286
13. Beynəlxalq Korlar günü
13 noyabr 1745-ci ildə anadan olmuĢ görkəmli
fransız pedaqoqu Valentin Hayuinin Ģərəfinə bir
çox Avropa ölkələri 13 noyabr tarixini
―Beynəlxalq Korlar Günü‖ kimi qeyd etməklə
mövcud ictimayyətin, dövlət qurumlarının və
vətəndaĢ cəmiyyətinin diqqətini görmə qüsurlu
insanların problemlərinə və onların inteqrasiya
məsələlərinə cəlb etmiĢlər. BirləĢmiĢ Millətlər
TəĢkilatı və Dünya Səhiyyə təĢkilatının
tövsiyəsi ilə 13 noyabr Ümumdünya gözdən əlillər günü kimi qeyd edilir. Ümumdünya
Səhiyyə TəĢkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu
gözdən əlildir. Azərbaycanda da beynəlxalq təcrübədə olduğu kimi aidiyyatı dövlət
orqanları tərəfindən gözdən əlil insanların sosial müdafiəsinə, onların təhsil, səhiyyə,
idman, məĢğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət
yetirilir. 5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika UĢaq Kitabxanasında Gənc
Ana və UĢaqların Maarifləndirilməsi Ġctimai Birliyi, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
bilavasitə maliyyə və texniki dəstəyi və TĠKA-nın Bakı Ofisinin əməkdaĢlığı
çərçivəsində görmə qabilliyyəti zəif və məhdud uĢaqlar üçün Dil kursları və
Ġnformasiya Mərkəzi açılmıĢdır. Son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan
insanlara dövlət tərəfindən daha çox diqqət artırılıb. Ölkə baĢçısının imzaladığı
sərəncamlar bu təbəqədən olan insanların həyat Ģəraitinin yaxĢılaĢmasında və onların
cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin, bu insanları öz
sıralarında birləĢdirən, onların problemlərini iĢıqlandırıb, həllinə çalıĢan ictimai
təĢkilatların da fəaliyyətləri üçün geniĢ imkan yaranıb.