşlədiyi  şöbədə  şöbə  müdiri  vəzifəsinədək 
yüksəlmişdir.  Elmi  fəaliyyəti  müddətində  38  elmi  əsəri  dərc 
edilmişdir. 
2006-2009-cu 
illərdə 
institutun 
nəzdində 
fəaliyyət  göstərən  namizədlik  dissertasiyalan  üzrə  Müdafıə 
Şurasmm üzvü olmuşdur.
Uzun  illər  elmi  fəaliyyəti  və  praktiki  iş  təcrübəsi,  ona 
verilən  tapşmqları  vaxtmda  yerinə  yetirməyə  imkan  vermiş, 
institutun  ictimai  həyatında  yaxmdan  iştirak  etmişdir.  Elmi- 
tədqiqat  işində  yüksək  səviyyəli,  bacarıqlı  mütəxəssis  kimi
özünü 
göstərmişdir. 
Onun 
tərəfmdən 
aqrar 
sahədə 
islahatlann  həyata  keçirilməsinə  imkan  verən  və  kəndin 
sosial-iqtisadi  inkişafmda  əhəmiyyət  kəsb  edən  bir  sıra 
təkliflər və tövsiyələr hazırlanmışdır.


Əliyev  Sahib Bayram oğlu
Əliyev  Sahib Bayram oğlu 29 yanvar
1971-ci  ildə  Naxçıvan  Muxtar  Respub- 
likasının 
Şərur 
rayonunun 
Axura 
kəndində anadan olmuşdur.
1988-ci  ildə  Naxçıvan  şəhər  8  saylı 
intemat  məktəbini  bitirərək,  həmin  il 
Azərbaycan  Kənd  Təsərrüfatı  Akade- 
miyasınm (hal-hazırda Azərbaycan Aqrar 
Universiteti)  iqtisadiyyat  fakültəsinə  daxil  olmuş,  1993-cü 
ildə  akademiyanı  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 
Təyinatla  Az.  ETKTİ  və  Tİ-na  göndərilmiş  və  1993-cü  ilin 
sentyabnn  1-dən  həmin  institutda  kiçik  elmi  işçi  kimi  əmək 
fəaliyyətinə  başlamış,  sonralar  elmi  işçi,  aparıcı  elmi  işçi, 
şöbə müdiri vəzifələrində çalışmışdır.
1993-cü ildə Az.  ETKTİ və Tİ-nun aspiranturasına qəbul 
olmuşam.  “Aqrar  sahədə  sahələrarası  əlqələrin  inkişaf 
problemləri”  mövzusu  uzərində  tədqiqat  aparmiş,  2005  -c i 
ildə  həmin  mövzu  uzrə  namizədlik  dissertasiyasi  müdafıə 
edərək 08.00.05 - “Xalq təsərrüfatı və onun sahələrinin (kənd 
təsərrüfatı) 
iqtisadiyyatı,  planlaşdınlması 
və 
idarə
edilməsinin  təşkili”  ixtisası  üzrə  iqtisad  elmləri  namizədi 
alimlik dərəcəsini almışam.
Hal-hazırda  “Aqrar  sahədə  kooperasiya  və  inteqrasiya 
münasibətlərinin  inkişafı”  şöbəsində  aparıcı  elmi  işçi 
vəzifəsində işləyir.
İnstitutda  işlədiyi  müddətdə  aqrar  sahənin  müxtəlif 
problemlərinin  həlli  ilə  əlaqədar  30-dan  artıq  elmi  məqalə 
dərc etdimıişdir.
2009-cu ildən “Aqrar sahədə kooperasiya münasibətlərinin 
inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası 
üzərində işləyir. 
__
211


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə