15
Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim
idi. Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi
təsirləri nəticəsində artıq bütün Şirvan düzündə səhra bitkiliyi
hakimdir. Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini
şimala doğru dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında
qərarlaşmışdır (24).
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki
dəyişilmələr hesabına daxili diferensiasiyaya uğramışdır. Odur
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və
Baş Şirvan kollektorunun ətrafında intrazonal tipli su-bataqlıq
bitkilərindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı
və su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər
şanagülləsinə də burada təsadüf edilir (130).
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran
Şirvanda bir - birinə çox yaxındır. Тüryançay yaxınlığında,
Göyçay çayının aşağı axınında, Baş Şirvan kollektorunun
ətrafında tərkibi qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar,
yemişan, böyürtkən, itburnu, saqqızağaçı, qaratikan, yalanqoz
və qızılağaç bitkilərindən ibarət düzən meşələri yayılmışdır.
Kürboyu Tuqay meşələri Kotavan kəndi yaxınlığında sıxlığı və
zənginliyi ilə diqqəti daha çox cəlb edir. Son 30 -35 ildə Aran
Şirvandakı rütubətli düzən və Tuqay meşələri insanların təsər-
rüfat fəaliyyətinə məruz qalmışdır. Elə bunun nəticəsidir ki,
artıq Kür çayının sahilləri boyunca Zərdabdan
Şərqə doğru təbii
Tuqay meşələri qalmamışdır. Yeni senozların formalaşması
həm Kürün hidroloji rolunu, həm də Şirvan düzündə kənd
təsərrüfatının inkişafını zəiflədir (130).
Тüryançayda, Yuxarı Şirvan kanalından Şimalda,
Qaraməryəm tirəsində tikanlı gəvən, tıs - tıs, şiyav, kəklikotu,
pişiknanəsi və bəzi efemerlərdən ibarət dağ kserofit bitkiliyinə
də rast gəlinir. Öndağlıqda və ətəklərdə, xüsusən Xocaşen -
İnqar və Ləngəbiz silsilələrinin Mərkəzi Arana çevrilmiş güney
yamacında Şirvanın aran və dağlıq sahələri arasında təbii keçid
yaradan bozqır bitkiliyi inkişaf tapmışdır (86).