Azərbaycan respublikasi naxçivan muxtar respublikasi


III FƏSİL. TƏDQİQAT İŞİNİN MATERİAL VƏ



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   2   3   4   5   6   7   8   9   ...   63

14 
 
III FƏSİL. TƏDQİQAT İŞİNİN MATERİAL VƏ 
METODİKASI 
Naxçıvan  Muxtar  Respublikası  arıkimilərinin  tədqiqi 
2004-cü  ildən  başlayaraq  aparılmışdır.  Ekoloji-faunistik 
materialların  toplanılması  fəsillər  üzrə  muxtar  respublikanın 
bütün  zonalarında,  yüksək  dağlıq  daxil  olmaqla  yerinə 
yetirilmişdir. Marşrut tədqiqatları ilə müxtəlif bitki biotoplarına 
malik bütün landşaft zonaları əhatə edilmişdir (Xəritə-sxem).  
Tədqiqatlar  müddətində  3000  arıkimi  fərdi  entomoloji 
tor  və eksqauster  vasitəsilə  toplanılmışdır.  Materialların 
toplanılması  və  onların  faunistik  işlənilməsi  müasir 
entomologiyada  ümumi  qəbul  olunmuş  metodikalara  görə 
yerinə  yetirilmişdir.  Faunistik  materiallar  entomoloji  tor 
vasitəsilə  müxtəlif  bitki  assosasiyalarından  sıyırma  üsulu  ilə 
toplanılmış,  seçilmiş,  kameral  işlənilmişdir.  Qida  əlaqələrini 
öyrənmək  üçün  arıkimilər  ya  ayrıca  götürülmüş  bitkilər 
üzərindən, ya da müəyyən bitki tarlasından toplanılmışdır [96].  
Şəxsən  toplanılan  materiallardan  əlavə  AMEA 
Zoologiya  İnstitutunun  kolleksiya  fondunda  saxlanılan 
M.Vinovski, 
A.Boqaçov, 
M.Axnazarov,  X.Əliyev  və 
S.Hacıyevanın  nümunələrindən  də  istifadə  olunmuşdur. 
Toplanılmış materiallar, arıkimilərin ekologiyası, yayılması və 
növ  tərkibinin  müəyyən  edilməsi  üzrə  nümunələr  Zoologiya 
İnstitutunun  Araxnologiya  və  Bioresurslar  İnstitutunun 
Onurğasızlar zoologiyası laboratoriyalarında işlənilmişdir.  
Laboratoriya  şəraitində  arıkimilər  MBS-10  (x25) 
mikroskopu  vasitəsi  ilə  növədək  təyin  edilmişdir.  Bu  zaman 
onların  cinsiyyəti  və  morfo-fizioloji  vəziyyəti  də  qeyd 
olunmuşdur.  Cins  və  növlərin  xüsusi  fərqləndirici  əlamətləri 
işıq  mikroskopu  (“İdeal”,  10x40)  altında  müayinə  edilərək 
dəqiqləşdirilmişdir.  Xeyli  arıkimi  növünün  şəkilləri  “Canon” 
markalı digital fotoaparat ilə çəkilmişdir. 
Materialların 
təyinində 
müasir 
təyinedici 
ədəbiyyatlardan  istifadə  olunmuşdur  [64,73,74,75,81,99,100, 


15 
 
101,121,].  Bizim  tərəfimizdən  çətin  təyin  edilən  növlər 
Zoologiya 
İnstitutunda 
b.e.d. 
X.Əliyev 
və 
b.ü.f.d. 
G.Hüseynzadə tərəfindən müəyyən edilmişdir.  
Fəsilə,  cins  və  növlərin  yerləşmə  qaydası,  onların 
adlandırılması  müasir  sistematik  qaydalara  görə  aparılmışdır 
[2,15,45,57,83,84,112,122,130,133,135,143,144,149,  150,  152, 
157,166,167,168,172,175,177,178,181].  Nümunələrdə  arıkimi-
lərin  bəzi  növlərinin  rastgəlmə  tezliyinin  və  miqdarının 
müəyyən  edilməsi  üçün  D.V.Panfilovun  üsulundan  istifadə 
edilmişdir [76, s.5-20]. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, 
əldə  edilən  müəyyən  növün  təkcə  fərdlərinin  sayı  deyil, 
həmçinin  onların  toplanıldığı  məntəqələrin  sayı  da  nəzərə 
alınmalıdır.  Nadir  növ  hər  hansı  bir  səbəb  üzündən  çoxsaylı 
kütləvi toplanmalar zamanı müxtəlif məntəqələrdən müntəzəm 
olaraq  kolleksiyaya  daxil  olur.  Buna  görə  də  belə  hallarda 
rastgəlmə  indeksi  kolleksiyada  fərdlərin  miqdarının  toplanma 
məntəqələrin sayına hasili kimi verilir.  
Arıkimilərin  sayı  statistik  hesablanmışdır.  Növlərin 
sayının  və  sıxlığının  hesablanması  üçün  entomoloji 
tədqiqatlarda  ümumi  qəbul  edilmiş  metodlardan  istifadə 
edilmişdir  [44,49,77,110].  Arıkimilərin  sayı  sahəsi  100x2  m 
(200  m
2
)  otluq  zolağında  10  dəqiqə  ərzində  düz  və  əks 
istiqamətlərə  gediş  zamanı  müşahidə  edilən  bütün  arıkimilərin 
fərdi  qaydada  entomoloji  tor  və  sınaq  şüşəsi  ilə  toplanılmış 
fərdlərinə  görə  hesablanmışdır.  Hər  belə  bir  sahədən  16-20 
nümunə  yığılmışdır.  Meyvə  bağlarında  isə  bu  məqsədlə  orta 
yaşlı 2 çiçəkləyən ağac seçilmişdir. 
Nümunələr  adi  tədqiqat  zamanı  gündə  2  dəfə-səhər  və 
günorta,  xüsusi  tədqiqatlar  zamanı  isə  sutkalıq  dinamikası 
öyrənilərkən  sutkanın  işıqlı  vaxtı  hər  saatdan  bir  (adətən  7
00
-
dan 17
00
-dək) toplanılmışdır. 
Ərazinin yüksəklik qurşaqları üzrə tarixən formalaşmış 
özünəməxsus  geoloji  və  ekoloji  xüsusiyyətləri  ilə  fərqlənən 
landşaftlarında  fauna  öyrənilərkən  onların  bitki  senozları, 
torpaq  tipləri,  relyefi  və  hidrometeoroloji  şəraiti  nəzərə 


16 
 
alınmışdır.  Landşaftlar  üzrə  arıkimilərin  növ  tərkibinin 
müqayisəsi  müəyyən  dərəcədə  onların  abiotik  və  biotik 
şəraitinin  oxşarlığını  və  ya  fərqliliyini  aşkar  etməyə  imkan 
verir. Hər 7 landşaft üzrə Serensenə (
b
a
c
K
s


2
) görə oxşarlıq 
əmsalının  düsturundan  istifadə  edilmiş,  landşaftlar  cüt-cüt 
müqayisə olunmuşdur [92,169]. 
Burada:  
a  və  b  -  hər  bir  müqayisə  edilən  landşaftda  tapılmış 
növlərin sayı; 
c - hər iki landşaft üçün ümumi olan növlərin sayıdır. 
Arıkimilərin  fenologiyasının  və  onların  bitkilərin 
çiçəkləməsi  ilə  bağlılığı  müəyyənləşdirilmişdir.  Arıkimilərin 
toplanılması,  onların  entomofil  bitkilər  üzərində  hesablanması 
və  qidalanmasının  öyrənilməsi  bütün  yaz-payız  uçuşu 
dövründə  aparılmışdır.  Ayrı-ayrı  növlər  üçün  fenotəqvimlər 
tərtib edilmişdir [94,148,151]. 
Arıkimilərin  uçuşunun  mövsümi  ritmi  ilə  bitkilərin 
çiçəkləməsinin  uzlaşdırılması  məqsədi  ilə  onların  aylara  görə 
(aprel-sentyabr)  bağlılığını  üzə  çıxartmağa  imkan  verən 
davamlı  müşahidələr  aparılmışdır.  Tədqiqatlar  zamanı 
həmçinin  havanın  temperaturu,  onun  şəraiti,  hidrometeroloji 
amillər,  məntəqənin  dəniz  səviyyəsindən  hündürlüyü  və 
bitkilərin əsas növlərinin fenoloji fazaları qeyd edilmişdir. 
Arıkimilərin  trofik  əlaqələrinin  öyrənilməsinə  üstünlük 
verilmişdir. Arıkimiləri topladığımız bitkiləri fərdi olaraq qeyd 
etməklə,  entomofil  bitki  sahələrində  kütləvi  tor  nümunələrini 
hesablamaqla  bitkilərin  tozlandırılmasında  iştirak  edən 
arıkimilərin  trofik  əlaqələri  və  bitki  növlərinin  sistematik 
mənsubiyyəti müəyyən olunmuşdur. 
Növlərin  yuvalama  yerləri,  onların  tipləri,  substratına 
görə  formaları  tərəfimizdən  qeyd  edilmişdir.  Tədqiqat 
müddətində həmçinin  bölgə  entomofaunası  üçün  kleptoparazit 
arıkimilərin müşahidəsi aparılmışdır. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə