Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə101/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   97   98   99   100   101   102   103   104   ...   121

275 
 
17.Yazıçı Çingiz Ələkbərzadənin anadan olmasının 80 illiyi (1936-1999) 
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez 
deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, 
Vətən…” Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə 
pislik etməyib. Atamla fəxr edirəm.”                                                                                      
                                                                                                           
Sevda Ələkbərzadə
 
Çingiz  Ələkbərzadə  Əbülhəsən  oğlu  1936-cı  il  oktyabrın  17-də 
Bakı  Ģəhərində  anadan  olmuĢdur.  Tovuz  Ģəhərindəki  A.S.PuĢkin 
adına Ģəhər orta məktəbini bitirmiĢdir (1955). ADU-nun filologiya 
fakültəsində  təhsil  almıĢdır  (1955-1960).  Tələbəlik  dövründə 
"Kökəlməyin  sirri"  hekayəsi  almanaxda  dərc  olunmuĢdur  (1958). 
Bundan  sonra  dövri  mətbuatda  müntəzəm  çıxıĢ  etmiĢdir.  Əmək 
fəaliyyətinə  Əli  Bayramlı  rayonundakı  2  saylı  orta  məktəbdə 
müəllim kimi baĢlamıĢdır (1960). Azərbaycan Dövlət Televiziya və 
Radio  VeriliĢləri  komitəsində  son  xəbərlər  redaksiyasında 
iĢləmiĢdir  (1961-1966).  Ġsmayıllı  rayonundakı  Ġvanovka  kəndində 
müəllim  (1966-1968),  Əli  Bayramlı  rayonunda  "ĠĢıq"  qəzeti 
redaksiyasında  məktublar  Ģöbəsinin  müdiri  (1968-1971),  Ġsmayıllı  rayonunda 
"ZəhmətkeĢ"  qəzeti  redaksiyasında  məktublar  Ģöbəsinin  müdiri  (1971-1972), 
Azərbaycan SSR Televiziya və Radio VeriliĢləri komitəsində "Günün səsi" xəbərlər baĢ 
redaksiyasında  müxbir  (1972-1973),  "Azərbaycanfılm"  kinostudiyasında  ssenarist 
(1973-1975),  "Kirpi"  satirik  jurnalında  ədəbi  iĢçi  (1976-1979),  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  VeriliĢləri  Komitəsində  "Günün  ekranı"  redaksiyasında 
Ģtatdankənar  müxbir  (1979-1984),  ġirvan  bölgəsi  üzrə  xüsusi  müxbir  (1984-1989) 
olmuĢdur.  Özbəkistanda  keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyündə 
iĢtirak  etmiĢdir  (1980).  Durğunluq  dövründə  ictimai  qüsurları  kəskin  tənqid  etdiyinə 
görə  həbs  edilmiĢdir  (1986-1988).  Sonra  bəraət  almıĢ,  bədii  yaradıcılıqla  məĢğul 
olmuĢdur. 1999-cu il yanvarın 7-də vəfat etmiĢdir. 
Əsərləri: ―Yarpaqlar töküləndə‖ (1964), ―Güllələr dənizdə sönür‖ (1973), ―Qızıl yəhərli 
at‖ (1976), ―Çılpaqlı‖ (roman). (1979), ― Vulkan‖ (povest və hekayələr) (1983), 
―Öndən‖ ( 1992), ―Qumarbaz‖ (1993), ―Türmə mənim ahımdı‖ (1993) və s.  
Filmoqrafiya :Günlərin bir günü (kinoalmanax, 1976),Vulkana doğru (film, 1977) 
 
      
 
 
 
 
 
 


276 
 
İncəsənət 
25.Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi (1921-1992) 
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq 
artisti fəxri adlarını alıb.  
Nəcibə HaĢım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının 
Buzovna  kəndində  doğulub.  Ġlk  təhsilini  kənddə  və  Bakıda 
alıb.  Bakı  Teatr  Məktəbində  xalq  artisti   Fatma 
Qədrinin sinfini  bitirib  (1940-1943).  Öz  istəyi  ilə  Gəncə 
Dövlət  Dram  Teatrında  iĢləməyə  gedib.  Burada  bir  neçə 
tamaĢada  çıxıĢ  edərək  Bakıya  qayıdıb  və  təzəcə  təĢkil 
olunmuĢ  Azərbaycan  Dövlət  Teatr  Ġnstitutuna  daxil  olub. 
1951-ci  ildə  ali  məktəbi  bitirib.  Texnikumda  təhsil  aldığı 
illərdə Milli Dram Teatrının tamaĢalarında epizodlar oynayan 
aktrisa  1952-ci  ildən  (kinolara  çəkiliĢlə  bağlı  kiçik  fasilələrlə)  yenə  bu  teatrda  iĢləyib. 
Nəcibə  Məlikova  klassik  və  çağdaĢ  Azərbaycan  dramaturqlarının,  dünya  ədiblərinin, 
əsasən,  dram  əsərlərində  və  bir  qədər  də  komediyalarında  rollar  oynayıb. Hüseyn 
Cavidin "ġeyx 
Sənan"  (Xumar),  "SəyavuĢ"  (Firəngiz),   Əbdürrəhim  bəy 
Haqverdiyevin "Pəri  cadu"  (ġamama  cadu), Cəfər  Cabbarlının "Aydın"  (Böyükxanım), 
"1905-ci  ildə"  (Sona),  "Sevil"  (Edilya),   Mirzə  Ġbrahimovun "Həyat"  (Atlas),  "Kəndçi 
qızı"  (Ayxanım), Ġlyas  Əfəndiyevin   "Büllur  sarayda"  (Qönçə),  "Qəribə  oğlan" 
(Məlahət), Nəbi  Xəzrinin "Əks-səda"  (Zərifə),  "Mirzə  ġəfi  Vazeh"  (Zübeydə), Səməd 
Vurğunun "Vaqif"  (Xuraman),   Maqsud  Ġbrahimbəyovun "Kərgədan  buynuzu" 
(Diləfruz),  Sabit  Rəhmanın  "Əliqulu  evlənir"  (Yasəmən),  "Küləklər"  (Firuzə), ġıxəli 
Qurbanovun "Əcəb  iĢə  düĢdük"  (Məlahət), Mirzə  Fətəli  Axundzadənin "Lənkəran 
xanının  vəziri"  (ġölə  xanım  və  Ziba  xanım),  "Müsyö  Jordan  və  dərviĢ  Məstəli  Ģah" 
(ġəhrəbanı), Aleksandr  Ostrovskinin   "Cehizsiz  qız"  (Oqudalova),   Hüseyn 
Muxtarovun   "Kimdir  müqəssir?"  (Korinkina),   Maksim  Qorkinin "Zikovlar"  (Sofiya 
Ġvanovna), Nazim  Hikmətin "ġöhrət  və  ya  unudulan  adam"  (Həkimin  arvadı), 
"Türkiyədə"  (Nazir  qızı),   Karlo  Haldoninin "Məzəli  hadisə"  (Marianna), Aleksandr 
ġirvanzadənin "Namus"  (Süsənbər), Fridrix  ġillerin "Orlean  qızı"  (Aqnessa), Lope  de 
Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaĢalarında çıxıĢ edib. Nəcibə xanım 
kinoda  uğurlu  rollar  yaradıb.  Onların  arasında "Ögey  ana"da Dilarə, "Aygün"də 
Aygün, "ArĢın  mal  alan"da Cahan  xala, "Əhməd  haradadır?"da Nərgiz  xala  rollarının 
ifası  aktrisanın  yaradıcılıq  nailiyyətləri  kimi  dəyərlidir.  Nəcibə  Məlikova  məlahətli, 
emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda 
mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə 
mətanətini  qoruyub  saxlayan  personajları  uğurla  oynayırdı.  Aktrisanın  yumorunda  da 
həzin  və  kövrək  lirizm  üstünlük  təĢkil  edirdi.  Bakıda  27  iyul  1992-ci  ildə  vəfat  edən 
Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub. 
Filmoqrafiya:  ArĢın  mal  alan  (film,  1965),  AxĢam  konserti  (film,  1948),  Ögey  ana 
(film,  1958),  Leyli  və  Məcnun  (film,  1961),  Əhməd  haradadır?  (film,  1963),Topal 
Teymur (film, 1983), Üzeyir ömrü (film, 1981), Yollar görüĢəndə... (film, 1979) və s. 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə