26
1)
Həna qaldıqca bir qayda olaraq rəngi solur. Buna
baxmayaraq 2 ayda 1 dəfədən çox həna qoyulması məsləhət
görülmür. Həna tez-tez istifadə edildikdə əks təsir göstərir:
saçlar cansız görsənir.
2)
Əgər siz hənanın əvvəlki rəngini bərpa etmək istəsəniz
bunu yaxalamanın köməyi ilə edə bilərsiniz. Bunun üçün 50
qram həna tozunu 1,25 litr qaynanmış suda həll edin və onu
süzgəcdən keçirib soyumağa qoyun. Bu məhlul ilə saçınızı
yaxalamaqla əvvəlki rəngi bərpa edərsiniz.
3)
Saçınıza qoyduğunuz həna rəngi çox parlaq alınıbsa onu
necə neytrallaşdıra bilərsiniz? Bu məqsədlə bir qədər bitki
yağını qızdırın və onunla saçınızı səliqə ilə ovuşdurun. Sonra
saçınızı fenlə bir qədər qurudun və şampunla yuyun. Yağ
hənanın rəngini udur. Əgər bu birinci cəhddə alınmasa bu
proseduru (üsulu) təkrar edin.
Biotatuirovka. Elmdə Lawsonia inermis, qərbdə isə xına,
adı ilə tanınan həna tozu əsasən saçların boyanmasında
istifadə edilir. Hazırda isə bədənə xına ilə şəkil
döydürülməsinin (tatuirovkanın) populyarlığının artması ilə
əlaqədar olaraq “mehindi” sənəti təhlükəsiz, xəstəlik törət-
məyən, tərkibində kimyəvi maddələr daşımayan və alternativi
olmayan bədən bəzəmə formasıdır. Mendi (mehindi) həna
tozunun müxtəlif bitki yağları ilə qarışdırılmasından alınır ki,
bu dəriyə sakitləşdirici və bərpaedici təsir göstərir. Bu boyanı
(rəngi) 1-2 həftə dəridə saxlamaq olar. Onun pozulması insan
bədəninin temperaturundan və bədənin yuyulma vaxtından
asılıdır.
Ənənəvi olaraq həna ilə əllər və ayaqlar boyanırdısa
hazırda çəkinmədən bədənin başqa hissələrinə də məsələn
göbək ətrafına, kürəyin yuxarı hissəsinə, qollara və hətta
boyuna da həna ilə şəkil döydürülməsi dəbdədir. Mendi
(mehindi) adlanan həna bodiartın ənənəvi formasıdır. Adətən
ələ və ayağa həna ilə müvəqqəti şəkillər çəkirlər. Bunun üçün
iynədən istifadə etmək və epidermisi zədələməyə lüzum
27
yoxdur. Ənənəvi həna qoyma sənəti yüz illər bundan əvvəl
Mesopotamiyada meydana gəlmiş və eramızın XII əsrində
Hindistan mədəniyyətinə daxil olmuşdur.
Həna ilə bədənə naxışların çəkilməsi (biotatuirovka) sənəti
günortanın bürküsündən qorunan, kölgə, sərin, sakitləşdirici
fəvvarə şırıltısı və ətirli fars gülləri ilə əhatə olunmuş hərəm-
xanalarda meydana gəlmişdir. Həna qədim misirlilərə də
məlum idi. Burada zadəgan qadınlar bədənlərinə ətirli yağ
sürtür və bədənlərini rəngləyirdilər.
Avropada isə hənanı yaxşı qiymətləndirmirdilər. Bu bir
tərəfdən aylarla bir yerdən digər yerə daşınma nəticəsində həna
tozunun rəngləmə qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar
idisə, digər tərəfdən kilsənin cismani sevincə və bədənin
boyanmasına (rənglənməsinə) icazə verməməsi ilə əlaqədar idi.
Ancaq buna baxmayaraq Hindistanda və Orta Asiyada bu sənət
yüksək səviyyə çatmışdır. Burada həna ilə saçların, dırnaqların
və dərinin boyanması, bədənə Hind və Ərəb mədəniyyəti üçün
xarakterik olan mürəkkəb ornamentli bitki və abstrakt
(mücərrəd) xarakterli şəkillərin çəkilməsinin bir çox yerli
ənənəsi formalaşmışdır.
Qeyd etmək lazımdır ki, çəkilən şəkilin rəngi dərinin
rəngindən çox asılıdır. Bir qədər qara dəriyə çəkilən şəkil tünd
qəhvəyi, ağ avropalı dərisinə çəkilən isə qırmızıya çalan rəngdə
olacaqdır.
Yığılıb qurudularaq üyüdülən həna yarpaqları hava keçir-
məyən (vakuum) qablarda (sellofan kisələrdə) saxlanılmalıdır.
Kisəni açdıqdan sonra oradakı həna tozunu tamamilə istifadə
etmək lazımdır. Çünki açıq saxlandıqda hənanın boyama
qabiliyyəti aşağı düşür və təkrar istifadədə istənilən nəticəni
vermir.
Hənanın məxsusi rəngi – qəhvəyi - qırmızı qonur hamının
xoşuna gəlmir. Ancaq, təbii halda o məhz bu rəngdə olur.
“Qara həna” adı ilə buraxılan və bazara çıxarılan məhsul isə
28
kimyəvi mənşəlidir. Onların bəziləri zərərsizdir, bəzilərinin isə
iltihab və allergiya törətdiyi haqda məlumatlar vardır.
Xına dedikdə nəyi təsəvvür edirik? Xına sadəcə qırmızı-
qonur rəngləyici maddə deyil o həmdə müalicəvi təsirə
malikdir. Şərq ölkələrində qurudulmuş və üyüdülmüş xına
yarpaqlarından təkcə saçların boyanmasında deyil dırnaqların,
ovucların yun və ipəyin rənglənməsində də istifadə edilirdi.
Xına saçlara rəngdən başqa parıltı da verir. Xınadakı rəngləyici
maddənin təsirindən saçlar sıxlaşır və möhkəmlənir. Ona görə
də xına qoyulduqdan sonra nazik saçlar möhkəmlənir, sıxlaşır,
sıx saçlar isə daha gurlaşır. Xına o qədər güclü təsirə malik
deyil ki, saçın təbii rəngini gizlədə bilsin. O yalnız saça qırmızı
çalarlıq verir.
Xına açıq rəngli saçlara qara saçlara nisbətən daha güclü
təsir edir. Ona görə də sarışın və çal saçlara həna qoymaq
məsləhət görülmür. Həna belə saçları sarı-qırmızı (kök rənginə)
rəngə boyayır.
Xına ilə rəngləmə texnikasını öyrənməzdən əvvəl mütləq
xınanı seçməyi bacarmaq lazımdır. Hansı ki, bu texnika hələ
qərbdə də çox yayılmamışdır. Ona görə də təmiz məhsul
tapmaq çətin məsələdir. Təmiz xınanı isə fitoapteklərdə təbii
kosmetika mağazalarında, ekzotik Hindistan və Afrika
bazarlarında tapa bilərsiniz. Xınanı asanlıqla Şimali Afrika və
Hindistandan da almaq olar, ancaq mütləq diqqət verilməlidir
ki, bu toz köhnə olmasın yoxsa rəngləmə qabiliyyəti zəif
olacaqdır.
Bədəni rəngləmək üçün mütləq xüsusi xına tozundan
istifadə edilməlidir. Saç üçün hazırlanmış xınadan tatuirovka
üçün istifadə edilməməlidir. Saç üçün hazırlanın xına tozu
aşağı rəngləmə qabiliyyətinə malik olur, yaxşı üyüdülməmiş
ola bilər və s. Rəngi tünd-yaşıl və boz-qəhvəyi olur. Bundan
başqa bu tərkibdə adətən mineral duzlar olur. Bəzən xına
qırmızı yox başqa rəng verir. Diqqət edin: qara, ağ və qəhvəyi
Dostları ilə paylaş: |