Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
 
 
57 
piy toxuması boşluğunun hemmoragik infiltrasiyası və ödemi 
 - mədənin qarının ön divarına sıxılması  
 - mədə-çənbər bağırsaq bağının hemmoragik imbibisiyası 
 - öd kisəsini böyüməsi və gərginliyi, divarların iltihabı dəyişiklikləri 
mədəaltı vəz parenximasının dəyişiklikləri ancaq bir başa baxış zamanı təyin olunur. 
PN-nin xarakterik əlaməti ekksudatın təyin olunmasıdır.Piyli nekroz zamanı mötədil 
miqdarda açıq sarımtıl və ya çəhrayi rəngdə fermentativ ekksudat təyin olunur. 
Hemmoragik PN zamanı ekssudat çox miqdarda – (0,5 l-dən çox) və o hemmoragik 
xarakter daşıyır. Laparoskopik diaqnostikanın dəqiqliyi piyli PN zamanı 100%, 
hemmoragik -93%, qarışıq -90% təşkil edir.  
MRT. 
Alınmış şəkillərdə yuxarıda qeyd olunan bəndə xarakterik dəyişikliklər + mədə altı 
vəzin ölçüləri, strukturu, periton arxası piy toxumasında və mədə altı vəzdə nekrotik 
ocaqların, sekvestrlərin, boşluqların olub, olmaması, irinli ödemlərin və fleqmonanın 
yayılma sərhədləri görmək olar. Cərrahi əməliyyatdan sonrakı dövrdə MRT dinamik 
müşahidələrə imkan yaradır, hətta tək-tək qalmış sekvestrləri, maye toplanmasını 
aşkar edir. 
Xəstənin ağırlıq vəziyyətinin qiymətləndirilməsi 
KP-nin ağırlıq dərəcəsinin ilkin qiymətləndirilməsi 
Yerli simptomatika və labarator göstəriciləri əsasında KP-nin intestisional və ya PN-
un kliniki diaqnostikasını nəzərdə tutur. 
İkinci mərhələdə xəstəliyin ağırlıq dərəcəsinin qiymətləndirilməsi KP xəstələrinin 
fizioloji vəziyyətinin bir sıra klinika labarator qiyməntləndirilmə  inteqral şkalalara 
əsaslanır. Ən çox yayılmış klinik labarator qiyməntləndirilmə  inteqral şkalaları 
Ranson  (1974), İmrie (1984), APACE-П (1984) 
J. Ranson şkalasına xəstəliyin başlanğıcından ilkin 48 saatda təyin olunan 11 kliniki 
və anamnestik obyektiv kriteriylər daxilidir.  
Hər simptom bir bal ilə qiymətləndirilir. 
Proqnostik sistemə aşağıdakı kriteriylər daxildir: 
 
- yaş > 55 yaşdan 


 
 
 
58 
 
- periferik qanda leykositlərin miqdarı > 15 x 10
9
/l 
 
- arterial pO2 < 60 mm/c/sut/ 
 
- qan zərdabında şəkərin miqdarı > 10 mmol/l (şəkərli diabet xəstəliyi  
             olmadıqda) 
 
- qanda sidik cövhərinin miqdarı > 16 mmol/l 
 
- qan zərdabında kalsiumun miqdarı < 2 mmol/l 
 
- qan zərdabında zülalların miqdarı > 600 mkq/l 
 
- qan zərdabında transaminazanın aktivliyi > 100 mkq/l 
Kliniki müayinələr göstərir ki, letal sonluğun proqnozlaşmasında C.İmrie şkalası 
J.Ranson şkalası ilə oxşarlıq təşkil edir. 
W. Knaus əməkdaşları ilə birlikdə təqdim etmiş APACE-2 şkalası intensiv terapiya 
şöbəsindən qəbul olunmuş müxtəlif cərrahi və terapevtik patologiyalı ilə xəstərinin 
ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulub. 
2.2.2. Hemostaz sisteminin müayinə üsulları 
Hemostaz  sisteminin  vəziyyətinin  qiymətləndirilməsi  üçün  aşağıdakı  testlər 
yerinə yetirilmişdir: 
1. Qanın rekalsifikasiya vaxtları 
2. Tromboelastoqrammalar (TEQ), R+K göstəricisi 
3. Protrombin indeksi (PTİ) (Quick A.J..1943) 
4. Aktivləşdirilmiş hissəvi tromboplastin zamanı (Proctor R.B..Rapaport S.Y..1961). 
5. Plazmada fibrinogenin konsentrasiyası (Rutberq R.F.1961). 
6. Plazmada antitrombin III miqdarı (Hesse R..1981). 
7. Qanın fibrinolitik aktivliyi ( Kowalski E..1959). 
8.  Fibrin-monomerin  əriyən  komplekslərinin  səviyyəsinin  müəyyən  olunması  üçün 
protamin –sulfat testlər (Lipinski B.1968). 
9. Fibrin/fibrinogenin deqradasiyası məhsulları (Garwey M.B.. 1972). 
10. Fibrinopeptid A (Mombelli G.1984) 
11. D-dimer (Hillyard C.J.1987). 
12. Trombositlərin miqdarı. 


 
 
 
59 
13. Trombositlərin aqreqasion aktivliyi (induktor kimi ADF-10-10”6 mmol/l istifadə 
etmişlər. 
Hemostaz  parametrlərinin  tədqiqi  dirsək  venasından  punksiya  vasitəsilə 
alınmış qan nümunələrində həyata keçirilmişdir. Qanı silikonla örtülmüş plastik sınaq 
şüşəsinə  yerləşdirmiş  və  3,8%-li  natrium  sitratla  qarışdırmışlar.  Qan/sitrat  natrium 
nisbəti -9:1 olmuşdur.  
2.2.3. Qan plazmasında Oksidativ sressin göstəricilərinin müayinə üsulları. 
1. LPO proseslərinin intensivliyini tiobarbiturat turşusu ilə reaksiyası əsasında 
malondialdehid  (MDA) səviyyəsinə görə qiymətləndirilmişdir . 
2.  Zülal  sulfhidril  qruplarını  (ZSQ)  5.5  ditiobis  köməyi  ilə  Ellman  metodu 
vasitəsilə müəyyən etmişlər (2- nitrobenzoy turşusu) . 
3. Ümumi  zülal Louri metodikası ilə qiymətləndirilmişdir . 
4.  Zülal  karbonil  qruplarını  (ZKQ)  2,4-linitrofenilhidrazin  reaksiyası  ilə  üzə 
çıxarmışlar . 
OS-nin  hemokoaqulyasiya  sisteminə  təsiri  “in  vitro”  model  sistemlərdə 
öyrənilmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
60 
III FƏSİL.Aparılan müayinələrin nəticələri 
3.1.Kəskin pankratitli xəstələrdə ümumi və biokimyəvi müayinələrin nəticələri 
KP zamanı laborator göstəricilərin inteqral dəyərləndirilməsi bizə homeostazın 
kəskin pozulmasını aşkarlamağa imkan verir. 
Mədəaltı  vəzin  zədələnməsinin  həcmindən  asılı  olaraq  qanın  laborator 
xarakterik  göstəriciləri  ilə  özünü  biruzə  verir.  Bu  zaman  33.3%  hallarda  endogen 
intoksikasiya anemiya ilə müşayiət olunur. Leykositlər, CRP, xarakterik olaraqyuxarı 
olması vəleykositar indeksin artması 68% hallarda müşahidə olunur.Daha ağır gedişli 
zədələnmələrdə bu göstərici 79.1%-ə qədər qalxa bilir. Eyni zamanda limfopeniya və 
eozinopeniya  sürətli  inkişaf  edir.  Bu  dəyişiklik  immun  sistemin  ciddi  zəifləməsi 
zamanı 41.7% xəstələrdə formalaşır. Diastaza qanda və sidikdə demək olarki bütün 
xəstələrdə  yüksək  olur,  lakin  bu  mədəaltı  vəzin  zədələnmə,  həmçinin  ağırlıq 
dərəcəsinin  xarakterik göstəricisi deyil və 79.1%  hallarda formalaşa bilir.  
Ümumi  müalicə  prinsilərinə  uyğun  aparılan  kompleks  müalicə  2-3  günə 
fermentlərin enməsinə gətirib çıxarda bilir, lakin sitoliz göstəriciləri normadan yuxarı 
olan  destruktiv  hallarda  bu  nəticəsiz  qalır.  Karbohidrat  mübadiləsinin  pozğunluğu 
hiperqlikemiya  və  qlukozuriya  kimi  ozünü  biruzə  verir  (patoloji  prosesin  bütün 
mədəaltı vəz toxumasını və xüsusən quyruq hissəsini əhatə edərkən). 
Zədələnmə  dərəcəsi  artması  laborator  olaraq  kəskin  şəkildə  hipo-  və 
disproteinemiya, albumin/qlobulin kofisientinin aşağı düşməsi, həmçinin proteinuriya 
ilə  xarakterizə  olunur.  K
+
,  Na
+
  aşağı  enməsi  böyrək  çatışmazlığına  dəlalət  edən 
göstəricilərdən biridir və yanaşı olaraq Ca
++
 2 mmol/l – qədər enməsi artıq pankreasın 
30%-dən çoxunun prosesə cəb olunmasının göstəricisidir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə