16
Beləliklə, Aran Şirvanda qərbdən şərqə və şimaldan
cənuba doğru iqlimin aridləşməsi ərazi daxilində bitkilərin
ekoloji və həyati formalarının yayılmasında qanunauyğunluqlar
yaratmışdır. Belə ki, dayazda yerləşən yeraltı sular həmişə
torpaqda nəmlik yaratdığından belə mikro iqlimli ərazilərdə
bitkilər mezofit və mezofit - kserofit variantlı olur, cənub - şərq
və Qərb küləklərinin hakim olduğu lokal tipli qalxmaların
tirələr və kiçik təpəciklərin Cənub istiqamətlərində isə kserofit
və kserofit - mezofit bitkilər yayılır. Odur ki, əraziyə introduk-
siya edilən hər hansı bir bitki üçün özünün biologiyasına və
ekologiyasına uyğun sahələr seçilməlidir. Azərbaycanın Gəncə
- Qazax və Şirvan bölgələrinə introduksiya olunmuş həna
bitkiləri üçün sahələrin seçilməsində bölgənin təbii şəraiti və
mikroiqlimli məhdud əraziləri nəzərə alınmışdır.
17
II FƏSİL. HƏNA BİТKİSİNİN (LAWSONİA)
ÖYRƏNİLMƏSİ VƏ İNТRODUKSİYA TARİXİ
(ƏDƏBİYYAТ İCMALI)
Tikansız həna (L. inermis L.) ağlarot (Lythraceae) fəsilə-
sinin Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik
ölkələrdə yayılmış 25 cinsdən olan 550-dən çox növ daxildir
(95). MDB ərazisində bu fəsilənin 5 cinsə aid olan 25 növünə
təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi
ağlarot (Lythrum) cinsidir (17) .
Həna bitkisi ilk dəfə 1753 - cü ildə K. Linney tərəfindən
təsvir edilmişdir (84). K. Linneydən sonra bu bitki Burkil
(Burkill I. H) (157) və Kortesi (Cortesi F.) (161) tərəfindən
botaniki təsvir edilmişdir. Həmçinin həna bitkisi 1948-ci ildə
İngiltərədə Oksford Universitetinin nəşr etdirdiyi “Sudanın
kənd təsərrüfatı” (Aqriculture in hte Sudan) (148) adlı əsərdə
təsvir olunmuş, nəhayət V. P. Alekseyev (70) “Subtropik
bitkilər” jurnalında bu bitkinin təsvirini vermişdir.
Həna bitkisinin bir neçə sinonim adları vardır: L. spinosa
L.; L. Coccinea Sm.; L. alba Lam.; L. purpurea Lam.; Alcanna
spinosa Caertn.
Həna bitkisi yabanı halda Şimali Avstraliyadan (Mevil
adası) tutmuş Zond adalarından və Hindistandan keçməklə
Ərəbistana qədər olan ərazidə, Madaqaskarda, Şərqi və Şimali
Afrikada rast gəlinir. Mədəni halda isə Asiyada (yaşıllıq və su
olan yerlərdə) Şimali, Şərqi və Qərbi Afrikada, tropik
Amerikada becərilir (84).
Lawsonia inermis L. çoxillik kol bitkisi olmaqla vətəni
Şimali Afrika, Asiya və Avstraliya hesab edilir. Mədəni halda
isə tropik Amerikada, Misirdə, Hindistanda və Yaxın Şərqin
bəzi hissələrində becərilir. Əl-xına, Misir keşişi və Əspərək
ağacı adı ilə də məlumdur. Növmüxtəlifliyini isə bəzən Law-
sonia elba lamya və ya Lawsoniya ruba kimi qeyd edirlər. 6
metr yüksəkliyə çatır, ətirli ağ və yaxud açıq qırmızı rəngli
çiçəklərə malikdir (153, 169, 173).
18
Həna (Lawsonia inermis L.) tropik və subtropik ölkələrdə
bitən 6 -7 m hündürlükdə ağac və ya həmişəyaşıl kol bitkisi
olub həyatını 25 - 30 il davam etdirir. Xarici görünüşünə görə
“birgöz” bitkisini (Ligustrum lıcidium Ait.) xatırlatdığına görə
yunan həkimləri ona “liqustrum” deyirmişlər.
Həna təbii şəraitdə Sudanda, Qahirədə, Hindistanda (kollar
arasında), Səudiyyə Ərəbistanda və cənubi İranda nəmli sahə-
lərdə (vahələrdə, oazislərdə), İsrail və Sinqapura yaxın İspaniya
və Yunanıstanda isə sahilyanı ərazilərdə və İslandiyada Aralıq
dənizi adalarında becərlir (72).
Həna bitkisinin dördtərəfli budaqlanmaya malik olan
gövdəsi tilli olub, tikansızdır. Bitkinin gövdə və budaqlarının
üzəri daxildən qırmızı qəhvəyi rəngə malik olan qabıq ilə
örtülüdür (19).
Sadə, tam kənarlı, qısa saplaqlı və ya oturaq yarpaqları
qarşı-qarşıya düzülmüş, yumurtavari və ya ellips formasındadır.
Hamar, parlaq, nazik dəriciklə örtülü tünd yaşıl rəngli yarpaq-
larının uzunluğu 3,0 - 6,0, eni isə 1,5 -3,0 sm-dir. Yarpaqlarının
kənarı müəyyən dərəcədə burulmuş olur. Yarpağın üst səthi
mərkəzi damardan 60
0
altında ayrılan və yarpağın kənarında bir
biri ilə birləşən çoxlu miqdarda yan damarlara malikdir (72).
Həna vətənində əsasən çəpərlərin bəzədilməsi – yəni canlı
çəpər yaratmaq üçün becərilir. Ancaq qurudulmuş və
üyüdülmüş alt yarpaqlardan alınan toz xına adı ilə məşhurdur
ki, ondan da narıncı, qəhvəyi və qırmızı rənglərə tez boyamaq
üçün istifadə edilir. Qurudulmuş və üyüdülmüş həna yarpaqları
yaşıl bataqlıq rənginə çalan tozdur. Tərkibindəki əsas boyayıcı
maddənin – lavsonun miqdarı 0,5 – 1,5 %-ə çatır. Hənanın tər-
kibində həmçinin aşılayıcı maddə, kley (yapışdırıcı), qal
turşusu və başqa maddələr vardır. Həna yarpaqları Asiyada
qədimdən saçların, dırnaqların və dərinin boyanması üçün
istifadə edilirdi. Qərbdə və yaxın Şərqdə isə həna saç yumaq
üçün şampun hazırlanmasında, boyaqların kondinsiyaya
19
çatdırılmasında və yaxalama vasitələrinin hazırlanmasında isti-
fadə edilir (154, 165, 149).
Çiçəkləri xoşagələn iyə malikdir, onların bitki yağları ilə
qarışığından ətir hazırlanır. Ağımtıl-qırmızı rənqli çiçəklərin-
dən ətirli sabun hazırlanmasında istifadə edilir. Çiçəkləyən
vaxtı yarpaqları da yığılıb qurudulur, üyüdüldükdən sonra
saçların və dərinin rənglənməsində istifadə edilir. Bitkinin uc
hissəsində bitən yarpaqlar daha yaxşı rəng verdiklərindən onlar
ayrılıqda yığılır və dərinin boyanmasında, digər yarpaqlarından
alınan tozdan isə saçların boyanmasında istifadə edilir. Xına
üyüdülən kimi dərhal vakuum kisələrə qablaşdırılmalıdır.
Qaldıqca xına keyfiyyətini itirir. Keyfiyyətin itməsi isə düzgün
qablaşdırmadan asılıdır (150, 186).
Həna bitkisinin diametri 1-2 sm olan xırda çiçəkləri
piramida şəkilli, mürəkkəb salxımvari çiçək yatağında
toplanmışdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli olub yasəmən və
ya qızılgül kimi ətirlidir. Çiçəklərinin tərkibində efir yağları
var. Çiçək 4 sərbəst kasa yarpağından, 4 bitişik ləçəkdən, 8
erkəkcikdən, 2 efir yağlı vəzicikdən ibarətdir. Meyvəsi 4
yuvalı, qutu şəkilli, dairəvi formada olub, nazik qabıqlıdır. Hər
yuvada çoxlu miqdarda piramida şəkilli kiçik qəhvəyi rəngli
toxum yerləşir. 1000 ədəd toxumunun kütləsi 0,5- 0,6 qramdır.
Mədəni halda həna bitkisinin quru və isti bölgələrdə,
yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becəril-
diyi göstərilir (101). Hava rütubətinin həddən artıq olması,
güclü küləklər, istilər bitkinin böyümə və ingişafına mənfi təsir
edir (162).
Тəbii şəraitdə həna bitkisinin böyüməsi və inkişafı üçün
minimal temperatur 8-10
0
C olmalıdır. Тemperaturun 2-3
0
C -
yə enməsi bitkinin məhv olmasına səbəb olur. Buna uyğun
olaraq müəyyən edilmişdir ki, həna bitkisi Krım vilayətində
Zaqafqaziya və Orta Asiya respublikalarında birillik bitki kimi
becərilə bilər (72; 70; 93; 115; 116).
Dostları ilə paylaş: |