Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə108/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   104   105   106   107   108   109   110   111   ...   121

295 
 
 
 12.Şair İbrahim Göyçaylının anadan olmasının 80 illiyi (12.11.1936-24.02.2007) 
 
 
İbrahim  Göyçaylı (tam  adı: Əsgərov  İbrahim  Məhəmməd 
oğlu) — Azərbaycanlı şair; Azərbaycanın Əməkdar İncəsənət 
Xadimi   
 
 
 
Ġbrahim  Göyçaylı 1936-cı  il, noyabrın  12-də Göyçay  rayonunun Alıkənd  kəndində 
anadan  olmuĢdur.  1943-cü  ildə  Göyçay  Ģəhərində  orta  məktəbə  gedib. 1953-cü  ildə 
məktəbi 
bitirdikdən 
sonra 
 Azərbaycan 
Dövlət  Universitetinin   Filologiya 
fakültəsində təhsil alıb (1953-1958). Əmək fəaliyyətinə qəzetdə müxbir kimi baĢlayıb. 
Sonra Azərbaycan  Dövlət  NəĢriyyatında redaktor,  ―Mədəni  ticarət‖,  ―Za  kulturnuyu 
torgovli‖  qəzetlərində  baĢ  redaktor,   Azərbaycan  Televiziya  və  Radio  VeriliĢləri 
ġirkətində  redaktor,  Ģöbə  müdiri,  baĢ  redaktor  kimi  vəzifələrdə  çalıĢıb. 1983-cü 
ildən   2007-ci  ilə  qədər  baĢ  redaktor  müavini  vəzifəsində  fəaliyyət  göstərmiĢdir. 
Ümumilikdə,  Azərbaycan  Dövlət  Radiosunda  40  ilə  yaxın  müddətdə  fəaliyyət 
göstərmiĢ,  radionun  formalaĢmasında  xüsusi  xidmətləri  olmuĢdur.  2006-cı  ildə 
prezident  Ġlham  Əliyevin  qərarına  əsasən  Əməkdar  Ġncəsənət  Xadimi  adına  layiq 
görülmüĢdür.  2007-ci  il, fevral  ayının  24-də,  uzun sürən xəstəlikdən  sonra  70  yaĢında 
vəfat  etmiĢdir.  Yüzdən  çox  Ģerinə  mahnılar  bəstələnib,  tanınmıĢ  sənətkarlar  tərəfindən 
ifa olunub. 
Kitabları: ―Dalğalar qoynunda‖ (1966), ―Yadigar sözlər‖ (1969), ―Gözlərinin iĢığında‖ 
(1973),  ―Qərənfil  iĢığı‖  (1979),  ―Qoymayın  qızları  kədərlənməyə‖  (1982),  ―Ulduzlar 
nədən  danıĢır‖  (1984),  ―Vaxt  soruĢsa‖  (1986),  ―Песня  голубой  вершины.  (Mavi 
zirvənin nəğməsi)‖ (1987), ―Uzaq haraylara isinmir ürək‖ (1991), ―Ümiddən uzun gecə‖ 
(1997), ―Lirika‖ (2001), ―Ümid yeri‖ (2003), ―YaĢadığım bu dünya‖ (2004), ―Fikrimin 
sabahı‖ (2005), ―Ömrümüz su kimi‖ (2005) və s.  
 
 
 
 
 


296 
 
 
23.Yazıçı, ədəbiyyatşünas Aqşin Babayevin anadan olmasının 80 illiyi (1936) 
Aqşin Babayev – Yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim. 
 
AqĢin  Babayev  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 
fakültəsini  bitirib.  Aspiranturada  oxuyub,  elmlər  doktoru  alimlik 
dərəcəsi,  professor  adı  alıb.  30  kitabın  müəllifidir.  32  il  radioda 
çalıĢıb.  15  il  Milli  Məclisdə  mətbuat  katibi  iĢləyib.  Əməkdar 
jurnalistdir.  "Yusif  Məmmədəliyev",  "Həsən  bəy  Zərdabi", 
"Humay",  "Qızıl  Qələm"  mükafatları  laureatıdır.  2004-cü  ildə 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  II  dərəcəli 
dövlət  müĢaviri  rütbəsinə  layiq  görülüb.  A.Babayev  əmək 
fəaliyyətinə 
tələbəykən 
respublika 
radiosunda 
baĢlayıb. 
Türkiyəyə, ərəb ölkələrinə, Ġrana və Cənubi Azərbaycana veriliĢlər 
hazırlayan  redaksiyaların  BaĢ  redaktoru  təyin  edilib.  Əsas  iĢindən  ayrılmadan  10  il 
ingilis,  fransız,  ərəb  və  ispan  dillərində  çap  olunan  "Moskou  nyus"  qəzetinin 
Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti, incəsənəti 
haqqında  həmin  qəzetin  səhifələrində  yazılar  dərc  etdirib.  Ü.Hacıbəyov,  F.Əmirov, 
Q.Qarayev,  Niyazi,  T.Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb. 
1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio VeriliĢləri Komitəsində respublika 
radiosu  və  xarici  veriliĢlər  üzrə  sədr  müavini  təyin  edilib.  15  il  ərzində  bu  vəzifədə 
çalıĢıb. AqĢin Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr iĢıqları" almanaxında çap 
olunub.  1964-cü  ildə  onun  "Cazibəli  üfüqlər"  adlı  ilk  hekayələr  kitabı  çapdan  çıxıb. 
"HəmiĢəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz 
gülləsi",  "Dünyanın  axırı"  adlı  kitabların  müəllifidir.  "KiĢilər  az  yaĢadı"  kitabı  isə 
Moskvanın "Sovetski pisatel" nəĢriyyatı tərəfindən 30 min nüsxə tirajla nəĢr edilib. 10 
cilddən  ibarət  "SeçilmiĢ  əsərləri"  iĢıq  üzü  görüb.  AqĢin  Babayev  həm  də  Ģairdir. 
Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk Ģeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. 
ġeir kitabına xalq Ģairi Fikrət Qoca ön söz yazıb. AqĢin Babayevin dramaturq kimi ilk 
əsəri  tələbəlik  dövründə  1955-ci  ildə  tamaĢaya  qoyulub.  Sonra  pyesləri  Musiqili 
Komediya, Rus Dram, Gənc TamaĢaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram 
teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" 
pyesləri ulu öndərimiz Heydər Əliyevə həsr edilib. 
Əsərləri: ―Bir parça həyat‖, ―Sünbül ətri‖, ―KiĢilər az yaĢadı‖, ―Ağ ulduzlar‖,  
―HəmiĢəbahar‖, ―Söz gülləsi‖, ―
Xilaskar‖, ―Oğul‖ 
və s. 
Filmoqrafiya: Nekroloq (film, 2001), Dəvətnamə (film, 2003), Yol (2003),  Mükafat 
(film, 2004) 
 
      
 
 


297 
 
24.Ədəbiyyatşünas, tənqidçi Əli Nazimin 110 illiyi (1906-1941) 
 
Mahmudzadə Əliəkbər Mahmud oğlu (Əli Nazim) – 
Azərbaycan sovet tənqidçisi və ədəbiyyatşünası,  
1934-cü ildən AYB-nın üzvü 
 
 
 
 
 
 
Əli  Nazim 1906-cı  ildə Cənubi  Azərbaycanın Təbriz Ģəhərində  dünyaya  gəlmiĢdir. 
Bakıda  pedaqoji  texnikumu  bitirib  Leninqrad  Ġnstitutuna  daxil  olmuĢdur  (1925). 
Moskva  Kommunist  Akademiyasında  aspirant,  elmi  iĢçi,  SSRĠ  xalqları  ədəbiyyatı  və 
incəsənəti  bölməsinin  elmi  katibi  olmuĢdur  (1927-1932).    Azərbaycan  Elmi-Tədqiqat 
Ġnstitutu  ədəbiyyat  Ģöbəsinin  müdiri  və  Ali  Pedaqoji  Ġnstitutda  kafedra  müdiri 
vəzifələrində  çalıĢmıĢdır.  Orta  məktəbin  yuxarı  sinif  Ģagirdləri  üçün  ədəbiyyat 
müntəxabatı tərtib etmiĢ, Hənəfi Zeynallı ilə Ģərikli dərslik də hazırlamıĢdır (1936).  O, 
"Ədəbiyyat  ensiklopediyası"nın  redaktoru,  Azərbaycan  Sovet  Yazıçıları  Ġttifaqı  Ġdarə 
Heyətinin  və  əbədi  mətbuat  orqanı  redaksiya  heyətinin  üzvü  olmuĢdur.  1937-ci  ildə 
həbs olunmuĢ, 10 il müddətinə həbs cəzasına məhkum edilmiĢ, 1941-ci il avqustun 23-
də həbsxanada vəfat etmiĢdir. 1957-ci ildə bəraət almıĢdır.  
Əsərləri:  ―SeçilmiĢ əsərləri‖ (1979) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə