88
Böyüklər və uşaqlarda rektoskopiya zamanı düz bağırsaq polipinin
elektrokoaqulyasiyası üsulu ilə xaric edilməsi geniş tətbiq edilir. Bununla yanaşı
fibroendoskop vasitəsi ilə əməliyyat bir sıra xüsusiyyətlərlə seçilir. Bunlardan ən
başlıcası odur ki, bütün endoskopik operasiyalar qarındaxili üzvlərdə aparılır
(yemək borusunun boyun və döş qəfəsi şöbələrindən başqa), buna görə də hər
hansı travma mediastinit və ya peritonit kimi təhlükəli ağırlaşmalara risk yaradır.
Endoskopik
əməliyyatlardan
sonrakı
ağırlaşmaları
daha
düzgün
qiymətləndirmək üçün onları 2 qrupa bölmək məqsədə uyğun sayılır.
-
Endoskopiya zamanı baş verən ağırlaşmaların davamını əks etdirən
klinik mənzərənin qiymətləndirilməsi;
-
Endoskopik əməliyyatlardan sonrakı ağırlaşmalar.
Qastro-və
duodenoskopiya,
kolonoskopiya
mürəkkəb
instrumental
müayinələrə aiddir, çünki bu zaman təhlükəli ağırlaşmaların inkişafı
ilə nəticələnən
hallara rast gəlinə bilinir. Fibrooptik endoskoplar ortaya çıxmazdan əvvəl mədənin
müayinəsi zamanı aparat keçirilərkən ən çox yemək borusunun perforasiyası
təhlükəsi yaranırdı. Texniki üstünlüklərinə baxmayaraq müasir fibroskopların
qastro-duodenoskopiya zamanı travmatik zədələndirmək ehtimalı mövcuddur.
Yemək borusu və mədənin perforasiyası fibroqastroskopiyanın ağır
zədələnmələrinə aid olaraq qalır. O müayinələrin 0,03%-də müşahidə olunur.
Uşaqlarda qastroduodenoskopiya zamanı üzvlərin perforasiyası qeydə
alınmayıb, bu, müasir, yetərincə elastik və atravmatik pediatriya modelli
fibroskopdan istifadə olunması ilə bağlıdır. Bununla yanaşı endoskopist qeyd
olunan ağırlaşmalardan xəbərdar olmalı və onları vaxtında qiymətləndirmək
bacarığında olmağa borcludur.
Yemək borusunun ən ilişgənli yeri qırtlağın aşağı sıxıcı yeridir. Fibroskopun
hərəkətli qurtaracağı zorla yeridilərkən qırtlağın arxa divarına dirənir və ya yan
armudvari sinusa (cibə) düşür ki, bu zaman yemək borusunun ən yüksək
səviyyəsində perforasiya gətirib törədilə bilir. Buna xəstənin başının düzgün
yerləşdirilməməsi, özünü narahat aparması və ya qırtlaq – udma refleksinin artması
səbəb olur. Yemək borusunun perforasiyası tezliklə xoş gedişli olmayan irinli
89
mediastinitin inkişafına səbəb olur, buna görə də bu ağırlaşmanı vaxtında təyin
etmək vacibdir.
Yemək borusunun zədələnməsinin ilkin əlaməti döş sümüyü arxasında ağrılar
və dərialtı emfizemadır. Dərialtı krepitasiya üzə çıxana qədər az miqdarda olan
havanı rentgenoloji müayinədə asanlıqla aşkar etmək olar.
Mədə perforasiyası nəzərə çarpacaq dərəcədə tez-tez rast gəlinir. Mədə
perforasiyasının xarakterik əlaməti hava ilə mədənin şişirdilməsinin mümkün
olmamasıdır. Cırılmanın böyüklüyü və yerləşmə yerindən, onun aşkara çıxarılma
müddətindən asılı olaraq ağırlaşmanın digər klinik simptomları: qarında ağrılar,
pnevmoperitoneum, sonradan isə lokallaşmış abses və ya peritonit inkişaf edir.
Fibroskopun iltihablaşmış selikli qışada sürtülməsi nəticəsində bir çox
hallarda səthi selikli qışaaltı hematoma müşahidə olunur. Daha geniş (böyük)
selikli qişaaltı hematoma və ya selikli qişa cırılmaları aparatın zorla hərəkəti
zamanı əmələ gələ bilər. Ağırlaşmaya aparan vacib faktorlardan biri endoskopistin
təcrübəsizliyi, xəstənin anatomik xüsusiyyətlərinin düzgün qiymətləndirilməməsi
və texnikadan istifadə bacarığının az olmasıdır. Endoskopiyanın əsas texniki
qaydalarına
riayət edilsə travmatik zədələnmələrdən və ya üzvlərin
zədələnmələrindən
qaçmaq olar;
1.
Ancaq daimi vizual kontrol altında aparatın (tubusun) yerini dəyişmək
olar.
2.
Endoskopun hərəkət etdirilməsindən qaçmaq.
3.
Əvvəlcədən yetərincə hava vurmaq -―insuflyasiyadan‖ sonra aparatın
irəli yeritmək.
Traxeyanın sıxılması – özünəməxsus ağırlaşmadır, bu ancaq uşaq yaşlarında
rast gəlinir. Belə ağırlaşma ən çox kiçik yaş qrupundan olan uşaqların
müayinəsində iri diametrli endoskopdan istifadə edilməsi nəticəsində baş verir.
Yemək borusuna söykənmiş traxeyanın mexaniki sıxılması xarici tənəffüsün
pozulması təhlükəsini yaradır. Belə ağırlaşmanın profilaktikası uşağın yaşına
uyğun olaraq aparatın borusunun seçilməsidir. Lazım gəldikdə xüsusi təyinatlı