Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   2   3   4   5   6   7   8   9   ...   63

11 
 
Daha  sonra  Böyük  Qafqazın  və  Cənubi  Qafqazın 
Bombus 
arılarından  və  onların  ayrı-ayrı  cinslərindən 
məlumatlar verilmişdir [76, 103]. 
«Azərbaycanın  heyvanlar  aləmi»  monoqrafiyasında 
cəmi 11 növ arıkımı göstərilmişdir: Agribombus mlokosiewitzi, 
Agri.daghestanicus,  Lapidaribombus  eriophorus  caucasicus, 
Andrena carbonaria, A.thoracica, Xylocopa valga, X.violacea, 
X.cyanescens,  X.rufa,  Anthidium  florentinum,  A.bartholomei 
[48]. 
Azərbaycanda  arıkimilərin  sistemli  öyrənilməsinə 
1975-ci  ildən  başlanılmışdır.  Aparılan  tədqiqat  işlərinin 
nəticəsində  Kiçik  Qafqaz  faunası  üçün  364  növ  arıkimi 
göstərilir.  Bundan  başqa,  Azərbaycanın  Andrena  cinsinə 
mənsub  arıkimilərin  növ  tərkibi,  Talış  bölgəsinin  Bombus 
arılarının  növ  tərkibi  və  zoocoğrafiyası  verilmişdir 
[30,33,35,36,114,117].  
1986-cı  ildən  başlayaraq  Azərbaycanın  Halictidae 
fəsiləsinin  arıkimilərinin  tədqiqi  davam  etdirilir.  Tədqiqatçı 
tərəfindən  onların  landşaftlar  üzrə  yayılması,  trofik  əlaqələri, 
faunası, ekologiyası və s. məsələlər öyrənilmişdir [28,34,56].  
2001-2006-ci illərdə Abşeron yarımadasının arıkimiləri 
tədqiq  edilmiş  və  müəllif  tərəfindən  202  növ  arıkimi  aşkar 
olunmuşdur [27,37]. 
Azərbaycanın  digər  rayonlarından  təbii-coğrafi  şəraiti 
ilə  əsaslı  şəkildə  fərqlənən  Naxçıvan  Muxtar  Respublikasının 
arıkimiləri də tədqiqatdan kənarda qalmamışdır. Əraziyə edilən 
ekspedisiyalar  zamanı  faunanın  öyrənilməsi  səthi,  epizodik 
səciyyə  daşımış,  arıkimilər  ətraflı  və  sistemli  tədqiq 
edilməmişdir.  Belə  ki,  Gürcüstan  Dövlət  muzeyi  tərəfindən 
təşkil  edilmiş  ekspedisiya  zamanı  Cənubi  Qafqazın  arid 
rayonlarının  arıkimilər  faunasının  öyrənilməsinə  dair  tədqiqat 
aparılmışdır.  Tədqiqat  işində  muxtar  respublika  ərazisindən 
toplanılmış  cəmi  30  növ  arıkimi  göstərilmişdir:  Colletes 
marginatus,  C.pallescens,  Hylaeus  annulatus,  H.communis, 
Andrena 
carbonaria, 
A.nitida, 
A.flavipes, 
A.thoracica, 


12 
 
A.vetula,  Anthidium  diadema,  A.florentinum,  Chalicodoma 
desertorum, 
Ch.ponticum, 
Ch.parietinum 
nestoreum, 
Megachile  maritima,  M.rotundata,  Archimegachile  flavipes, 
Coelioxys  rufescens,  Eucera  cinerea,  E.melaleuca,  Amegilla 
nigricornis,  Anthophora  atricilla,  A.crinipes,  A.erschowi, 
A.gracilipes,  A.radoszkowskyi,  A.harmalae,  Xylocopa  valga, 
X.violacea, Bombus argillaceus  [104, 105, s.47-63].  
Kiçik  Qafqazın  arıkimilər  faunasının  tədqiqi  zamanı 
onun  təbii  vilayəti  kimi  Naxçıvanın  dağlıq  və  yüksək  dağlıq 
zonalarının  arıkimi  növləri,  onların  zoocoğrafiyası,  trofik 
əlaqələri öyrənilmişdir. Kiçik Qafqaz faunası üçün bölgədən 45 
növ  arıkimi  qeyd  edilmişdir:  Colletes  transitorius, 
C.tuberculatus, Hylaeus bifasciatus, H.bisinuatus, H.breviceps, 
H.confusus, 
H.difformis, 
H.duckei, 
H.gracilicornis, 
H.lineolatus, 
H.nigritus, 
H.punctulatissimus, 
H.signatus, 
H.styriacus,  H.variegatus,  Melitta  dimidiata,  Dasypoda 
mlokosiewitzi, D.spinigera, Icteranthidium croceum, Anthidium 
cinculatum, 
A.manicatum, 
Proanthidium 
oblongatum, 
Anthidiellum strigatum, Pseudoanthidium melanurum, Bombus 
alagesianus,  B.alboluteus,  B.armeniacus,  B.daghestanicus, 
B.fragrans,  B.hortorum,  B.incertus,  B.lucorum,  B.melanurus, 
B.mlokosiewitzi,  B.muscorum,  B.persicus,  B.portschinskii, 
B.rehbinderi,  B.silvarum,  B.simulatilis,  B.soroensis,  B.tristis 
insipidus, 
B.velox, 
B.vorticosus, 
B.zonatus 
apicalis 
[10,29,31,32, 113, 115,116].  
Azərbaycanın  Halictidae  fəsiləsinin  arıkimilərinin 
tədqiqi  zamanı  Naxçıvan  Muxtar  Respublikası  ərazisindən 
toplanılmış  37  növ  arıkimi  göstərilmişdir:  Halictus 
albohispidus,  H.asperulus,  H.cochlearitarsis,  H.dschulfensis, 
H.geminatus, 
H.georgicus, 
H.maculates, 
H.patellatus, 
H.ponticus,  H.priesneri,  H.resurges,  H.senilis,  H.sexcinctus, 
H.tetrazonianellus,  Lasioglossum  acephaloides,  L.capsicum, 
L.exuinictum,  L.leucozonium,  L.quadrinotatum,  L.sexnotatum, 
L.tadschicum,  L.xanthopus,  L.zonulum,  Evylaeus  elagans, 
E.fulvicorne,  E.lucidulum,  E.malachurum,  E.marginatum, 


13 
 
E.obscuratus,  Sphecodes  albilabris,  Nomioides  turanicus, 
N.diversipes,  Halictoides  dentiventris,  Rophites  foveolatus, 
R.hartmanni, Rophitoides canus, Systropha planidens [56].  
2013-cü  ildə  X.Ə.Əliyev  Azərbaycanın  arıkimiləri 
(Hymenoptera,  Apoidea)  movzusunda  doktorluq  dissertasiyası 
müdafiə  etmiş,  fauna  üçün  7  fəsilə  57  cinsə  mənsub  642  növ 
arıkimi qeyd etmişdir [41]. 
Beləliklə,  bizim  tədqiqatlara  qədər  bölgə  faunasında 
112  növ  arıkimi  qeyd  edilmişdir  [9].  Göstərilən  bu  növlərin 
bəziləri  müasir  sistematikalarda  sinonim  kimi  göstərilmişdir. 
2004-cü  ildən  başlayaraq  arıkimilər  bölgənin  müxtəlif 
yüksəklik  zonaları  və  landşaftları  üzrə  ətraflı  şəkildə 
öyrənilməyə 
başlanılmış, 
faunanın 
yayılma 
qanunauyğunluqlarının,  ekoloji  (trofik  əlaqələri,  uçuş 
fenologiyası,  yuvalaması  və  s.)  xüsusiyyətlərinin,  təsərrüfat 
əhəmiyyətinin tədqiqinə üstünlük verilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə