Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə109/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   105   106   107   108   109   110   111   112   ...   121

298 
 
Xarici ədəbiyyat 
19.Rus şairi, alim, rəssam M.V.Lomonosovun 305 illiyi 
(19.11.1711- 15.04.1765) 
 “ Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq 
Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin 
ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını 
keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, ..., fabriklər 
yaradır, rəssam kimi mozaika hazırlayır  və ən əsası şeir dilinin mənbələrini hamıya 
göstərir.”                                                                                                
A. S. Puşkin 
 
Mixail Vasilyeviç Lomonosov  dünya səviyyəli birinci rus 
alimi-təbiətşünası, ensiklopediyaçı, kimyaçı, fizik; 
vaxtilə fiziki kimyaya indiki dövrün tərifinə çox oxşayan 
anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş 
proqramını işləyib. Onun istiliyin molekulyar-kinetik 
nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin 
əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki 
qanunlar işləmək mümkün oldu.  Şüşə haqqında elmin 
əsasını qoyub.  
 O, 
cihaz 
nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, Ģair, rəssam, tarixçi olub, 
müasir 
rus 
dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkiĢafına dair bir 
sıra  layihələr  hazırlayıb.  Sonradan  onun  adı  ilə  adlandırılan  Moskva  Universitetinin 
təsisi  təklifini  irəli  sürüb.   M.Lomonosov  özünün  fəaliyyətində  elmin  bütün  əsas 
sahələrini  əhatə  edə  bilib.  Mixail  Lomonosov  ensiklopedik  insan  olduğundan  bütün 
məĢğul  olduğu  elm  sahələri  üzrə  ciddi  tədqiqatlar  apara  bilib.  1761-ci  ildə  apardığı 
tədqiqatlar  zamanı  böyük  rus  alimi  Mixail  Vasilyeviç  Lomonosov Venera planetində 
atmosferin olduğunu  aĢkar  etmiĢdir.  XVIII  əsrdə  Rusiyada  "Coğrafiyanın"  inkiĢafında 
alimlərin  də  xüsusi  əməyi  olmuĢdur.  Əldə  edilmıĢ  müəlumatların  təhlili,  xəritələrin 
ümumiləĢdirilməsi,  ərazilərin  mənimsənilməsi  vacib  vəzifə  idi.  1739-cu  ildə  Rusiya 
Elmlər  Akademiyasında  yaradılmıĢ  ―Coğrafiya‖  departamenti  1745-ci  ildə  "Rusiya 
Atlası"nı  hazırladı.  O,  həmçının  ġimal  dəniz  yolunun,  ġimal  Buzlu  okeanının,  onun 
iqlimi  və  buz  örtüyü,  su  axınlarının,  atmosferin  öyrənilməsi  üçün  böyük  əmək  sərf 
etmıĢdir. Ġqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M.V.Lomonosov 
bu elmin inkiĢafının zəruriliyini göstərmiĢ və onun əsas istiqamətlərini vermiĢdir. 1756-
cı ildə Lomonosov ilk dəfə fikir yürütmüĢdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq 
üçün 3 əsas rəngi (göy, qırmızı, yaĢıl) müəyyən nisbətlə qarıĢdırmaq kifayətdir. Bununla 
da təsvirlərin kompüter kodlaĢdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında 
qurulmuĢdur.
 
Kitabları: ―Rusiya qrammatikası‖ və s. 


299 
 
 
28.Rus şairi N.Nekrasovun anadan olmasının 195 illiyi (1821-1878) 
Rus  Ģairi,  yazıçısı  və  publisisti,  rus  ədəbiyyatının  klassiki 
Nikolay Alekseyeviç Nekrasov 28 noyabr 1821-ci ildə Podolsk 
quberniyasında anadan olmuĢdur. Görkəmli Ģairin atası istefaya 
çıxmıĢ  hərbçi,  anası  isə  varlı  ailədən  olan  yaxĢı  təhsil  almıĢ 
qadın olmuĢdur. Nekrasovun uĢaqlığı Yaroslav quberniyasının 
QreĢnevo  kəndində,  atasının  malikanəsində  keçmiĢdir. 
Yaroslav  gimnaziyasını  bitirən  Nikolay  Alekseyeviç  atasının 
istəyi  ilə  dvoryan  polkuna  daxil  olmaq  üçün  Sankt-Peterburqa 
gedir.  Lakin  burada  fikrini  dəyiĢir  və  universitetə  daxil  olmaq 
istəyir. Onun bu istəyi atası tərəfindən etirazla qarĢılanır və onu 
bütün  maddi  imkanlardan  məhrum  etməklə  hədələyir.  Buna 
baxmayaraq,  Nekrasov  Peterburq  universitetinə  azad  dinləyici 
kimi qəbul olur. Atası tərəfindən hər cür maddi dəstəkdən məhrum olan Nekrasov çox 
çətinliklərlə  üzləĢir.  Bir  neçə  il  çox  ağır  çətinliklərlə  üzləĢən  Ģair  dərs  verməyə 
baĢladıqdan sonra vəziyyəti bir qədər düzəlir. ġairin erkən yaradıcılığı əsasən romantik 
ruhdadır.  1840-cı  ildə  o,  ―Arzular  və  səslər‖  adlı  ilk  toplusunu  nəĢr  etdirir.  Daha 
sonralar  o,  özünü  nəsrdə  də  sınayır.  1842-ci  ildə  Nekrasov  Belinskinin  dərnəyi  ilə 
yaxınlaĢır.  O,  tezliklə  naĢirlik  fəaliyyəti  ilə  də  məĢğul  olur  və  bu  iĢ  onda  çox  uğurlu 
alınır. 1847-ci ildə o, əsası hələ A.S.PuĢkin tərəfindən qoyulan ―Sovremennik‖ jurnalını 
icarəyə  götürür.  N.A.Nekrasov  ―Dəmir  yolu,  ―Elegiya‖,  ―Rus  qadınları‖,  ―ġair  və 
vətəndaĢ‖,  ―ġaxta,  qırmızı  burun‖,  ―Yolda‖  ―Dobrolyubovun  xatirəsinə‖,  ―Kəndli 
uĢaqları‖  və  s.  əsərlərin  müəllifidir.  Onun  Ģeirləri  əsasən  xalqın  əzabları,  kəndlilərin 
faciəli həyatına həsr olunub. ġair öz yaradıcılığında folklordan, xalq yaradıcılığından da 
məharətlə istifadə edib. 1875-ci ildə Ģair xəstələnir və həkimlər onda bağırsaq xərçəngi 
xəstəliyini  aĢkar  edirlər.  N.A.Nekrasov  1877-ci  il  dekabrın  27-də    uzun  sürən 
xəstəlikdən sonra vəfat edir. 
 
Kitabları: ―Rus qadınları‖, ―ġaxta baba‖, ―Mazay baba və dovĢanlar‖, ―Kapitan 
Vrunqelin macaraları‖, ―Dəmir yolu, ―Elegiya‖, ―ġair və vətəndaĢ‖, ―ġaxta, qırmızı 
burun‖, ―Yolda‖ ―Dobrolyubovun xatirəsinə‖, ―Kəndli uĢaqları‖ və s. 
 
 
                                        
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə