32
Həna bitkisinin çiçək yanlığından efir yağları alınmasında
istifadə oluna bilər. Hər hektardan 15 - 20 s çiçək yanlığı
toplamaq mümkündür ki, bunun da yaş kütləsinin 0,11% - ni,
quru kütləsinin isə 0,52 % -ni efir yağı təşkil edir (113).
Həna bitkisi Nil çayı sahillərində yağmurların miqdarı çox
olan qaratorpaq sahələrdə becərilir. Тoxumu isti suda islatdıqdan
sonra mart ayında parnikdə və torpaqda lazımi qədər
temperatur olan zaman birbaşa sahəyə səpilir. Belə olduqda
səpilmiş həna toxumlarını vaxtaşırı suvarmaq tələb olunur.
Parnikdə aparılmış səpindən alınan bitkilər açıq sahəyə
çıxarıldıqda daha tez böyüyür həmin ilin oktyabr ayında ondan
məhsul almaq olur (73).
İranda həna toxumları həmin yerin torpaq-iqlim şəraitindən
asılı olaraq əvvəlçədən suvarılmış sahəyə səpilir. Lakin,
səpindən əvvəl toxumlar 8 gün ərzində suda isladılmalıdır (73).
İlk dəfə aparılmış tədqiqatların nəticələri göstərir ki, Aprel
ayında istixanada səpin aparıb, şitili iyul ayında açıq sahəyə
əkdikdə, Azərbaycan şəraitində vegetasiya müddəti həna
bitkisinin çiçəkləməsi və toxumun tam yetişməsi üçün kifayət
etmir. Bitkilər avqust ayında çiçəklədikdə belə vegetasiyanın
sonuna qədər toxumlar tam yetişmədiyi üçün ondan səpin
materialı kimi istifadə etmək yararlı olmur. O zaman
tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, hənanın xarici
ölkələrdə qəbul edilmiş becərmə üsullarının heç biri bizim yerli
şəraitdə müsbət nəticə vermir. Eyni zamanda həmin
tədqiqatçılar göstərirlər ki, toxumu yalnız həna kollarını qapalı
şəraitdə becərməklə almaq olar. Həmin tədqiqatçılara görə hər
il xaricdən onun toxumunu almaq daha ucuz başa gələr (72).
1979 - 1981 - ci illərdə həna bitkisinin toxumla çoxaldılma
biologiyasına dair aparılmış tədqiqatların nəticələri göstərdi ki,
fevral ayında qapalı şəraitdə səpin apararaq, mayda şitili açıq
sahəyə çıxardılaraq birillik bitki kimi becərilən həna
bitkisindən
vegetasiyanın
sonunda
yüksək
cücərmə
qabiliyyətinə malik
olan toxum məhsulu
almaq olur.