Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə110/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   106   107   108   109   110   111   112   113   ...   121

300 
 
İncəsənət 
25.Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962) 
“Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək 
kimi doğmuşdu. Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa 
səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən 
heyrətamiz bir istedada malikdir”.                          
C. Cabbarlı 
 
Mərziyyə  xanım  Davudova  Azərbaycan  səhnəsinin  ən  qüdrətli 
aktrisası  sayılırdı.   1901-ci  ildə   HəĢtərxanda   anadan  olmuĢ 
Mərziyyə  Davudova  ilk  rolunu  oynayanda  16  yaĢı  vardı.  O, 
HəĢtərxanda  Ġqbal  məktəbində  "Birinci  Teatr"  adlı  ikipərdəli 
tamaĢada  (1917-ci  il)  Əfifə  rolunu  yaratmıĢdır.  Səhnəyə  böyük 
həvəsli  yeniyetmə  Mərziyyəni  ilk  dəfə  görüb  istedadını  kəĢf  edən  unudulmaz Hüseyn 
Ərəblinski olub. O, 1918-ci ildə HəĢtərxanda qastrolda olarkən bu gənc qızın oyununu 
bəyənmiĢ  və  onu Bakıya dəvət  etmiĢdi.  1920-ci  ildə  Bakıya  gələn  və  taleyini  əbədi 
olaraq  teatra  bağlayan  Mərziyyə  Davudova  Azərbaycan  mədəniyyətinin,  xüsusilə  də 
teatr  sənətinin  inkiĢafında  misilsiz  xidmət  göstərmiĢdir.  Mərziyyə  xanım Üzeyir 
Hacıbəyovun "ArĢın  Mal  Alan"  musiqili  komediyasında  əvvəlcə  Gülçöhrə,  sonra  isə 
Cahan xala rollarında çıxıĢ edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu 
məharətlə  təsdiqləyib. Hüseyn  Cavidin "Ġblis"  əsərinin  tamaĢasında  Abbas  Mirzə 
ġərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox 
keçmir  ki,  Mərziyyə  Davudova  mürəkkəb,  ziddiyyətli,  bir-birinə  bənzəyən  və 
bənzəməyən  müxtəlif  qadın  obrazlarını,  xüsusilə  də  qüdrətli  xarakterlərin  yaradıcısı 
kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması Ģərafəti 
məhz  Mərziyyə  xanımın  qismətinə  düĢdü.  Böyük  dramaturqumuz Cəfər  Cabbarlının 
"Sevil"  pyesi  yalnız  səhnədə  deyil,  həyatda  da  böyük  əks-sədaya,  təlatümə  səbəb 
olmuĢdur.  Mərziyyə  xanımın  böyük  ustalıqla  can  verdiyi  Sevil  obrazı  o  qədər  parlaq, 
təsirli,  təbii  alınmıĢdı  ki,  tamaĢa  salonundakı  qadınlar  öz  çadralarını  elə  oradaca 
atmıĢlar.  GeniĢ  yaradıcılıq  diapazonuna  malik  olan  Mərziyyə  Davudova  Azərbaycan 
kinosunun  inkiĢafında  da  müəyyən  xidmətlər  göstərmiĢdir.  "Hacı  Qara",  "Bir  Ailə", 
"Bakının  ĠĢıqları",  "Bir  məhəllədən  iki  nəfər",  "Koroğlu"  və  digər  filmlərə 
çəkilib.   Mərziyyə  xanım  Cəfər  Cabbarlı,  Hüseyn  Cavid, Səməd  Vurğun, Mirzə 
Ġbrahimov, Mehdi  Hüseyn, Ənvər  Məmmədxanlı   kimi  Azərbaycan  dramaturqlarının 
əsərləri ilə yanaĢı, rus və Qərbi Avropa ədiblərinin də tamaĢalarında bir-birindən fərqli 
və  mürəkkəb  qadın  obrazları  yaratmıĢdır.  1956-cı  ildən  ömrünün  sonuna  kimi 
Azərbaycan  Teatr  Cəmiyyətinə  rəhbərlik  edən  Mərziyyə  xanım  Davudova  əslində 
qaranlıq bir mühitdə parlayan ulduz idi.  
Filmoqrafiya:  Ağasadıq  Gəraybəyli  (film,  1974),  Bakının  iĢıqları  (film,  1950), 
Bəxtiyar (film, 1955), Bir ailə (film, 1943), Bir  məhəllədən iki nəfər (film, 1957), Əsl 
dost (film, 1959), Hacı Qara (film, 1929), Koroğlu (film, 1960), Qızmar günəĢ altında 
(film, 1957),  Min birinci söz (film, 1997), Onlar belə sevirdilər (veriliĢ, 2007) və s. 
 


301 
 
Dekabr
 
Əlamətdar tarixi günlər və bayramlar 
Beynəlxalq QIÇS-lə mübarizə günü 01.12 
Beynəlxalq Əlillər günü 03.12.1992 
Rabitə və Ġnformasiya texnologiyaları sahəsi iĢçilərinin peĢə bayramı 06.12.2006 
Beynəlxalq Aviasiya günü 07.12.1996 
Ümumdünya futbol günü   07.12. 
Ümumdünya Ġnsan hüquqlarının müdafiəsi günü 10.12.1950 
Ümumdünya UĢaq Televiziyası Günü  11.12.1992 
―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün  25.12.1925 
Dünya Azərbaycanlılarının Həmrəylik günü 31.12.1991 
Bu tarixi unutmayaq 
Xankəndinin iĢğalı günü 26.12.1991 
Yubilyar yazıçı və şairlər 
ƏdəbiyyatĢünas, tənqidçi Vəkil Hacıyevin 80 illiyi (1936) 
ġair Əflatun Cəfərlinin 80 illiyi (1936) 
ġair, publisist, dramaturq Abdulla Qurbaninin 60 illiyi (13.12.1956) 
ġair Ramiz RövĢənin 70 illiyi (15.12.1946) 
Tənqidçi, ədəbiyyatĢünas Məmmədəli Əsgərovun  95 illiyi (18.12.1921-1991) 
Xalq yazıçısı Süleyman Vəliyevin 100 illiyi (21.12.1916-1996) 
ġair Müzəffər ġükürün 75 illiyi (23.12.1941) 
Tənqidçi, ədəbiyyatĢünas Əbülfət Misiroğlunun 70 illiyi (23.12.1946) 
Akademik, ĢərqĢünas Ziya Bünyadovun 95 illiyi (24.12.1921-1997) 
ƏdəbiyyatĢünas, tərcüməçi Əli Sultanlının 110 illiyi (25.12.1906-1960) 
 
ġair, publisist ġahmar Əkbərzadənin 75 illiyi (28.12.1941-2000) 
ġair Nüsrət Kəsəmənlinin 70 illiyi (28.12.1946-2003) 
Yazıçı, ədəbiyyatĢünas Əzizə Cəfərzadənin 95 illiyi  (29.12.1921-2004) 
Folklor 
AĢıq Pənahın anadan olmasının 90 illiyi (1926-1978) 
Xarici ədəbiyyat 
Rus yazıçısı, tənqidçi, jurnalist Nikolay Karamzinin 250 illiyi(12.12.1766-1825) 
İncəsənət 
Kinorejissor, ssenarist, cizgi filmləri ustası Uolt Disneyin 115 illiyi (05.12.1901-1966).  
Aktyor Həsənağa Salayevin 95 illiyi (05.12.1921-1981) 
Xalq artisti, baletmeystr Tamilla ġirəliyevanın 70 illiyi (08.12.1946) 
Xalq rəssamı Mikayıl Abdullayevin 95 illiyi (19.12.1921-2002) 
Xalq artisti Əlövsət Sadıqovun 110 illiyi (22.12.1906-1971) 
Xalq artisti, baletmeystr Çimnaz Babayevanın 70 illiyi (23.12.1946) 
Xalq artisti Zeynəb Xanlarovanın 80 illiyi (28.12.1936) 
Xalq artisti Əbülfət Əliyevin 90 illiyi (30.12.1926-1990) 
Milli qəhrəmanlıq zirvəsi 
Orucov Vəzir Surxay oğlu (26.12.1956-22.03.1993) 
Əsgərova Salatın Əziz qızı (16.12.1961-09.01.1991) 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə