Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə107/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   103   104   105   106   107   108   109   110   ...   121

292 
 
21. Dünya televiziya günü 
 
1999  -  cu  ilin  mart  ayında  BirləĢmiĢ  Millətlər 
TəĢkilatının  aldığı  qərara  əsasən    21  noyabr  Dünya 
televiziya  günü  kimi  qeyd  olunur.  Ġstər  dünyada 
istərsə  də  ölkəmizdə  aparılan  araĢdırmalar  göstərir 
ki,  uĢaqların Ģəxsiyyətinin formalaĢmasında, həyata 
keçirdiyi  uğurlarda  televiziyanın  rolu  böyükdür. 
Bəli, televiziya xəbər, əyləncə və  düĢüncələri ifadə 
etmək üçün ən gözəl vasitədir.  
 
 
 
 
 
30. Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 
 
Beynəlxalq Ġnformasiya Təhlükəsizliyi Günü artıq 28 
ildir  ki,  dünyada  qeyd  olunur.  Məqsəd  kompyuterdə 
saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu 
sahədə  mövcud  olan  müxtəlif  problemlərin    həllinin 
önəmliyini 
istifadəçilərin, 
proqram 
vasitələri 
istehsalçılarının,  o  cümlədən  ictimaiyyətin  diqqətinə 
çatdırmaqdır. 1988-ci il noyabr ayının 30-da ―Morris 
soxulcanı‖  adlanan  ilk  kompyuter  virusu  elmi-
tədqiqat  institutları,  hərbi  idarələr, hətta  Pentaqon  da 
daxil olmaqla, ARPANET-in minlərlə qovĢağının fəaliyyətini iflic vəziyyətinə saldı. Ġlk 
kompyuter  virusunun  vurduğu  ziyan  isə  təxminən  100  milyon  dollar  dəyərində 
qiymətləndirilirdi.    Bu  hadisə  bəĢəriyyətin  kompyuter  təhlükəsizliyi  haqqında 
təsəvvürlərini dəyiĢdi.  Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin 
təmini  məsələlərinə  kompleks  yanaĢmanın  zəruriliyi  haqqında  ciddi  düĢünməyə 
baĢladılar.    Müəllifinin  adı  ilə  adlandırılan  bu  virusun  yaradıcısı  –  Robert  Morris 
proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu iĢdə əli olduğunu 
çətin  ki,  kimsə  sübut  edə  bilərdi.  Onun  məqsədi  isə  sırf  tədqiqat  xarakteri  daĢıyırdı.  
Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompyuter üzrə eksperti isə hesab edirdi 
ki,  oğlu  tutduğu  əməlini  etiraf  etməlidir.  R.Morrisi  5  ilədək  azadlıqdan  məhrumetmə 
cəzası  gözləyirdi.  Lakin  məhkəmə  Kornell  Universitetinin  ―Hesablama  texnikası‖ 
fakültəsinin  aspirantına  güzəĢt  edərək,  ―alim‖ə  üç  il  Ģərti  cəza  kəsdi.  Həmin  ildə 
Kompyuter  Avadanlığı  üzrə  Amerika  Assosiasiyası  30  noyabr    tarixini  Beynəlxalq 
Ġnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan etdi.  
 
 
 
 


293 
 
     Yubilyar yazıçı və şairlər 
6.Şair Tofiq Mahmudun anadan olmasının 85 illiyi (06.11.1931-04.04.1997) 
 
Mehdiyev Tofiq Mahmud oğlu - şair, nasir, tərcüməçi, 
publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984) 
Tofiq  Mahmud  1931-ci  il  noyabrın  6-da  Naxçıvan  MR 
ġahbuz rayonunda anadan olmuĢdur.  Orta təhsili Bakıda 31 
saylı 
məktəbdə  almıĢ,  sonra 
Azərbaycan 
Dövlət 
Universitetinin filologiya fakültəsini bitirmiĢdir (1949-1954). 
Əmək  fəaliyyətinə  Azərbaycan  Mədəniyyət  Nazirliyinin 
mədəni-maarif  müəssisələri  idarəsində  metodiki  kabinetin  metodisti  kimi  baĢlamıĢ 
(1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), 
"Göyərçin" jurnalı redaksiyasında ədəbi iĢçi olmuĢdur (1961). Ġlk Ģeiri "Kəsməsəm də, 
görməsəm də" 1953-cü ildə "Ġnqilab və mədəniyyət" jurnalında dərc olunmuĢdur. 1976-
cı  ildən  "Göyərçin"  jurnalının  redaktoru  vəzifəsində  iĢləmiĢdir.  Bədii  tərcümə  ilə  də 
məĢğul olmuĢdur. Onun tərcüməsində Xuta Berulavanın "QuĢ südü", Ġsabəy Ġshaqovun 
"Hər  Ģeyi  öyrənmək  istəyən"  kitabları  iĢıq  üzü  görmüĢdür.  Əsərləri  xarici  ölkə 
xalqlarının dilinə tərcümə olunmuĢdur. Azərbaycan Respublikası UĢaq Fondunun Bakı 
Ģöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuĢdur (1989-cu ildən). Azərbaycan 
Yazıçılar  Birliyi  uĢaq  və  gənclər  ədəbiyyatı  Ģurasının  sədri,  keçmiĢ  SSRĠ  Yazıçılar 
Ġttifaqı  uĢaq  və  gənclər  ədəbiyyatı  Ģurasının  üzvü  seçilmiĢdir.  Azərbaycan  Ali  Soveti 
Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiĢdir. Tofiq Mahmud 1997-ci il aprelin 
4-də Bakıda vəfat etmiĢdir. ġairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxĢı uĢaq 
Ģeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmiĢdir. 
Əsərləri:  ―Yola  çıxıram‖  (1959),  ―Mənim  kürəkənim‖  (1959),  ―Dibçək‖  (1962), 
―Buzovna  qayaları‖  (1963),  ―Utancaq  oğlan‖  (1964),  ―Açıqdır  pəncərəm‖  (1966), 
―Alpinistlər‖  (1967),  ―MeĢədə  səs‖  (1969),  ―Ana  qucağı‖  (1971),  ―Qızımın  sualları‖, 
―Dalğalar‖ (1976), ―Ulduzlar, düĢüncələr‖ (1977), ―Pəncərəyə toxunan budaq‖ (1978), 
―Kəpənək gözəlliyi‖ (1980), ―Məhəbbətim sirr deyil‖ (1981),‖Yerə dağılan muncuqlar‖ 
(1983), ―ġən Ģerlər‖(1983), ―Bu iĢıqla qalacağam‖ (1985), ―YağıĢ yağır dənizə‖ (1985), 
―Gecə qapı döyülür‖ (1988), ―Uzaqda ucalan dağlar‖ (1991) və s.  
 
 
 
 
 


294 
 
 
11.Şair Balaş Azəroğlunun anadan olmasının 95 illiyi (11.11.1921-24.04.2011) 
 
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, 
ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq 
şairi (1981).  Xidmətlərinə görə "Şərəf nişanı", "Xalqlar 
dostluğu" ordenləri ilə, "21 Azər", "Firdovsi" və digər 
medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət 
Heyətinin Fəxri fərmanı (1960, 1971),  1996-cı ildə "Şöhrət 
Ordeni" ilə təltif edilmişdir. 
 
BalaĢ  Azəroğlu  1921-ci  il  noyabrın  11-də  Bakı  Ģəhərində  anadan  olmuĢdur.  Orta 
təhsilini  də  burada  almıĢdır.  Məktəbdə  oxuyarkən  ədəbiyyata  böyük  həvəs  göstərərək, 
vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmiĢdir. Məktəbin ədəbiyyat müəllimi 
Cəfər  Rəmzi  bu  sahədə  ona  böyük  təsir  göstərmiĢ,  qəlbində  ədəbiyyata  olan  böyük 
sevgisini  də  o  yaratmıĢdır. Ġlk  mətbu  Ģeiri  "Dnepr"  1937-ci  ildə  Bakıda  çapdan 
çıxmıĢdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil Ģəhərinə köçdüklərindən 
burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoĢulur (1941). Bu da 
onun  yaradıcılığında  siyasi  lirikanın  ön  plana  keçməsində  mühüm  rol  oynamıĢdır. 
Ərdəbildə və  Təbrizdə  ilk  Ģeir  kitabları  (1943,  1945)  dərc  olunmuĢdur.  Bakıda  ADU-
nun fılologiya fakültəsində təhsil alır (1947-1952). Eyni zamanda, Cənubi Azərbaycan 
Yazıçılar  Cəmiyyətinin  sədri  vəzifəsində  çalıĢır.  ADF  MK-nın  orqanı  "Azərbaycan" 
qəzeti  redaksiyasında  ədəbi-bədii  Ģöbənin  müdiri  (1948-1953),  sonra  məsul  redaktor 
(1953-1956),  ADF  MK-da  təbliğat  Ģöbəsinin  müdiri  (1956-1958),  Azərbaycan  Ali 
Partiya  məktəbində  xüsusi  fakültənin  dekanı  (1958-1959)  iĢləyir.  Çoxcildlik 
―Azərbaycan  ədəbiyyatı‖nın  müəlliflərindən  biridir.  Farscadan  dilimizə  çevirdiyi 
Nizaminin ―Yeddi gözəl‖ poemasını, Füzulinin qəzəllərini çap etdirmiĢdir. ġəhriyardan 
tərcümələri  vardır.  Onun  ərəb  əlifbası  ilə  ―SeçilmiĢ  əsərləri‖  (1996,  Tehran) 
buraxılmıĢdır.  24 aprel 2011-ci ildə vəfat etmiĢdir. 
Əsərləri: ―ġeirlər‖ (1948), ―Savalan‖ (1949), ―Mübarizə yollarında‖ (1950),‖Gənclik 
dostlarım‖ (1950), ―Mənim nəğmələrim‖ (1952), ―Səhər Ģəfəqləri‖ (1953), ―Sənətin 
qüdrəti‖ (1955), ―SeçilmiĢ əsərləri‖ (1956), ―Çiçəklənən tarlalar‖ (1954), ―ĠtmiĢ qız 
haqqında dastan‖ (1957), ―Hafizin qəbri üstündə‖ (1959), ―SeçilmiĢ Ģerlər‖ (1959), 
―Əsərləri‖ (1961), ―Elə oğul istəyir vətən‖ (1961), ―Ġki dost‖  (1965), ―Məcnun söyüd‖ 
(1966), ―Savalan əfsanəsi‖ (1967), ―Dünənim, bu günüm, sabahım‖ (1970), ―Ġllərdən 
illərə‖ (1971), ―Yarpaqlar töküləndə‖ (1976), ―Gəl, ay bahar‖ (1983), ―Sinəm Savalan 
dağıdır‖ (1984), ―Bir kürsü istəyirəm‖ (1989), ―SeçilmiĢ əsərləri (iki cilddə)‖(1991) və 
s. 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə