Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   9   10   11   12   13   14   15   16   17

 

                                                

 

38 



 

dərindən  nüfuz  edir,  sovet  dönəmində  yazıla-yazıla  sovet 

cəmiyyətinin iç üzünü açır.   

1990-cı  illərin  əvvəlləri...  Realist  romanlar  müəllifi  yenə  də 

gözlənilmədən  absurdlar  yazmağa  baĢlayır.  Oxucular  milli 

ədəbiyyatımızda  ilk  dəfə  olaraq  bu  janrla  rastlaĢırlar.  Həqiqi 

istedadın  bəhrəsi  olan  bu  absurdları  biz  Elçin  Əfəndiyevin 

yaradıcılığının üçüncü mərhələsinə keçid kimi qəbul edirik. Bu 

üçüncü  mərhələ  isə  absurdlardan  sonrakı  90-cı  illərdən 

baĢlayaraq  növbəti  dəfə,  tamamilə,  gözlənilmədən  meydana 

çıxan  ―Ah,  Paris,  Paris!...‖,  ―Mən  sənin  dayınam‖,  ―Mənim 

sevimli  dəlim‖,  ―Mənim  ərim  dəlidir‖  kimi  komediyalarla 

baĢlayır. Bu komediyalar tamaĢaçıların dərin rəğbətini qazanır, 

tənqid 


tərəfindən 

yüksək 


qiymətləndirilir, 

ölkəmizin 

sərhədlərini  aĢaraq  xaricdə  uğurla  tamaĢaya  qoyulur,  müxtəlif 

dillərə tərcümə edilir. 



Söhbətin  bu  yerində  Elçin  Əfəndiyevin  yazdığı  komediyalar  əsasında  çəkilmiş 

tamaşalardan fraqmentlər tədbir iştirakçılarına təqdim olunur. 

II Aparıcı:             Görkəmli tənqidçimiz YaĢar Qarayev yazırdı: ―Elçin Əfəndiyev 

dramaturgiyamızda  ilk  dəfə  olaraq  xaosun,  hərc  mərcliyin 

obrazını  yaradır!  Onların  əsasında  duran  mənəvi  -  əxlaqi, 

ideoloji stereotipə, normativ düĢüncə və rəftar tərzinə ən müasir

ayıq, oyaq ədəbi, estetik münasibət ifadə edir.‖ YaĢar Qarayev 

daha sonra, bu komediyaların mövzusundan bəhs edərək, onları 

―Elçinin  həyatda  və  səhnədə  yüksək  sənətkarlıqla  təsvir  etdiyi 

hadisələr‖  kimi  qiymətləndirir.  Eyni  zamanda,  2000-ci  illərdən 

baĢlayaraq  Elçinin  müasir  Azərbaycan  ədəbiyyatında  hadisəyə 

çevrilmiĢ  ―Pera  Palas‖  otelində,  ―Göy  üzünün  ulduzlu 

vaxtları...‖,  ‖Sarı  gəlin‖  ‖Araba‖,  ―Qarabağ  Ģikəstəsi‖  kimi 

hekayələri yazıçının yaradıcılığını baĢqa rakursdan iĢıqlandırdı.  

                               ―Bayraqdar‖  povesti    isə    müasir  ədəbiyyatımızın  XXI  əsrdəki 

bədii-estetik  xarakterinin  formalaĢma  prosesinin  baĢladığını 

göstərir.  Povestdə  mövzu  son  dərəcə  aktualdır.  Ermənistanın 

təcavüzü  nəticəsində  xalqımızın  düçar  olduğu  ağır  qaçqınlıq 

həyatı 


―Bayraqdar‖ 

povestində 

bütün 

çılpaqlığı 



ilə 

göstərilmiĢdir.  Bu  əsərdə  Elçin  Əfəndiyev  xalqımızın  baĢına 

gələn böyük faciəni dramatik səhnələrlə, canlı fraqmentlərlə əks 

etdirmiĢdir.  Yazıçının    özünəməxsus  bədii  təhkiyəsi,  sintaksisi 




 

                                                

 

39 



 

―Bayraqdar‖ povestində qabarıq nəzərə çarpır. Elçin Əfəndiyev 

Azərbaycan  ədəbiyyatının  sayca  az  nümayəndələrindən  biridir 

ki,  bir  abzas,  hətta  bir  cümlə  oxuduqda,  onun  müəllifliyini 

dərhal  müəyyən  etmək  olur.  Akademik  Məmməd  Arif  yazırdı: 

―Elçinin sadə və rəvan təhkiyəsində cəzbedici bir qüvvə vardır.‖ 

Bəli,  Elçin  Əfəndiyevin    bədii  sintaksisindəki  ―cəzbedici 

qüvvə‖  daha  da  inkiĢaf  etmiĢ,  milli  ədəbiyyatımızı 

zənginləĢdirən  sənətkarlıq  xüsusiyyətinə  çevrilmiĢdir.  Bu 

nöqteyi  nəzərdən  ―Bayraqdar‖povestinin  təhkiyə  dolğunluğu, 

eyni  zamanda  axıcılığı  oxucunu  ələ  alır.    ―Bayraqdar‖ın 

mövzusu  qaçqınların  faciəli  həyatından  götürülmüĢdür. 

Povestin əsl mövzusu böyük insani kədərdir. 

Kitabxananın fəal  oxucuları   “Bayraqdar”povestindən bir  parçanı  səhnələşdirib, 

iştirakçılara təqdim edirlər.  

I Aparıcı:     

Yazıçı povestdə  heç nəyi gizlətmir. Ağır həyat tərzinin  xırda 

detallarınacan  sənətkarlıqla  təsvir  edir.  Müəllifin  böyük 

nailiyyətidir  ki, qaçqın  həyatının  bu  cür  sərt  təsviri  qaçqınların 

güzəranına  acımaqdan  daha  çox,  oxucuda  təcavüzkara  qarĢı 

olduqca  güclü  nifrət  hissi  oyadır.  Hətta  öz-özlüyündə  erməni 

Arsenin obrazı da elə incə təsvir vasitələri ilə yaradılmıĢdır ki, 

təcavüzkara  nifrəti  daha  da  artırır.  Bu  povestdə  sırf  epizodik 

surət  yoxdur.  Müəllif  elə  situasiyalar  təsvir  etmiĢdir  ki,  surət 

canlı  xarakter  kimi  oxucunun  gözlərinin  qarĢısında  canlanır. 

Elçin bu sujetləri məharətlə bir yerə yığa bilmiĢ, tam, bütöv bir 

həyat parçasının bədii atributlarına çevirmiĢdir.  

II Aparıcı:    

Elçin  Əfəndiyevin    yaradıcılığında  ―yazıçı  yaddaĢı‖  güclü  bir 

faktordur.  Misal  üçün  yazıçının  həcm  etibarilə  ən  böyük  əsəri 

olan  və  60-70  illik  bir  dövrü  əhatə  edə  ―Ölüm  hökmü‖  romanı 

mürəkkəb  kompozisiyaya  malikdir.  Əsərdə  çoxlu  personajlar 

iĢtirak  edir,  ancaq  onların  heç  biri  ―gəldi-gedər‖  deyildir. 

Onların  hamısı  yazıçının  yaddaĢındadır,  buna  görə  də 

kiçikliyindən-  böyüklüyündən  asılı  olmayaraq  tamamlanırlar. 

Yazıçı  hər  bir  xarakterlə  əlaqədar  bədii  nöqtəni  qoymağı 

bacarır.  

I Aparıcı:         

Elçin  Əfəndiyevi  bir  yazıçı,  dövlət  xadimi,  ziyalı,  ata  kimi 

həmiĢə  uĢaqların  həyatı,   onların  təlim-tərbiyə  məsələləri, uĢaq 

ədəbiyyatı  və  onun  problemləri  maraqlandırmıĢdır.  Yazıçı  hər 



 

                                                

 

40 



 

bir xarakterlə əlaqədar bədii nöqtəni qoymağı bacarır.Yazıçının 

bu 

xüsusiyyəti 



sənət 

yoldaĢları 

tərəfindən 

yüksək 


qiymətləndirilir.  Sevimli  Ģairəmiz  Xalidə  xanım  Elçin 

Əfəndiyevin  uĢaqlara  həsr  etdiyi  nağıllara    müraciət  edərkən 

―Qorxu‖  adlı  bu  Ģeiri  yazmıĢdır:  Gəlin  bu  Ģeiri  balaca 

oxucumuzun ifasında dinləyək: 

Oxucu: 

 

Zəncir qollu aya baxma



Zəncir görən göz əsirdi. 

Körpə beyni yeyir ilan, 

Bu da belə bir əsrdi. 

Yeməyinin tamı qaçıb, 

Əllərindən qanı qaçıb, 

Bu qorxudan hamı qaçıb, 

Ġgid barmağın kəsirdi. 

Tamahına düĢməz əsir, 

Qan kötüyü – ölüm nəfsi. 

Bu ―uĢaq‖ div baĢı kəsir, 

ġahdan törəyən nəsildi. 

Öz içində soyuq düĢüb, 

Ölümündən sayıq düĢüb, 

Yuxusundan oyaq düĢüb, 

Bədəndən baĢlar kəsildi. 

   II Aparıcı:            1980-ci ildə ―Günay, Yalçın, Nigar, bir də bir Səlim‖ kitabında 

 çap  olunan  hekayələr  göstərdi  ki,  Elçin  Əfəndiyev  uĢaq 

ədəbiyyatına  barmaqarası  baxmır,  öz  balaca  qəhrəmanlarının 

daxili  dünyasına  nüfuz  etməyi  bacarır.  Yazıçının  uĢaq 

mətbuatında  ara-sıra  çap  olunan  hekayələrini  balaca  oxucular 

həmiĢə  maraqla  qarĢılamıĢlar.  Yazıçının  ―Günay,  Humay,  bir 

dənə  Günəbaxan  və  qırt  toyuğun  cücələri‖,  ―Hamı  niyə  güldü‖ 

və  s.  bu  kimi  hekayələri  uĢaq  nəsrimizin  gözəl  nümunələridir. 

―Humayın  yuxusu‖  kitabında  Aysunun,  Humayın,  Günayın, 

Yalçının və Nigarın hekayələri olduqca maraqlı və mənalıdır. 

Bu  hekayələrdə  uĢaqların  baĢına  gələn  əhvalatlardan  söhbət 

açılır. 

                               Bu  arada  sevimli  Ģairimiz  Teymur  Elçinin  Elçin  Əfəndiyevin 

uĢaq  hekayələrində  xüsusi  yeri  olan  ilk  övladı  Günaya  həsr 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə