Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Milli qəhrəmanlıq zirvəsi



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə102/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   98   99   100   101   102   103   104   105   ...   121

277 
 
Milli qəhrəmanlıq zirvəsi 
8. Nəsibov Kamil Balədə oğlunun 70 illiyi 
 
Nəsibov 
Kamil 
Balədə 
oğlu — Azərbaycanın 
Milli 
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
Azərbaycan  Respublikası  Prezidentinin 5  fevral 1993-cü  il 
tarixli  457  saylı  fərmanı  ilə  Nəsibov  Kamil  Balədə  oğluna 
ölümündən  sonra  "Azərbaycanın  Milli  Qəhrəmanı"  adı 
verilmişdir.  
 
 
8  oktyabr 1946-cı  ildə Laçın  rayonunun Bozlu kəndində  anadan 
olmuĢdur. 1963-cü  ildə  orta  məktəbi Minkənd kəndində  bitirmiĢ  və  ordu  sıralarına 
çağırılmıĢdır.  Üç  ildən  sonra  ordudan  tərxis  edilərək  vətənə  qayıtmıĢ,  1973-cü  ildə 
Azərbaycan  Politexnik  Ġnstitutuna  daxil  olmuĢdur.  1992-ci  ildə Laçın erməni  silahlı 
dəstələrinin  hücumlarına  məruz  qaldığı  zaman  Kamil  könüllülərdən  ibarət 
özünümüdafiə  bölüyü  yaratmıĢ  və  özünün  komandir  olduğu  30  nəfərdən  ibarət  bu 
bölük Sadınlar, Malıbəyli, Xanallar,Suarası kəndlərinin  müdafiəsində  böyük  rəĢadət 
göstərmiĢdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı 
döyüĢlərdən  birində  Kamil  Nəsibov  snayper  gülləsidən  ağır  yaralanmıĢ,  döyüĢçü 
dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüĢ 
meydanını  tərk  etməmiĢ  və  nəticədə  çoxlu  qan  itirərək    həlak  olmuĢdur.    Kamil  
Nəsibov  ailəli  idi,  dörd  övladı  var.  Ağcabədi rayonunda  dəfn  edilmiĢdir. 
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daĢıyır. 
 
 
Vətəni sevmək azdır, 
Onu qorumaq gərək. 
Vətənim demək azdır, 
Vətənin olmaq gərək. 
Onun adi torpağı, 
Ruhdan, candan irəli… 
O, anandan qabaqdır, 
O, atandan irəli… 
                                                                                                           Cabir Novruz 
 
 
 
 
 
 
 
 


278 
 
17. Bayramov Sultanağa Nəhmət oğlu
 
80 illiyi  (17.10.1936-23.08.1993) 
 
Soltanağa Bayramov (ö. 23 avqust 1993-cü il.)— 
Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, 
suverenliyimiz uğrunda ömrünü qurban 
verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 
 
 
 
Sultanağa  Bayramov  17  oktyabr   1936-cı  ildə  Lənkəran rayonunun  ġürük  kəndində 
anadan olmuĢdur. Orta təhsilini Astara rayonunda almıĢdır. 1957-ciildə Lənkəranda tibb 
məktəbini  bitirmiĢdir.  Daha  sonra  təyinatla  hərbi  hospitalda  iĢə  baĢlamıĢdır.
 
1990-cı 
illər  vətənin  çətin  günləri  idi.  Erməni  separatçıları  müəyyən  adamları  öz  əlaltılarına 
çevirərək  Azərbaycanı  parçalamq  istəyirdilər.  Vətəninə,  xalqına  xəyanət  edən  ―TalıĢ 
Muğan  Respublikası‖  yaratmaq  xülyası  ilə  yaĢayan  bir  qrup  silahlı  1993-cü  ildə 
Sultanağa  Bayramov  çalıĢdığı hospitala basqın edir. Soltanağa burada faciəli Ģəkildə 
həlak olur. Lənkəran Ģəhərinin ġəhidlər xiyabanında dəfn olunmuĢdur. Ailəli idi, dörd 
övladı var. 
Azərbaycan Respubliksaı prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı 
fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna öıümündən sonra ―Azərbaycanın 
Milli Qəhrəmanı‖ adına layiq görülmüşdür. 
 
Qəhrəmanlıq nə yalnız 
bir yüksəliş deməkdir. 
                                                  Nə də ulduzlar  kimi 
parlayıb sönməməkdir. 
Sızlarsa da könüllər 
Şəhidlərin yasından, 
onların arxasından. 
Qəhrəmanlıq-içərək 
acı ölüm tasından, 
irəliyə atılmaq və 
sonra dönməməkdir! 
  
                                                                            
Nihal Atsız 
 
 
 
 


279 
 
27.Makeyev İqor Vladimiroviç  45 illiyi   (27.10.1971-02.08.1992) 
 
 
İqor Makeyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi. 
Ġqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə Ģəhərində anadan 
olmuĢdur. 1979-cu  ildə  39  saylı  məktəbə  getmiĢ, 1987-ci  ildə 
səkkizinci sinfi bitirmiĢdir. 1990-cı ildə hərbi xidmətə çağırılan 
Ġqor  əvvəlcə Bakıda,  sonra  isə  Rusiyanın Rostov vilayətində 
xidmət edir və burada çavuĢ məktəbində təhsil alır. 
Azərbaycanda baĢ verən hadisələr Ġqoru narahat edirdi o, 
təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəliĢinə etiraz edəndə o
demiĢdi : "Ana, məni düzgün baĢa düĢ! Mən Azərbaycanda dünyaya göz açmıĢam, ilk 
addımlarımı bu torpaqda atmıĢam. Bura mənim vətənimdir. Özümü də bu torpağın 
övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri 
gəlsə onun yolunda canımı da fəda edərəm!" Ġqor Makeyev belə də etdi... O, evdən 
xəbərsiz Bakıya gəlir, Daxili  ĠĢlər  Nazirliyinin  qoĢunlarından  birinə yazılır, bununla 
da onun cəbhə həyatı baĢlayır. 1992-ci il 5 iyun  tarixində ermənilər Naxçıvanlı kəndinə 
hücuma keçirlər. Ġqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi 
tutsalar da döyüĢçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda 
gedən döyüĢlərdə də o rəĢadətlə vuruĢdu. Ġqorun son döyüĢü 2 avqust 1992-ci il oldu.  
"VıĢka" yüksəkliyi uğrunda gedən döyüĢdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə 
pulemyotla ön cərgədə gedərək onlarla erməni quldurunu məhv etdi, 28 nəfərin 
mühasirədən çıxmasına imkan yaratdı. Özü isə qəhrəmancasına həlak oldu. Subay idi. 
Gəncə Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilmiĢdir. Sadıllı qəsəbəsində 
qəhrəmanımızın adına küçə var. 
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı 
fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür. 
 
Bu vətən, bu torpaq mənimdi deyib 
Üstündə vüqarla gəzdi şəhidlər. 
Əyninə qanından bir köynək geyib 
Düşmənin yolunu kəsdi Şəhidlər. 
                                                                                      Dursun Musayeva  
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə