Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   2   3   4   5   6   7   8   9   ...   63


 
silsilələrindən  götürən  Arpaçay  (hövzəsinin  sahəsi-2630  km
2
), 
Naxçıvançay  (1630  km
2
),  Gilançay  (426  km
2
)  və  Əlincəçay 
(600 km
2
) tutur [1, s.57-59]. 
Muxtar  respublika  çaylarının  su  ehtiyatları  həm 
suvarma,  həm  də  enerji  mənbəyidir.  Son  illər  çay  yataqları 
üzərində  yaradılan  müxtəlif  tutumlu  su  anbarları  mədəni 
əkinçiliyin inkişafına səbəb olmuşdur. 
Bitki  örtüyü.  Mürəkkəb  geoloji  quruluşa  malik  muxtar 
respublikanın  çox  zəngin  florası  və  rəngarəng  bitki  örtüyü 
vardır.  Regionun  bitki  örtüyünün  botaniki  tərkibinin  spektri, 
dəqiqləşdirilmiş,  növ  siyahısı  və  flora  konspekti  əsaslı  şəkildə 
tərtib  edilmişdir.  Bölgədə  Azərbaycan  florasının  63,0%-ni, 
Qafqaz  florasının  isə  40,5%-ni  təşkil  edən  2835  növ  bitki 
müəyyən  edilmişdir.  İri  taksonlar  arasında  növlərinin  sayına 
(2691  növ,  94,9%)  görə  örtülütoxumlular  üstünlük  təşkil 
edirlər.  İlk  dəfə  olaraq  bitki  örtüyünün  özündə  bitkiliyin  17 
əsas  tipini  birləşdirən  müasir  təsnifatı  7  yüksəklik  qurşaqları 
üzrə  işlənilmişdir.  Bitki  örtüyünə,  torpaq-iqlim  amillərinə  və 
relyef  xüsusiyyətlərinə  görə  ərazi  4  botaniki-coğrafi  rayona 
bölünmüşdür: Naxçıvan düzənliyi, Naxçıvan dağlığı, Naxçıvan 
yüksək dağlığı, Naxçıvan dağ-tundra rayonu [26, 60, 61]. 
Muxtar respublikanın bitki örtüyünün müasir vəziyyəti, 
onun  ehtiyatı,  məhsuldarlığı  və  modifikasiyaları  iqlim 
amillərindən və insanın təsərrüfat fəaliyyətindən çox asılıdır. 
Landşaft  tipləri.  Naxçıvan  Muxtar  Respublikası 
ərazisində aşağıdakı landşaft tipləri yayılmışdır: 
1.
 
Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimində 
yarımsəhra landşaftı.  
2.
 
Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimində 
dağ-kserofit landşaftı.  
3.
 
Yayı quraq keçən soyuq iqlimdə dağ-meşə landşaftı.  
4.
 
Yayı  quraq  keçən  soyuq  iqlimdə  dağ-kserofit  çəmən-
kolluq landşaftı.  
5.
 
İntensiv  parçalanmış,  orta  və  qismən  yüksək  dağ 
yamaclarında dağ-çəmən və çəmən-bozqır landşaftı.  



 
6.
 
Yüksək  dağlıq  qurşaqda,  intensiv  parçalanmış  dağ 
yamaclarında,  dağ-çəmən  çimli  torpaqlarda  və  onların 
müxtəlif növləri üzərində subalp və alp çəmənlik landşaftı.  
7.
 
Dağ-tundra  iqliminin  hökm  sürdüyü  şəraitdə  qayalıq-
çınqıllıq landşaftı [25, s.260-264].  
Heyvanlar 
aləmi. 
Muxtar 
respublika 
ərazisi 
Azərbaycanın  olduqca  zəngin  fauna  biomüxtəlifliyi  ilə 
fərqlənən  bölgələrindən  biridir.  Maraqlı  təbiət  guşəsi  kimi 
Naxçıvan  qədim  zamanlardan  xarici  təbiətşünasların, 
kolleksiyaçıların diqqətini  cəlb  etmişdir. Ərazidə aparılmış ilk 
entomoloji  tədqiqat  işləri  haqqında  məlumatlar  XIX  əsrin  II 
yarısına təsadüf edir [134]. 
Həşəratların 
müxtəlif 
dəstə 
və 
fəsilələrinin 
tədqiqatçıları üçün əsas dayaq məntəqələri kimi Talış zonası və 
Ordubad  rayonu  seçilmişdir.  XX  əsrin  30-cu  illərində 
Azərbaycan 
zooloqlarının 
iştirak 
etdiyi 
kompleks 
ekspedisiyalarda  muxtar  respublika  ərazisindən  dünya  elmi 
üçün  yeni  həşərat  növləri,  xüsusən  kəpənək  və  sərtqanadlı 
nümunələri toplanılmışdır. Tədqiqatlar əsasən faunistik səciyyə 
daşıyırdı.  1960-cı  illərdən  başlayaraq  həşəratların  bioloji 
xüsusiyyətlərinin,  onların  biotoplar,  yüksəklik  qurşaqları  üzrə 
paylanması  qanunauyğunluqlarının  və  bioloji  proseslərdə 
rolunun öyrənilməsinə üstünlük verilmiş, faydalı və zərərverici 
növlər fərqləndirilmişdir. Son 50 il ərzində bu ərazidə aparılan 
xüsusi  entomoloji  tədqiqat  işləri  xalq  təsərrüfatının  inkişafı 
üçün daha çox praktiki əhəmiyyət daşımağa başlamışdır. 
Yüksək  ixtisaslı  ölkə  alimləri  tərəfindən  çox  müxtəlif 
istiqamətləri  əhatə  etməklə  Azərbaycanın,  o  cümlədən 
Naxçıvan  bölgəsinin  fauna  biomüxtəlifliyinin,  faunistik 
komplekslərinin,  əsas  heyvan  qruplarının  areal  və  bioekoloji 
xüsusiyyətləri,  insan  həyatında  və  təbiətdəki  rolu  tədqiq 
edilməyə  başlanıldı.  Heyvanlar  aləminin  ehtiyatlarından 
optimal  istifadə,  bitkilərə,  kənd  təsərrüfatı  heyvanlarına  və 
insanlara zərər verən növlərə qarşı effektli mübarizə üçün elmi 
nəticələrə əsaslanan tədbirlər işlənilib hazırlandı.  


10 
 
II FƏSİL. ARIKİMİLƏRİN ÖYRƏNİLMƏ 
DƏRƏCƏSİ 
Azərbaycanın  relyefinin,  iqlim  şəraitinin,  torpaq  və 
bitki  örtüyünün  müxtəlifliyi,  ərazidə  baş  verən  mürəkkəb 
geoloji 
hadisələr 
onun 
heyvanlar 
aləminin 
müstəsna 
zənginliyini  təmin  etmişdir.  Heyvan  qrupları  arasında  insan 
həyatında və təbii proseslərdə böyük əhəmiyyəti olan həşəratlar 
xüsusi  maraq  doğururdu.  Əraziyə  edilən  ekspedisiyaların 
nəticələri  haqqında  ilk  yazılı  məlumatlar  XIX  əsrin  70-ci 
illərinə təsadüf edir. 
XX  əsrin  əvvəllərinədək  Azərbaycanın  faunası  yalnız 
xarici  mütəxəssislər  tərəfindən  öyrənilmiş,  həşəratlar  faunası 
və  növləri  haqqında  səthi  faunistik  məlumatlar  toplanılmışdır. 
Zooloji  tədqiqatlarda  növlərin  biologiyası,  ekologiyası, 
yayılma  arealları,  kəmiyyət  göstəriciləri,  təbiət  və  insan 
həyatındakı rolu tədqiq edilmədiyindən ölkənin artan tələbatına 
cavab verə bilmirdi. 
Arıkimilərin Cənubi Qafqazda, o cümlədən Azərbaycan 
ərazisində  öyrənilməsinin  başlanğıcı  XIX  əsrin  II  yarısına 
təsadüf  edir.  Bu  dövrdə  dərc  olunmuş  bir  sıra  faunistik 
əsərlərdə  Azərbaycanın  müxtəlif  məntəqələrindən  toplanılmış 
arıkimilərin növ tərkibi və yeni təsvirləri verilmişdir [136,137, 
138,153,154]. 
Bunlar  aşağıdakı  növlərdir:  Anthophora 
nigriceps,  Tetralonia  fuliginosa,  Andrena  tecta,  A.carbonaria, 
A.gussariensis, 
A.derbentica, 
A.lebedewii, 
A.caspica, 
A.colonialis,  A.opacicollis,  A.aciculata,  A.oulskii,  Osmia 
decorata,  O.verruciventris,  O.sieversi,  Anthidium  tegularae, 
A.nigricolle,  Nomada  platyventris,  N.talyschensis,  Coelyoxis 
costanea,  Stelis  simillima,  Pasites  maculatus  aschabadensis. 
Arıkimilər,  əsasən  Gəncə,  Göygöl,  Lənkəran  və  Culfa 
ətraflarından toplanılmışdır. 
Sonralar  köhnə  kolleksiya  materialları  əsasında 
Halictus  schelkovnikovi,  H.anomalipes  və  Stelis  inaemona, 
Andrena armeniaca növlərinin təsvirləri verilmişdir [132].  


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə