2
Amerika BirləĢmiĢ ġtatlarında ölümn səbəbləri
sırasında üçüncü yeri həkimlərin xətaları tutur.
Ümumdünya səhiyyə təşkilatı
ÖN SÖZ
Hər bir cərrahi əməliyyatın səmərəsi onun müvəffəqiyyətli sonluğu,
xəstələrin tam sağalıb normal həyata qovuşması ilə ölçülür. Fəsadsız keçən hər bir
əməliyyat insanlarda pis təəsürat yaratmır, sonrakı dövrdə ya əsas xəstəlik, və ya
keçirilən cərrahi əməliyyatın yaratdığı ağırlaşmalar qalmaqda davam etdikdə
onların həlli tələbi yaranır. İcra mexanizmi nə qədər təkmilləşsə də və yeni-yeni
texniki avadanlıqların hesabına icrası asanlaşsa da, cərrahi əməliyyat yenə də
özündən sonra da xoşagəlməz izlər buraxmaqdadır. Cərrahi əməliyyatdan sonrakı
ağırlaşmalarla üzləşən hər bir cərrah bu problemin nə qədər çətin həll oluna
bilinməsi və mürəkkəbliyi ilə seçilməsindən xəbərdardır. Əməliyyatdan sonrakı
ağırlaşmanın müalicəsi cərrahi əməliyyata qoşulan həkim briqadası qarşısında
həmişə çətin problemlər qoyur.
İnsanların səhhətinin qorunması Ümumdünya Səhiyyə Təşkilatı və ayrı-ayrı
ölkələrin səhiyyə qurumlarının fəaliyyəni tənzimləyən qanunlar və təlimatlar
əsasında icra olunur. Həmçinin xəstəliklərin ləğv edilməsi və insanların
sağlamlığının bərpası artıq maliyyə sərfiyyatı qaydaları əsasında aparılır. Bu
baxımdan da əməliyyatlardan sonrakı ağırlaşmalar arzuolunmazdır.
Cərrahi əməliyyatlardan sonrakı ağırlaşmalar ayrı-ayrı orqan və sistemlərdə
özünəməxsus gedişli olur, biruzə verilmə forması müxtəlif və mürəkkəbdir,
diaqnostika və aradan qaldırılması yolları fərqli xüsusiyyət təşkil edir. Bu barədə
dərsliklərdə, monoqrafiya və digər tibbi mənbələrdə olan məlumatlar səpkili
şəkildədir. Praktiki işlərə aid əsas müddəalar hələ də sistem şəklində
işlənməmişdir, Tibb Universitetinin tələbələri, rezidentlər və praktiki cərrahlar,
hətta tədris işi ilə məşğul olan müəllimlər üçün gərəkli olan dərs vəsaitinin