29
saçlar ancaq xınanın başqa vasitələrlə qarışdırıldıqdan sonra
alına bilər. Xınanın öz təbii rəngi isə qəhvəyi-qırmızımtıldır.
Tatuirovka üçün işlədilən xına ilk növbədə açıq-yaşıl rəngi
ilə seçilir. Tərkibi çox narın üyüdülmüş toz halında olmalıdır.
Xına tozunu açıq havada və nəm yerdə açıq saxlamaq olmaz.
Onu kip (hermetik) bağlı qabda və qaranlıqda saxlamaq
lazımdır. Yalnız belə saxlanan xına tozu özünəməxsus
xüsusiyyətlərə malik ola bilər. Xına yarpağın üyütmək üçün
hazırda xüsusi dəyirmanlar mövcuddur. Lakin onu adi kofe
üyüdəndə də üyütmək olar. Narın üyüdülmüş xına daha yaxşı
rəng verir və saxlandığı kisəni (paketi) deşmir.
Tatuirovka üçün xına rəngi intensiv zəif xarakterlidir
demək olar ki, elə dərinin öz rəngindədir. Xınanın geniş
yayıldığı ölkələrdə isə sakinlər adətən qaradərilidirlər. Ona görə
də daha parlaq rəng əldə etməyə çalışırlar. Xınadan daha qara
rəng almaq üçün onu qara qrafitdən əldə edilmiş tozun həll
olunduğu soyuq suya tökürlər. “Qara xına” nı Avropada əldə
etmək o qədərdə asan deyil. Bu məhsula xüsusi diqqətlə
yanaşılmalıdır. Çünki həll olma zamanı o zəif toksiki buxar
əmələ gətirir. Hindistanda isə hazır halda qara və yaxud qırmızı
xınanın xüsusi qablarda almaq olar. Onlar da özündə xüsusi
konservantlar və əlavələr birləşdirir. Hindistanda həmişə «qara
xına» adlı tozu tapmaq olar. Bu toz tərkibində aylarca dəridən
getməyən qara qarışıq birləşdirir. Lakin sonradan çəkilmiş
şəkillər pozulur. Bu toz xınanın əsasında yaranmış, lakin ona
mineral piqmentlər əlavə edilmişdir.
“Ağ xına” isə təbii saçları 4 - 6 rəngə boyamağa və əvvəlki
rəngi “təmizləməyə” imkan verir. “Ağ xına” evdə istifadə üçün
çox əlverişlidir. Bu prosesə isə cəmi 30 - 45 dəqiqə bəs edir.
Tərkibindəki vasitələr saçları kimyəvi yanmadan qoruyur.
“Hazır xına” təbii kosmetika mağazalarında xüsusi
qablarda (tübiklərdə) satılır. Çox praktiki və başlanğıc üçün
ideal bir vasitədir. İstədiyimiz rəngi seçmək üçün çox axtarıb
əldən düşmək lazım deyil. Elə oradaca kataloqa baxmaqla rəng
30
seçə bilərsiniz. Ancaq siz daimi olaraq tatuirovka edəcəksinizsə
bu qarışığın necə hazırlandığını öyrənməyiniz məsləhətdir. Onu
qeyd edək ki, tübiklərdə satılan “hazır xına” bahalıdır və
tərkibində başqa qarışıqların olduğu üçün təbii məhsul hesab
edilmir (189, 190).
İlk dəfə Q. Тomazi (Tommasi G.) (196) həna tozunun
tərkibindəki rəngləyiçi maddəni lavsonu başqa rəngləyici
maddələrdən ayırmış və onun naftaxinon 2 hidroksiddən
ibarət olduğunu müəyyən etmişdir.
Hənanın tərkibində əsas rəngləyici maddənin lavsonun
olması İ. Lal, S. Dat (I. Lal, S. Duut) (180) və H. Koks (H.
Cox) (162) tərəfindən də təsdiq edilmiş və göstərilmişdir ki,
həmin rəngləyiçi maddə suda və ya qələvi məhlulunda asanlıqla
həll olur.
Azərbaycan şəraitində aparılmış tədqiqatlar sübut etmişdir
ki, həna bitkisi neytral və zəif qələvili, humusla zəngin, yüngül
və məsaməli, qumsal, boz qonur və bozumtul şoran torpaqlarda
becərilə bilər. Quru subtropik şəraitdə vaxtaşırı suvarma
aparmaqla həna bitkisindən yüksək keyfiyyətli və orta
məhsuldarlığa malik xammal əldə etmək olur (17).
Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində becərilən
həna bitkilərinin tərkibindəki lavsonun miqdarı fərqlidir. Belə
ki, müvafiq olaraq lavsonun miqdarı Abşeronda 0,54, Şirvanda
0,62, Naxçıvanda isə 0,48 % olmuşdur (91).
Akademik R. K. Əliyev kimyəvi analiz yolu ilə Şəki
rayonunda becərilmiş Azərbaycan hənasının tərkibində efir
yağları, aşı maddələri (1,7-2,24 %), piy maddələri (3,1 %),
qatranlar (2,5 %), üzvi maddələr (0,6 %), C vitamini (13,94
mq/kq), kül (17,9%), suda həll olunmuş ekstrakt maddələr
(20,6%) və s. olduğunu aşkar etmişdir (91).
Naxçıvanda becərilmiş həna bitkisinin tərkibində 1,5,
Şirvan və Abşeronda 0,46, İran hənasının tərkibində isə 1,14 %
rəngləyici maddə vardır (57).
31
Həna yarpaqlarının tərkibində 12 dən çox maddə, o
çümlədən 0,9 - 1,0 % rəngləyiçi maddə vardır. Həna bitkisinin
kökündə büzüşdürüçü xassəyə malik qırmızı rəngli maddə
alkonin vardır ki, bundan da farmakologiyada geniş istifadə
olunur. Eyni zamanda, həna kögündən alınan sarı boyaqdan yun
və ipək parçaların boyanmasında istifadə olunur. Həna bitkisinin
çiçək yanlığında efir yağları vardır ki, ondan da “Mexudi”
adlanan ətir hazırlanır (17, 132).
Həna hələ qədim zamanlardan follikulit, ekzema, diatez,
sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər, revmatizm,
cüzam, baş və diş ağrıları, zob və b. xəstəliklərin müalicəsində
istifadə edilirmiş. Bu haqda İ. A. Dəmirov (91), H. Mehdiyeva
(39), K. H. Vəliyev (65) və başqalarının əsərlərində geniş
məlumat verilmişdir (15; 20).
Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K
vitamini vardır. Bəzən həna tozunu özündə tanin və
büzüşdürüçü maddələr saxlayan başqa bitkilərin (şaftalı və s.)
yarpaqları ilə qatışdıraraq, ekzemaya qarşı mübarizədə istifadə
edirlər (132).
Həna tozuna həmçinin mərsin (Murtus communis L.),
Hindistan badamı (Terminalia catappa L.) (84), Şleyxer
şahtərəsi (Fumaria Schleiher L.) yunan qozu ( Juglans regia
L.), gənəgərçək (Ricinus communus L.), toxumu (91; 14) və
basma yarpağı (İndigofera tinctoria L.) (17) qarışdırılaraq
işlədildiyi haqda məlumatlar vardır.
Lavsondan (qəhvəyi sarı rəngli maddə) yun və ipək
parçalarının rənglənməsində, habelə ət xörəklərinin rənglən-
məsində istifadə olunur. Hənadan alınan rəng günəş şüalarına
qarşı davamlı olduğuna görə öz əlvan və parlaq rəngini
itirmədən uzun müddət qalır (126; 147).
Həna tünd çayda həll olunduqda saça nəinki daha gözəl
qızılı - şabalıdı rəng verir, həm də ona faydalı bioloji təsir
göstərməklə dibini bərkidir, saçın tökülməsinin və başda kəpək
əmələ gəlməsinin qarşısını alır (40).
Dostları ilə paylaş: |