Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə112/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   108   109   110   111   112   113   114   115   ...   121

304 
 
6.Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı 
 
Dekabrın  6-da  Azərbaycanda  rabitə  və 
informasiya  texnologiyaları  sahəsi  iĢçilərinin 
peĢə  bayramı  qeyd  edilir.  Bu  gün  Azərbaycan 
Respublikasının  Prezidenti  Ġlham  Əliyevin  2 
dekabr  2006-cı  il  tarixli  sərəncamı  ilə  təsis 
olunub. 

vaxtdan 
bütün 
respublikada 
rabitəçilər  və  informasiya  texnologiyaları 
sahəsinin  iĢçiləri  öz  peĢə  bayramlarını  qeyd 
edirlər. PeĢə  bayramının  məhz  bu  gündə  qeyd 
olunması  Azərbaycanda  ilk  telefon  xəttinin 
yaradılması  ilə  bağlıdır.  Belə  ki,  1881-ci  il  dekabrın  6-da  Bakıda  ―Nobel  qardaĢları‖ 
cəmiyyəti  tərəfindən  ilk  telefon  xətti  çəkilmiĢdir.  Azərbaycanda  rabitə  sahəsi 
Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevin  hakimiyyəti  illərində  xüsusilə  inkiĢaf 
etməyə  baĢlayıb.  Azərbaycanda  rabitə  sisteminin  əsas  inkiĢaf  dövrü  70-80-ci  illərə 
təsadüf  edir.  Həmin  illərdə  respublikaya  rəhbərlik  etmiĢ  Heydər  Əliyevin  bu  sahənin 
inkiĢaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniĢ Ģəkildə 
öz  əksini  tapır.  1976-cı  ildə  təkcə  Bakı  telefon  Ģəbəkəsinin  gücü  1927-ci  illə 
müqayisədə 20 dəfədən çox artmıĢ, telefon Azərbaycan əhalisinin məiĢətinin ayrılmaz 
hissəsinə  çevrilmiĢdir.  Həmin  illərdə  poçt,  teleqraf  və  teleradio  proqramlarının  yayımı 
sahələri  də  diqqətəlayiq  inkiĢaf  yolu  keçmiĢdir.  1979-cu  ildə  Heydər  Əliyevin  Ģəxsi 
rəhbərliyi  altında  yaradılmıĢ  komissiya  tərəfindən  Bakıda  -  köhnə  teleqüllənin 
yaxınlığında  tikilməsi  nəzərdə  tutulan  310  metrlik  Yeni  Teleqüllənin  layihəsi  təsdiq 
edildi və 1981-ci ildə obyektin tikintisinə baĢlandı. Buna baxmayaraq bir sıra obyektiv 
və  subyektiv  səbəblər  üzündən  Yeni  Teleqüllənin  istismara  verilməsi  ləngidilsə  də 
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı 
sayəsində xalqın istifadəsinə verildi. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə 
hakimiyyətə 
gəldikdən 
sonra 
Azərbaycanda 
informasiya 
kommunikasiya 
texnologiyaları  bölməsi  də      inkiĢaf  etməyə  baĢladı,   ölkədə  bu  yeni  sektorun  inkiĢafı 
prosesi sürətləndi, Azərbaycanın internet seqmenti geniĢləndi.  Azərbaycanda rabitə və 
informasiya-kommunikasiya  texnologiyaları  sektorunun  hazırkı  sürətli  inkiĢafı  birbaĢa 
ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti Ġlham Əliyevin Ģəxsi diqqəti 
və  qayğısı  nəticəsində  əldə  olunmuĢdur.  2012-ci  il  ərzində  Ġnformasiya 
Texnologiyalarının  ĠnkiĢafı  Dövlət  Fondunun,  Yüksək  Texnologiyalar  Parkının  və 
Elektron  Təhlükəsizlik  Mərkəzinin  yaradılması  haqqında  sənədlər  imzalanmıĢdır. 
Həmin  ilin  noyabrında  illik  Bakutel  sərgi-konfransı  ilə  yanaĢı,  Bakıda  dünya 
əhəmiyyətli  Ġnternet  Ġdarəçilik  Forumu  (IGF  2012)  da  keçirilmiĢdir.    Bütün  bunlar 
hökumət tərəfindən ĠKT bölməsinə böyük diqqətin yetirilməsini bir daha sübut edir.  
 
 
 
 


305 
 
7. Beynəlxalq Aviasiya günü 
1994-cü  ildə  Beynəlxalq  Mülki  Aviasiya  haqda 
Konvensiyanın  imzalanmasının  50  illiyi  ilə  əlaqədar 
olaraq 1996-cı ildə BMT BaĢ Assambleyası tərəfindən 
7  dekabr  tarixi  Beynəlxalq  Mülki  Aviasiya  Günü  elan 
olunub.  Bakıda  ilk  uçuĢ  1923-cü  ildə  həyata 
keçirilib. 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya 
qrupu  yaradılıb  ki,  bu  tarix  2006-cı  ildə  Azərbaycan 
Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan 
Mülki Aviasiya Günü kimi elan edilib.  Bakı Ģəhərinin 
üzərindən  ilk  təyyarə  20  oktyabr  1910-cu  il  tarixində 
uçub.  Sergey  Utoçkinin  idarə  etdiyi  uĢaqsayağı  yöndəmsiz  və  möhkəm  olmayan 
―Farman-4‖  sistemli  fransız  biplanı  heyrətdən  yerində  donmuĢ  tamaĢaçıların  baĢı 
üzərində bir neçə dairə vurub, sonra isə alqıĢlar altında yerə enib. Azərbaycanın aviasiya 
ilə ilk tanıĢlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması 
üçün  on  beĢ  il  tələb  olunub.  1923-cü  ildə  ―ZAKAVĠA‖  Zaqafqaziya  Mülki  Aviasiya 
Səhmdar  Cəmiyyəti  yaradılıb.  Artıq  1923-cü  ilin  aprel  ayında  ―Yunkers‖  təyyarəsində 
Bakı-Tiflis-Bakı  marĢrutu  ilə  uçuĢ  həyata  keçirilib,  iki  il  sonra  isə  KeĢlədə  aerodrom 
tikilib  və  mülki  ―Hava  stansiyası‖  yaradılıb.  1926-cı  ildə  Mineralnıye-Vodı–Qroznı–
Mahaçqala–Bakı–Yevlax–Tiflis marĢrutları üzrə müntəzəm uçuĢlar həyata keçirilməyə 
baĢlanıb. Sovet Ġttifaqı dağıldıqdan sonra mülki aviasiyaya 200 milyon dollardan yuxarı 
sərmayə qoyulub. Bu, aviaparkı müasir ―Boeing-757‖ təyyarələri ilə təkmilləĢdirməyə, 
uçuĢları  idarəetmə  vasitələrini  yeniləməyə,  iyirmiyədək  ixtisas  üzrə  kadrların 
hazırlanması sistemini yaratmağa və bu gün altmıĢdan yuxarı aviaĢirkətin təyyarələrini 
qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı Ģəhərində açılmasına imkan 
verib.  Növbəti  illərdə  ―Naxçıvan‖  beynəlxalq  hava  limanı,  ―Gəncə‖  beynəlxalq  hava 
limanı  və  ―Zabrat‖  hava  limanında  yeni  təyyarə  vağzalının  binası  istismara  verilib. 
2008-ci  ildə  ―Lənkəran‖  və  ―Zaqatala‖  beynəlxalq  hava  limanları  açıldı. 
Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-
Qəbələ marĢrutları üzrə uçuĢlar yerinə yetirir. ―Azərbaycan Hava Yolları‖ QSC Avropa, 
MDB, Yaxın ġərq və Asiya ölkələrinə sərniĢin daĢımaları həyata keçirir. 2014-cü ildə 
uzaq  uçuĢ  məsafəsinə  malik  olan  ―Boeing‖  təyyarələrinin  yeni  partiyası  alındıqdan 
sonra  ġimali  Amerika  və  Cənubi-ġərqi  Asiya  ölkələrinə  daimi  marĢrutların  açılması 
planlaĢdırılır. Ġndi ―Azərbaycan Hava Yolları‖ QSC Azərbaycanın Milli DaĢıyıcısı kimi 
Beynəlxalq  Hava  Nəqliyyatı  Assosiasiyasında  (ĠATA)  layiqli  yer  və  MDB  ölkələrinin 
aviaĢirkətləri  arasında  lider  mövqe  tutur.  ―Azərbaycan  Hava  Yolları‖  QSC  həm 
regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır. 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə