Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   2   3   4   5   6   7   8   9   ...   63


 
Muxtar  respublikanın  ən  böyük  düzənliyi  Naxçıvan 
düzüdür.  Bu  düz  qərbdən  Cəhri-Duzdağ  tirəsi,  cənub-qərbdən 
Araz  çayı,  cənub-şərqdən  Nehrəm-Ərəzin  yüksəkliyi,  şimal-
şərqdən  Sirab,  Nəhəcir,  Haçaparaq  xətti,  Sarıdağ-Nəhəcir  və 
Qırxlar dağının ətəkləri ilə əhatə olunubdur. Naxçıvan düzünün 
şərqində  qalan  düzənliklər  Ordubad,  Əylis,  Vənənd,  Düylün, 
Gilan  və  Əlincə  çaylarının  gətirmə  konuslarından  ibarət  olan 
düzənliklərdir. 
Ərazi relyefinin ikinci əsas hissəsini dağlıq sahə, çox az 
bir hissəsini isə dağarası çökəkliklər təşkil edir. Düzənliklə orta 
dağlıq  arasında  yerləşən  alçaq  dağlıq  sahə  Naxçıvan  Muxtar 
Respublikasının  şimal-qərb  və  cənub-şərq  hissəsində  çox  dar, 
mərkəz  hissəsində  isə  geniş  bir  sahəni  əhatə  edir.  Sinklinal 
yastanlar,  antiklinal  tirələr  və  kuestlər  onları  parçalamış  çay 
dərələrinin yaratdığı dar düzənlik zolaqları ilə əvəz olunur. 
Orta  dağlıq  qurşaq  Naxçıvan  Muxtar  Respublikasının 
şimal-qərb, mərkəz və cənub-şərq hissəsini tutur. Burada relyef 
1200-1300  metrdən  2000-2300  metrə  qədər  ucalır.  Yüksək 
dağlıq qurşaq orta dağlıq qurşağa nisbətən çox dar zolaq təşkil 
etməklə Zəngəzur silsiləsi boyu uzanır.  
Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  əsas 
üstünlük təşkil edən iki iri oroqrafik vahid vardır. Onlardan biri 
və  ən  əsası  Zəngəzur  silsiləsi,  digəri  isə  Dərələyəz  silsiləsidir. 
Orta  hündürlüyü  3200  metrə  çatan  Zəngəzur  silsiləsi  Kiçik 
Qafqazın  bütün  silsilələrindən  yüksəkdir.  Onun  ən  yüksək 
zirvəsi  Qapıcıqdır.  Dərələyəz  silsiləsi  Muxtar  respublikanın 
şimal-qərb  hissəsində  yerləşir.  Bu  silsilə  başlıca  olaraq  iki 
hissədən  ibarətdir:  biri  Cəhri  çayının  əsas  dərəsindən  qərbdə, 
digəri isə ondan şərqdə yerləşir [1, s.48-50; 25, s.257-259]. 
İqlimi.  Muxtar  respublika  özünün  kəskin  kontinental 
iqlimi  ilə  Azərbaycanın  digər  bölgələrindən  fərqlənir.  Ərazidə 
iqlimi  yaradan  əsas  amillər-günəş  radiasiyasının  bolluğu, 
atmosfer  dövranının  mürəkkəbliliyi  və  relyefin  xeyli 
müxtəlifliyidir.  Günəş  radiasiyası  ən  çox  ərazinin  düzənlik  və 
dağlıq  qurşaqlarında  müşahidə  edilir.  İlin  isti  dövründə  olan 



 
radiasiya soyuq dövrünə nisbətən iki dəfə artıqdır. Qeyd etmək 
lazımdır ki, ərazidə müşahidə edilən ümumi radiasiyaya ancaq 
Böyük Qafqazın yüksək dağlıq sahələrində rast gəlinir. 
Havanın orta illik temperaturu Arazboyu düzənlikdə və 
alçaq  dağlıq  qurşaqda  12-14
0
C,  orta  dağlıq  qurşaqda  5-8
0
C, 
yüksək  dağlıq  qurşaqda  isə  1-2
0
C  arasında  dəyişir.  İlin  ən 
soyuq  ayının  (yanvar)  orta  aylıq  temperaturu  Arazboyu 
düzənlikdə  və  alçaq  dağlıq  hissədə  -10-6
0
C,  yüksək  dağlıq 
qurşaqda  isə  -14-10
0
C  arasında  dəyişir.  İlin  əsas  isti  ayının 
(iyul)  orta  aylıq  temperaturu  düzənlik  və  alçaq  dağlıq 
qurşaqlarda  24-28
0
C,  orta  dağlıq  qurşaqda  16-20
0
C,  yüksək 
dağlıq qurşaqda isə 6-8
0
C arasında tərəddüd edir. 
Naxçıvan Muxtar Respublikası ərazisində yağıntı qeyri-
bərabər paylanmışdır. Bu fərq ayrı-ayrı qurşaqlarda özünü daha 
aydın  göstərir.  Arazətrafı  maili  düzənliklərdə  orta  illik 
yağıntının  paylanması  eyni  dərəcədə  deyildir.  Orta  illik 
yağıntının  miqdarı  Culfada    215  mm,  Naxçıvanda  251  mm, 
Ordubadda  isə    276  mm-ə  bərabərdir.  Mütləq  yüksəkliyi 
nisbətən az olan dağlıq sahələrdə (1000-1300 m) ən çox yağıntı 
Şahbuzda (365 mm), ən az isə Cəhridə (276 mm) düşür. 1000 
m  yüksəkliyə  malik  olan  sahələrdə  orta  illik  yağıntı  320  mm, 
1500 m-də 470 mm, 2000 m-də 630 mm, 2500 m-də 750 mm, 
3000 m-də 720 mm, 3500 m-də 640 mm-dir. Orta illik yağıntı 
təxminən 2500-3000 m hündürlüyə qədər tədricən artır, ondan 
yuxarılarda isə azalmağa başlayır [25, s.281-297].  
Muxtar respublikada beş iqlim tipi mövcuddur:  
Birinci tip-yayı quraq və isti keçən soyuq yarımsəhra və 
quru  çöl  iqlimidir.  Bu  iqlim  tipi  Arazboyu  maili  düzənlik  və 
qismən alçaq dağlıq sahələri əhatə edir.  
İkinci  tip-yayı  quraq  və  isti  keçən  soyuq  iqlimdir.  Bu 
iqlim tipi alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın isə 
aşağı hissəsini əhatə edir.  
Üçüncü iqlim tipi-yayı quraq və sərin keçən, orta dağlıq 
qurşağın  yuxarı,  yüksək  dağlıq  qurşağın  isə  aşağı  hissəsini 
əhatə edir.  



 
Dördüncü  iqlim  tipi-yayı  quraq  və  çox  sərin  keçən, 
Zəngəzur  silsiləsinin  cənub-qərb  yamacında  yüksək  dağlıq 
qurşağın  demək  olar  ki,  mərkəz  zolağında  2600  m-lə  3200  m 
arasında yayılmışdır.  
Beşinci iqlim tipi-yüksək dağ zirvələrini əhatə edən dağ 
tundra iqlimidir. 
Torpaq  örtüyü.  Ərazidə  mürəkkəb  torpaqəmələgəlmə 
prosesləri nəticəsində müxtəlif torpaqlar yaranmışdır. Aparılan 
tədqiqatlarla  Muxtar  respublikada  başlıca  olaraq  aşağıdakı  4 
əsas torpaq qurşağının olduğu müəyyən edilmişdir: 
1.
 
Yüksək dağlıq qurşağının çəmən-bozqır torpaqları. 
2.
 
Quru  kserofil  meşə  və  kolluq  qurşağının  çəmən-bozqır 
torpaqları. 
3.
 
Quru bozqır qurşağının şabalıdı (boz-qəhvəyi) torpaqları. 
4.
 
Yarımsəhra  qurşağının  ibtidai-boz,  boz,  çəmən-boz 
allüvial çəmən torpaqları. 
Torpaq  qurşaqları  fiziki-coğrafi  şəraitə  uyğün  olaraq 
bir-birindən  aydın  şəkildə  fərqlənirlər.  Mexaniki  tərkibinə, 
minerallaşmasına,  üzvi  maddənin  (humusun)  miqdarına  və 
fərqli  xüsusiyyətlərinə  görə  torpaq  qurşaqları  16  torpaq  tipinə 
bölünmüşdür [25, s.230-241].  
Muxtar respublikanın torpaq örtüyü Azərbaycanın digər 
rayonlarının  torpaqlarından  xeyli  fərqlənir.  Burada  minlərlə 
hektar torpaq sahəsi kasıb bitki örtüyünə malikdir və ya ondan 
mərhumdur.  Şabalıdı  (boz-qəhvəyi)  torpaqlar  ən  geniş  yayılan 
və  əsas  kənd  təsərrüfatı  istehsalı  mənbəyi  olub  bölgənin 
27,2%-ni əhatə edir [7]. 
Çay şəbəkəsi. Naxçıvan Muxtar Respublikasının çayları 
Araz  hövzəsinə  aiddir.  Ərazidən  axan  çayların  ümumi  sayı 
400-dür. Bürada çay şəbəkəsi Kiçik Qafqazın digər bölgələrinə 
nisbətən  zəif  inkişaf  etmişdir.  Azərbaycan  ərazisi  daxilində 
şəbəkənin  orta  sıxlığı  0,47  km/km
2
  olduğu  halda  muxtar 
respublikada  şəbəkənin  sıxlığı  0,33  km/km
2
-dir.  Çaylar  güclü 
sel  hadisələrinin  baş  verdiyi  tirik  dağ  çaylarıdır.  Sululuğuna 
ğörə  əsas  yerləri  başlanğıcını  Zəngəzur  və  Dərələyəz 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə