Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə104/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   100   101   102   103   104   105   106   107   ...   121

283 
 
 9. Dövlət Bayrağı günü 
 
 “Bayrağımız  eşidilən  səsimiz,  duyulan  nəfəsimizdir.    Bizim  bayrağımız  qürur 
mənbəyimizdir.  Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  sonra 
Azərbaycanın  Dövlət  Bayrağı  milli  suverenliyin  simvolu  kimi  ölkəmizin  bütün 
vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq 
Cumhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq  məfkurəsinə, milli  -  mənəvi 
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”                                         
                                   
                                                                                                              İlham Əliyev
 
                                                                                      Azərbaycan Respublikasının Prezidenti 
 
Azərbaycan  Respublikasının  Dövlət    bayrağı 
Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 
 
Bu  gün  Azərbaycan  Respublikası  üzərində 
dalğalanan müqəddəs Dövlət Bayrağımız-  milli 
bayrağımız  ilk  dəfə  1918-ci  il  noyabrın  9-da 
Bakıda,  Azərbaycan 
Xalq 
Cümhuriyyəti 
Nazirlər  ġurasının  yerləĢdiyi  binada   qəbul 
edilmiĢdir.  Müstəqil  Azərbaycanın  dövlət 
bayrağındakı  üç  rəngin  ifadə  etdiyi  və  XX 
əsrin  
əvvəllərindəki 
milli 
istiqlal 
ideologiyamızın  üç  təməl  prinsipini  təĢkil  edən 
―Türkçülük, 
islamçılıq 
və 
müasirlik‖ 
düsturunun  müəllifi  görkəmli  Azərbaycan 
mütəfəkkiri  Əli  Bəy  Hüseynzadədir.  Azərbaycan  Respublikasının  dövlət 
bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 
75-ci  maddələri,  ―Azərbaycan  Respublikasnın   Dövlət  bayrağı   haqqında‖ 
Azərbaycan  Respublikasının  Qanunu,  eləcə  də,  həmin  Qanunla  təsdiq  edilmiĢ 
―Azərbaycan  Respublikasının   Dövlət  bayrağı   haqqında  Əsasnamə‖  əsasında 
tənzimlənir.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  rəngli  və  sxematik 
təsviri  adı  çəkilən  Qanun  və   Əsasnamə  ilə  təsdiq  edilmiĢdir.  Əsasnaməyə  görə 
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç 
üfüqi  zolaqdan  ibarət  düzbucaqlı  parça  Ģəklindədir:  üst  zolaq  mavi  rəngdə,  orta 
zolaq qırmızı rəngdə, aĢağı zolaq yaĢıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı 
zolağın ortasında ağ rəngli aypara və səkkizguĢəli ulduz təsviri vardır.  
 
 
 
 
 
 
 


284 
 
10.Ümumdünya Gənclər günü 
 
“Azərbaycan  gəncləri  Azərbaycanın  gələcəyidir.  Qarşımızda  duran  vəzifələrdən  biri 
də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. Cəmiyyətin gələcək 
tərəqqisi  bir  çox  cəhətdən  indi  gənclərimizə  nəyi  və  necə  öyrətməyimizdən  asılı 
olacaqdır.” 
                                                                                                          Ulu öndər Heydər Əliyev 
 
10  Noyabr  -Ümumdünya  gənclər  günüdür. 
Bu  günün  qeyd  olunması  barədə  qərar 
Ümumdünya 
Demokratik 
Gənclər 
Federasiyası  tərəfindən  1945-ci  ilin  29 
oktyabr  Londonda  keçirilən  konfransda 
qəbul 
edilib. 
Gənclər 
təĢkilatlarının 
beynəlxalq  birliyi  özündə  siyasi,  milli 
mənsubiyyətindən  asılı  olmayaraq  bir  çox 
müxtəlif  gənclər  təĢkilatını  birləĢdirir.  Federasiya  bütün  dünyada  sülh,  gənclərin 
hüquqları,  xalqların  müstəqilliyi,  qabaqcıl  gənclərin  beynəlmiləl  həmrəyliyi  uğrunda 
mübarizə  aparır.  Bununla  belə  müasir  dövrdə  gənclər  bir  sıra  problemlərlə  üzləĢirlər. 
Gənclər  günü  MDB  məkanında  və  ġərqi  Avropa  ölkələri  arasında  ilk  dəfə  olaraq 
Azərbaycanda  keçirilib.  1996-cı  ildən  sonra  isə  bu  günü  bütün  MDB-də  geniĢ  Ģəkildə 
qeyd  edirlər.  Dünyadakı  əmək  qüvvəsinin  dörddə  birini  gənclərin  təĢkil  etdiyi  müasir 
dövrdə  iĢsizlərin  yarısı  məhz  onların  payına  düĢür.  Əmək  bazarları  gənclərin  yaxĢı 
perspektivli iĢlərlə təmin etməkdə böyük çətinlik çəkir. Hazırda dünyada 25 yaĢa qədər 
olan  3  milyard  insan  var.  Gənclərlə  bağlı  digər  mühüm  sənəd  2002-ci  ilin  9  aprelində 
qəbul  edilən  ―Gənclər  siyasəti  haqqında‖  qanundur.  Bu  qanun  Azərbaycan 
Respublikasında gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təĢkilati-hüquqi 
əsaslarını  müəyyən  edir,  bu  sahədə  yaranan  münasibətləri  tənzimləyir.  Ümummilli 
liderimiz  Heydər  Əliyevin  dediyi  kimi,  Azərbaycan  gəncləri  ―Sağlam  düĢüncəli 
gənclərdir,  vətənpərvər  gənclərdir,  xalqını,  millətini  sevən  gənclərdir.‖  Inanırıq  ki,  bu 
gənclik  böyük  azərbaycanlı  Heydər  Əliyevin  ideyalarını  ölkəmizin  baĢçısı  Ġlham 
Əliyevin  rəhbərliyi  altında  gerçəkləĢdirəcək,  inkiĢaf  etdirəcək  daha  iĢıqlı  gələcəyə 
aparacaq.  
 
 
 
 
 
 
 
 
 


285 
 
12.Azərbaycan Konstitusiya günü 
 
“Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın konstitusiyasıdır. 
Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.” 
                                                                                                    
Ulu öndər Heydər Əliyev 
Azərbaycan 
Respublikasının 
Konstitusiya 
günü- 
Azərbaycan Respublikasının əsas qanununun Azərbaycan 
Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün 
Hazırkı  Konstitusiya  12  noyabr  1995-ci  ildə  ümumxalq 
referendumu  əsasında  qəbul  edilmiĢdir.  Bu  Azərbaycan 
Respublikasının  müstəqilliyi  bərpa  edildikdən  sonra  ilk 
Konstitusiyası idi.
 
Konstitusiya  (lat.  constitutio  -  "quruluĢ")  -
ölkənin  əsas  sənədi,  dövlətin  ali  hüquqi  qüvvəyə  malik 
hüquqi-normativ  aktı,  dövlətin  siyasi,  hüquqi  və  iqtisadi 
əsaslarını  və  vətəndaĢın  hüquqi  statusunu  müəyyən  edir.
 
Azərbaycanın  dövlətinin  birinci  Konstitusiyası  1921-ci  il  mayın  19-da  I 
Ümumazərbaycan 
Sovetlər 
Qurultayında 
qəbul 
edilib. 
Azərbaycan 
SSR 
Konstitusiyasının  1921-ci  il  SSRĠ  Konstitusiyasına  uyğunlaĢdırılmıĢ  yeni  redaksiyası 
1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan  Sovetlər  Qurultayında  qəbul  edilib. 
Azərbaycan  SSR-nin  1978-ci  il  aprelin  21-də  qəbul  edilmiĢ  son  Konstitusiyası  SSRĠ 
Konstitusiyasına  uyğunlaĢdırılmıĢ  olsa  da  müəyyən  özünəməxsusluğa  malik  idi. 
Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  yeni  Konstitusiya  layihəsi 
üzərində  ciddi  iĢ  baĢlandı.  1994-cü  ildə  Prezident  Heydər  Əliyev  sədrliyi  ilə 
Konstitusiya  komissiyası  fəaliyyətə  baĢladı  və  layihə  1995-ci  ildə  ümumxalq 
müzakirəsinə  verildi.  1995-ci  il  noyabrın  12-də  ümumxalq  referendumu  ilə 
Azərbaycanın  Respublikasının  ilk  Konstitusiyası  qəbul  olundu.  Azərbaycanın  yeni 
Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk 
əlavə və dəyiĢiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyiĢikliklər isə 18 mart 2009-
cu  ildə  referendum  yolu  ilə  edilib.  1996-cı  il  fevralın  6-da  Prezident  Heydər  Əliyevin 
sərəncamı ilə 12 noyabr Konstitusiya günü elan edilmiĢdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə