Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə105/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   101   102   103   104   105   106   107   108   ...   121

286 
 
 
13. Beynəlxalq Korlar günü  
 
13  noyabr  1745-ci  ildə  anadan  olmuĢ  görkəmli 
fransız pedaqoqu Valentin Hayuinin Ģərəfinə bir 
çox  Avropa  ölkələri  13  noyabr  tarixini 
―Beynəlxalq  Korlar  Günü‖  kimi  qeyd  etməklə 
mövcud  ictimayyətin,  dövlət  qurumlarının  və 
vətəndaĢ  cəmiyyətinin  diqqətini  görmə  qüsurlu 
insanların  problemlərinə  və  onların  inteqrasiya 
məsələlərinə  cəlb  etmiĢlər.  BirləĢmiĢ  Millətlər 
TəĢkilatı  və  Dünya  Səhiyyə  təĢkilatının 
tövsiyəsi ilə 13 noyabr Ümumdünya gözdən əlillər günü kimi qeyd edilir. Ümumdünya 
Səhiyyə  TəĢkilatının  statistik  göstəricilərinə  əsasən  dünya  əhalisinin  160  milyonu 
gözdən  əlildir.  Azərbaycanda  da  beynəlxalq  təcrübədə  olduğu  kimi  aidiyyatı  dövlət 
orqanları  tərəfindən  gözdən  əlil  insanların  sosial  müdafiəsinə,  onların  təhsil,  səhiyyə, 
idman, məĢğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət 
yetirilir.  5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika UĢaq Kitabxanasında Gənc 
Ana  və  UĢaqların    Maarifləndirilməsi  Ġctimai  Birliyi,  Azərbaycan  Respublikası 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
bilavasitə  maliyyə  və  texniki  dəstəyi  və  TĠKA-nın  Bakı  Ofisinin  əməkdaĢlığı 
çərçivəsində  görmə  qabilliyyəti  zəif  və  məhdud  uĢaqlar  üçün  Dil  kursları  və 
Ġnformasiya  Mərkəzi  açılmıĢdır.  Son  illər  ölkəmizdə  xüsusi  qayğıya  ehtiyacı  olan 
insanlara  dövlət  tərəfindən  daha  çox  diqqət  artırılıb.  Ölkə  baĢçısının  imzaladığı 
sərəncamlar  bu  təbəqədən  olan  insanların  həyat  Ģəraitinin  yaxĢılaĢmasında  və  onların 
cəmiyyətə  inteqrasiyasında  əhəmiyyətli  rol  oynayır.  Həmçinin,  bu  insanları  öz 
sıralarında  birləĢdirən,  onların  problemlərini  iĢıqlandırıb,  həllinə  çalıĢan  ictimai 
təĢkilatların da fəaliyyətləri üçün geniĢ imkan yaranıb.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


287 
 
16.YUNESKO-nun yaranmasının 70 illiyi (1946) 
16  noyabr  BMT-nin  humanitar  sahə  üzrə 
ixtisaslaĢmıĢ təĢkilatı olan YUNESKO-nun təsis 
edildiyi  gündür.  Bu  qurumun  yaranması 
haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da 
Londonda  imzalanmıĢ,  bir  il  sonra  1946-cı  il 
noyabrın  4-də  isə  20  üzv  dövlətdən  ibarət 
təĢkilat  rəsmi  fəaliyyətə  baĢlamıĢdır.  Hazırda 
195 
dövlət 
YUNESKO-nun 
üzvüdür. 
YUNESKO-Azərbaycan  əlaqələrinin  inkiĢafında 
ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya 
ilk  rəsmi  səfəri  zamanı  qurumun  Parisdə  yerləĢən  mənzil-qərargahında  baĢ  direktor 
Federiko Mayorla görüĢü zamanı atılmıĢdır. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-
cü  il  tarixli  Sərəncamı  ilə  Azərbaycan  Respublikasının  YUNESKO  üzrə  Milli 
Komissiyası yaradılmıĢdır. 2005-ci il sentyabrın 15-də isə Prezident Ġlham Əliyev Milli 
Komissiya  ilə  bağlı  əlavə  tədbirlər  haqqında  Sərəncam  imzalamıĢdır.  Azərbaycanla 
YUNESKO  arasında  hazırda  sıx  əlaqələr  mövcuddur.  Azərbaycanın  birinci  xanımı, 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  Azərbaycan-YUNESKO 
münasibətlərinin  inkiĢafında  və  möhkəmlənməsində  məxsusi  xidmətləri  vardır. 
Ölkəmizin mədəni irsinin təbliği, onun mili və regional səviyyədə mühafizəsinin təmin 
olunması sahəsində gördüyü əvəzsiz iĢlər buna sübutdur. Ġndiyədək YUNESKO ilə elm, 
təhsil,  mədəniyyət  sahəsində  əməkdaĢlığın  inkiĢafı  üçün  mühüm  sənədlər  imzalanmıĢ, 
tədbirlər  həyata  keçirilmiĢdir.  Mehriban  xanım  Əliyevanın  ciddi  səyləri  nəticəsində 
Azərbaycan muğamı YUNESKO tərəfindən bəĢəriyyətin qeyri-  maddi irsinin Ģah  əsəri 
elan edilmiĢ, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmıĢ, 
ĠçəriĢəhər  Qoruğu  YUNESKO-nun  təhlükədə  olan  ümumdünya  irs  siyahısından 
çıxarılmıĢdır. AĢıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni 
irs  siyahısında  özünə  yer  almıĢdır.  Təsadüfi  deyil  ki,  2004-cü  ilin  sentyabrında 
Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkiĢafına verdiyi 
töhfələrə,  musiqi  təhsili  və  dünya  mədəniyyətlərinin  mübadiləsi  sahəsindəki 
xidmətlərinə  və  YUNESKO-nun  ideyalarına  sadiqliyinə  görə  bu  təĢkilatın  xoĢməramlı 
səfiri adına layiq görülmüĢdür. Mehriban xanım Əliyevanın təĢəbbüsü ilə Azərbaycanın 
ənənəvi  klassik  musiqisini  dünya  miqyasında  tanıtmaq  məqsədilə  Bakıda  Beynəlxalq 
Muğam Mərkəzi tikilərək istifadəyə verilmiĢdir. 2009-cu ilin martında Azərbaycanda I 
Beynəlxalq  Muğam  festivalı  keçirilmiĢdir.  YUNESKO-nun  baĢ  direktoru  KoiĢiro 
Matsura  bu  münasibətlə  ölkəmizə  səfər  etmiĢdir.  Dünyada  savadlılığın  dəstəklənməsi 
üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 2008-ci ilin mayında baĢ tutan 
―Avropada  subregional  çərçivədə  savadlılıq  problemlərinə  baxıĢ:  tərəfdaĢlıq 
əlaqələrinin  qurulması  və  innovativ  yanaĢmaların  tədbiqinə  dəstək‖,  həmin  ilin 
iyununda  keçirilən  ―Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  geniĢləndirilməsi‖ 
və  digər  tədbirlər  bu  mərama  xidmət  edir.  Azərbaycanın  görkəmli  Ģəxsiyyətlərinin  və 
əlamətdar  hadisələrin  yubileylərinin  YUNESKO  çərçivəsində  qeyd  edilməsi  də  bu 
qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər.  


288 
 
 
16. Beynəlxalq Tolerantlıq günü 
 
“Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın 
hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.” 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
 
16  noyabr  tolerantlıq  günüdür.  Beynəlxalq 
Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 
illiyi  münasibətilə  təsis  edilib.  Məqsəd  qurumun 
da nizamnaməsində qeyd olunduğu kimi, dünyada 
hamını  bir-birinə  dözümlülük  nümayiĢ  etdirərək 
mehriban  qonĢular  kimi  yaĢamağa  çağırıĢdır. 
Azərbaycan  indi  bütün  dünyada  həm  də 
tolerantlıq  örnəyi  kimi  tanınır.  Ulu  öndər  Heydər  Əliyevin  ölkəmizdə  tolerantlığın 
qorunub  saxlanılması  istiqamətində  həyata  keçirdiyi  tədbirlər  Azərbaycanı  müxtəlif 
milli  və  mədəni  dəyərlərin  qovuĢma  müstəvisinə  çevirib.  Azərbaycan  indi  dünyanın 
nadir  ölkələrindəndir  ki,  burada  bütün  millətlər,  bütün  xalqlar,  bütün  dinlərin 
nümayəndələri  bir  ailə  kimi  yaĢayır.  Ölkəmizdə  dini  və  milli  dözümlülük,  tolerantlıq 
yüksək səviyyədədir. Prezident Ġlham Əliyevin dindarlarla keçirdiyi görüĢlər, Ramazan 
bayramlarında  ənənəvi  olaraq  din  xadimləri  ilə  iftar  süfrələrində  birgə  iĢtirakı  və  bu 
mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması 
ölkədə  tolerant  düĢüncənin  artıq  tam  bərqərar  olduğunu  göstərir.  Dövlətin 
gücünü   əhalinin  çoxmillətli  olmasında,  müxtəlif  dinlərin,  mədəniyyətlərin  və 
sivilizasiyaların birgə yaĢayıĢında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir 
ki,  tolerantlıq  Azərbaycan  xalqının  ruhundadır.  Xalqlararası  və  mədəniyyətlərarası 
dialoqu  inkiĢaf  etdirmək,  ona  dəstək  vermək,  bütün  insanların  gələcəyi  naminə 
mədəniyyətlərin və dinlərin qarĢılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin 
mühüm  tərkib  hissəsidir.  Tolerantlıq  insanlar  və  icmalar  arasında  qarĢılıqlı  hörmətin 
bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati 
əhəmiyyət  kəsb  edir.  Bu  bir  məziyyət,  mənəvi  keyfiyyətdir,  lakin  hər  Ģeydən  əvvəl 
tolerantlıq bir əməldir – baĢqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi 
deyil,  dialoq  və  anlaĢmaya  dəvət  kimi  qəbul  etməkdir.  Bəli,  Tolerantlıq  insanlar 
arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə 
cavab verir. Tolerantlıq BirləĢmiĢ Millətlər TəĢkilatının məğzini təĢkil edir. Tolerantlıq 
öz-özünə  meydana  gəlmir.  O,  öyrədilməli,  yetiĢdirilməli  və  baĢqalarına  ötürülməlidir. 
Vahid  bəĢəriyyət  insan  müxtəlifliyinin  möhtəĢəm  zənginliklərinə  qarĢılıqlı  hörmət 
əsasında birlikdə yaĢamaq və birgə iĢləmək deməkdir. 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə