Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə103/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   99   100   101   102   103   104   105   106   ...   121

280 
 
Noyabr 
Əlamətdar tarixi günlər və bayramlar 
Televiziya və radio günü 06.11.1926 
Bakı Metropoliteni iĢçilərinin peĢə bayramı 08.11.1932 
Dövlət bayrağı günü 09.11.2005 
Ümumdünya Gənclər günü 10.11 
Konstitusiya günü 12.11.1995 
Beynəlxalq korlar günü13.11.1745  
Beynəlxalq Tolerantlıq günü 16.11.1995 
DirçəliĢ günü 17.11.1988 
Ümumdünya fəlsəfə günü.19.11.2002  
Beynəlxalq UĢaq Hüquqlarının Müdafiəsi günü 20.11.1989 
Dünya televiziya günü 21.11.1999 
Beynəlxalq Ġnformasiya günü  30.11 
Yubilyar yazıçı və şairlər 
ġair Tofiq Mahmudun 85 illiyi (06.11.1931-04.04.1997) 
ġair BalaĢ Azəroğlunun 95 illiyi (07.11.1921-24.04.2011) 
ġair Ġbrahim Göyçaylının 80 illiyi (12.11.1936-24.02.2007) 
Yazıçı, ədəbiyyatĢünas AqĢin Babayevin 80 illiyi (23.11.1936) 
ƏdəbiyyatĢünas, tənqidçi Əli Nazimin 110 illiyi  (24.11.1906-1941) 
Xarici ədəbiyyat 
Rus Ģairi, alim, rəssam M.V.Lomonosovun 305 illiyi  (19.11.1711-1765) 
İncəsənət 
Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


281 
 
Əlamətdar tarixi günlər və bayramlar 
 
6.  Televiziya və Radio günü 
“Qarabağ  müharibəsi  dövründə  Azərbaycan  həqiqətlərini  beynəlxalq  arenaya 
çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur.”  
                                                                                                                Ulu öndər Heydər Əliyev 
 
Azərbaycanda hər il 6 noyabr - Radio və 
Televiziya ĠĢçilərinin peĢə bayramı günü 
kimi qeyd olunur. 1926-cı il noyabrın 6-
da 
Azərbaycan 
radiosu 
fəaliyyətə 
baĢlayıb  və  o  gündən  sözügedən  tarix 
radio iĢçilərinin peĢə bayramı günü kimi 
qeyd  olunur.  Azərbaycan  Televiziyası 
yaranandan 
sonra 
bu 
tarix 
təkcə 
radionun  deyil,  həm  də  teleradionun 
yaranma günü kimi qeyd olunmağa baĢlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı 
ilin  14  fevralında  efirə  çıxıb.  Ġlk  veriliĢ  günü  ekranda  mərhum  sənətkarımız  Nəcibə 
Məlikova görünüb və çıxıĢına ―Göstərir Bakı‖ kəlməsilə baĢlayıb. Həmin gün ekranda 
«Bəxtiyar»  bədii  filmi  göstərilib.  60  il  əvvəl  Zaqafqaziya  ölkələri  arasında  ilk  dəfə 
Bakıda  ağ-qara  rəngdə  göstərən  televiziya  fəaliyyətə  baĢlayıb.  Bu  gün  Azərbaycanda 
televiziyanın  yaranmasından  90  il  ötür.  1956-cı  il  fevralın  14-də  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  veriliĢləri  Qapalı  Səhmdar  Cəmiyyəti,  yəni,  AzTV  yayıma 
baĢlayıb.  Yenicə  yayıma  baĢlayan  televiziya  ilk  vaxtlar  yalnız  Bakı  və  Sumqayıtda 
göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi geniĢlənib, Salyan, Quba, Kürdəmir və 
baĢqa  rayonlarda  da  TV-ni  seyr  etmək  mümkün  olub.  Bütün  rayonlara  yayımın 
gecikməsi  isə  həmin  vaxt  teleqüllənin  istifadəyə  verilməməsi  ilə  bağlı  idi.  Sonralar 
istifadəyə  verilən  teleqüllə  cəmiyyət  üçün  yenilik  oldu  və  Azərbaycanda  televiziyanın 
simvoluna  çevrildi.  Hündürlüyü  180  metr  olan  teleqüllə  artıq  yoxdur.  Yeni  televiziya 
qülləsi  inĢa  edildikdən  sonra  köhnəsi  hissə-hissə  söküldü.  Dövlət  televiziyası 
Azərbaycan  teleməkanına  texniki  uğurlarla  yanaĢı  yaradıcılıq,  telejurnalistikanın 
inkiĢafı  baxımından  da  yeniliklər  gətirib.  Sovet  dövründə  dövlət  televiziyası 
Azərbaycan  dilinin  təbiliğində  əvəzsiz  rol  oynayıb.  Azərbaycanın  ilk  elektron  mətbu 
orqanı müstəqillik illərində də ciddi iĢlər görüb.  
 
 
 
 
 
 
 
 


282 
 
8. Bakı Metropoliteni işçilərinin peşə bayramı  
 
 Noyabrın  8-i  Bakı  Metropoliteni  iĢçilərinin 
peĢə  bayramı  günü  kimi  qeyd  olunur.  Hələ 
1932-ci  ildə  Bakı  Ģəhərinin  inkiĢafının  baĢ 
planının 
ilkin 
variantlarında 
yerüstü 
nəqliyyatın  iĢini  yüngülləĢdirmək  və  Ģəhərin 
darısqal  küçələrini  tramvay,  trolleybus  və 
avtobus  nəqliyyatından  təmizləmək  üçün  ən 
sürətli  və  rahat  nəqliyyat  növünün  - 
metropolitenin  tikintisi  qərara  alınmıĢdı. 
Lakin  bir  qədər  sonra  baĢlanan  1941-1945-ci 
illər  müharibəsi  həmin  niyyətlərin  həyata 
keçməsinə  mane  oldu.  Yalnız  1947-ci  ildə,  dağıdıcı  müharibədən  2  il  sonra  hökumət 
layihə-axtarıĢ  iĢlərinin  aparılmasının  baĢlanması  barədə  qərar  qəbul  etdi.  1949-cu  ildə 
metropolitenin  tikinti  bazasının  yaradılmasına,  1954-ci  ildə  isə  birinci  xəttin  texniki 
layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inĢasına baĢlanır. BaĢ 
yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb 
gedirdi.  1953-cü  ildə  tikinti  iĢləri  müvəqqəti  dayandırılır  və  yalnız  1960-cı  ildə  bərpa 
olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə 
Bakı  Metropoliteni  Ġdarəsi  yaradılır.  1967-ci  il  noyabrın  6-da  Bakı  Ģəhərində 
metropolitenin  5  stansiyası  fəaliyyət  göstərirdi.  1967-ci  il  noyabrın  25-dən 
metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti baĢlandı. Hazırda Bakı 
Metropoliteninin 23 stansiyası vardır - ―Həzi Aslanov‖, ―Əhmədli‖, ―Xalqlar dostluğu‖, 
―Neftçilər‖,  ―Qara  Qarayev‖,  ―Koroğlu‖,  ―Ulduz‖,  ―Bakmil‖,  ―N.Nərimanov‖, 
―Gənclik‖,  ―C.Cabbarlı‖,  ―Xətai‖,  ―28  may‖,  ―Nizami‖,  ―Emlər  Akademiyası‖, 
―ĠnĢaatçılar‖, ―20 Yanvar‖, ―Memar Əcəmi‖, ―Sahil‖, ―ĠçəriĢəhər‖, ―Nəsimi‖, ―Azadlıq 
prospekti‖  və  ―Dərnəgül‖.  Bu  stansityalardan  14-ü  ulu  öndər  Heydər  Əliyevin  Bakı 
metrosuna  böyük  diqqət  və  qayğısı  sayəsində  tikilərək  istifadəyə  verilmiĢdir.  Ulu 
öndərin  daxili  və  xarici  siyasətini  uğurla  davam  etdirən  Prezident  Ġlham  Əliyev  də 
Metropolitenə  daim  diqqət  və  qayğı  ilə  yanaĢır.  Məhz  dövlətimizin  baĢçısının  beĢ  il 
öncə  imzaladığı  Sərəncam  əsasında  8  noyabr  Bakı  Metropoliteni  iĢçilərinin  peĢə 
bayramı günü kimi təsdiq olunmuĢdur.  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə