4
Cərrahi əməliyyatdan sonrakı dövr və onun ağırlaĢmaları –
cərrahi xəstəliklər.
Cərrahi əməliyyatdan sonrakı ağırlaşma yeni patoloji vəziyyət olmaqla
əməliyyatdan sonrakı dövrün normal keçməsi kimi xarakterizə olunmur və əsas
xəstəliyin inkişafı və vüsət alması deyildir. Ağırlaşmaları cərrahi əməliyyat
reaksiyasından fərqləndirmək vacibdir, belə ki, xəstənin orqanizminin xəstəlik və
əməliyyat aqressiyasına və narkoz təsirinə reaksiyası təbii hal sayılır.
Əməliyyatdan sonrakı ağırlaşmalar cərrahi əməliyyatlardan sonrakı reaksiyalardan
fərqli olaraq müalicənin səmərəliliyini kəskin azaldır, sağalmanı ləngidir, xəstənin
həyatını təhlükəyə dücar edir. Əməliyyatlardan sonrakı dövrdə uzunmüddətli və
davam edən geniş əməliyyatlarda (yemək borusu xərçəngi və s.) erkən (6-10%-dən
– 30%-dək) və gecikmiş ağırlaşmalar qeyd olunur.
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların inkiĢafı üçün 6 əsas
komponentin hər biri ayrı-ayrılıqda önəmlidir:
1.
Xəstə
2.
Xəstəlik
3.
Əməliyyatı icra edən
4.
Üsul
5.
Mühit
6.
Təsadüflük
AğırlaĢmalar əsasən aĢağıdakı hallarda baĢ verə bilir:
1.
Əsas xəstəlik səbəbindən inkişaf edən pozğunluqlar
2.
Qonşu üzvlərin müştərək patologiyaları
3.
Həyat üçün vacib sistemlərin fəaliyyətinin pozulması.
4.
Əməliyyatın icrasının qüsurlu olması və ya yarıtmaz üsullardan istifadə
edilməsi.
5
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların inkiĢafına səbəb ola bilən digər
amillər də mövcuddur:
1.
Hospital infeksiyaların xüsusiyyətləri böyük əhəmiyyət kəsb edir.
2.
Mövcud stasionarda xəstələrə qulluğun səviyyəsi vacibdir.
3.
Bu və ya digər vəziyyətlərin profilaktika sxeminin düzgün tərtibatı və yerinə
yetirilməsi.
4.
Pəhriz siyasətin düzgün aparılması.
5.
Həkim və tibb bacısı personalının seçilməsi.
Qeyd olunanalarla yanaşı təsadüfləri yaddan çıxarmaq və onlara, ola bilsin
ki, zərurət şəklində baş versin, əhəmiyyət verməmək olmaz. Hər bir uzun müddətli
təcrübə keçmiş və praktiki cərrahiyyə ilə məşğul olmuş. cərrahın gözlənilməyən
və heyrətedici şəkildə təzahür edən ağırlaşmalar yaddaşından silinmir. Belə
ağırlaşmalar ayrı-ayrı xəstələrə rahatlıq verməyərək üst-üstə düşərək bir çox
hallarda isə əməliyyatdan sonrakı dövrdə ölümlə nəticələnir.
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların kompleks səbəbləri:
1.
Patoloji vəziyyətin xüsuyyəti
2.
Homeostazın pozulması
3.
Infeksiya
4.
Taktiki :
-
Texniki
-
Təşkilati həkim səhvləri
5.
Texniki təchizatın səviyyəsi
Hər bir klinika və xəstəxanada erkən mərhələdə fərqli profilaktika və
adekvat müalicə aparılarkən qeyd olunanlar nəzərə alınmalıdır.
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar inkişaf etməyə və residivləşməyə
meyilli olur və tez-tez digər ağırlaşmalara gətirib çıxarır. Yüngül cərrahi
əməliyyatdan sonrakı ağırlaşmalar çox az rast gəlir. Çox hallarda təkrari əməliyyat
tələb edir.
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların rastgəlmə tezliyi V.İ. Struçkova
görə, təxminən 10%-dir, infeksion ağırlaşmalar 80% təşkil edir (hospital
6
infeksiya, immun çatmazlığı). Təcili, həm də uzunmüddətli əməliyyatlar zamanı
risk artmış olur. Əməliyyatın müddəti faktoru irinli ağırlaşmaların aparıcı
səbəblərindən biridir, travmatizm və texniki problem isə onun əsasını təşkil edir.
Hər bir cərrahi əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi onun icrasının
texniki məqamlarından daha çox asılıdır. Cərrahi əməliyyatın növündən asılı olan
və ya onunla birbaşa bağlı olmayan şərtlər cərrah tərəfindən düzgün araşdırılıb və
təcrübə nəticəsində bütövlükdə mənimsənilərək nəzərə alındıqda nəticə
müvəffəqiyyətli olur.
Texniki səhvlər:
1.
Narkozun aparılmasında yaranan qüsurlar:
a)
Dişin sınması, tənəffüs yoluna düşməsi
b)
Şokun inkişaf etməsi
2.
Uyğun olmayan kəsik (qapı) növü
3.
Etibarlı olmayan hemostaz
4.
Əməliyyatın travmatik aparılması
5.
Qonşu üzvlərin təsadüfən, nəzərə çarpmayan zədələnməsi
6.
Boşluqlu üzvlərin açılması zamanı ətraf sahənin məhdudlaşdırılmasının
yetərincə olmaması
7.
Yad cismin əməliyyat sahəsində qalması
8.
Uyğun olmayan əməliyyat
9.
Əməliyyatın icrası zamanı işıqlandırmasının yetərincə olmaması
10.
Tikişlərdə qüsurlar
11.
Drenləşdirmənin yetərincə olmaması
12.
Əməliyyatdan sonrakı aparılmada qüsurların olması.
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların təsnifatı:
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar rast gəlmə dövrünə görə2 qrupa
bölünür.
1.
Erkən Reanimasiya dövründə
Reanimasiyadan sonrakı dövrdə
7
2.
GecikmiĢ Əməliyyat yarası sağaldığı müddət də baş verənlər
Yaxın və uzaq gələcəkdə baş verən ağırlaşmalar
Cərrahi əməliyyatdan sonrakı erkən ağırlaĢmalar
A.
Reanimasiya dövründə baĢ verən ağırlaĢmalar:
1.
Ürəyin dayanması, mədəciklərin fibrillyasiyası
2.
Kəskin tənəffüs çatmazlığı – asfiksiya
3.
Qanaxma – yaradan, boşluğa (qarın, plevra), orqandaxili
B.
Reanimasiyadan sonrakı dövrdə baĢ verən ağırlaĢmalar:
1.
Kəskin tənəffüs çatmazlığı – atelektaz, pnevmatoraks
2.
Ürəyin dayanması – azan sinirin blokadası
3.
Qanaxma – boşluqlara
Cərrahi əməliyyatdan sonrakı gecikmiĢ dövrdəki ağırlaĢmalar
A.
Əməliyyat yarası sağaldığı müddət:
1.
Yaranın irinləməsi
2.
Anastomozun pozğunluğu:
-
fəaliyyət
-
üzvü
3.
Tikişlərin çatmazlığı
4.
Bitişmə mənşəli keçməzlik
5.
Boşluqlu üzvlərin fistulası
6.
Damarların trombozu, emboliyası
7.
Bağırsaq parezi
8.
Kəskin böyrək çatmazlığı
9.
Eventrasiya
B.
Yaxın və uzaq gələcəkdə baĢ verən ağırlaĢmalar:
1.
Anastomozun pozğunluğu:
-
Üzvü
2.
Bitişmə mənşəli keçməzlik
Dostları ilə paylaş: |