Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
 
 
51 
Bu  şkala  dəyişiklikləri  xəstəliyin  nəticəsi  ilə  yüksək  korrelyasiya  səviyyəsinə 
malik  olan  fizioloji  parametrlər  kompleksini,  xəstənin  yaşını  və  müşayiət  edən 
patologiyaları  nəzərə  alır.  Sonradan  APACHE  II-dən  başqa  biz,  POÇ  ağırlığının 
qiymətləndirilməsi  üçün  nəzərdə  tutulmuş    SOFA  şkalasından  da  istifadə  etdik. 
SOFA  şkalası  ilə  altı  orqan  və  sistemin  disfunksiya  dərəcəsini  özündə  əks  etdirən 
summar  göstəricini  təyin  etdik,  hansı  ki  kiliniki  tədqiqatı  standartlaşdırmağa  inkan 
verir . 
Hemostaz  sistemini  qiymətləndirmək  məqsədi  ilə  trombositlərin  sayı, 
trombositlərin  ADF-aqreqasiyası,  tromboelastoqramma  əsasında  R+K  göstəricisi, 
tromboplastinin  hissəvi  aktivləşdirilmiş  vaxtı,  protrombin  indeksi  (Pİ),  fibrinogen-
fibrinomer  həll  olunmuş  komplekslərinin,  antitrombin  III,  fibrinopeptid  A,  D-dimer, 
fibrin/fibrinogenin  deqradasiya  məhsullarının  miqdarı,  qanın  fibrinolitik  aktivliyi, 
APTZ  (aktivləşmiş  parsial  tromboplastin  zamanı)  eyni  zamanda  qanda  pankreatik 
fermentlər, qaraciyər sınaqları (ALT, AST, QQT, bilurubin və fraksiyaları), C-reaktiv 
zülal müəyyən olunmuşdur. 
YDLS  diaqnostikası  məqsədi  ilə  Z.  S.  Barkaqan  və  V.  Q.  Lıçevun  tərəfindən, 
etibar  ölçülərinin  (E.Ö.)  hesablanması  əsasında    hazırlanmış,  sindromun  yaranma 
etimalını əks etdirən, alqoritmdən istifadə olunmuşdur. 
OS-nin dərəcəsi haqda zülalların oksidləşmə modifikasiyası (zülallarda sulfhidril 
qruplarının  miqdarı),  zülallarda  karbonil  qruplarının  konsentrasiyası  və  lipidlərin 
peroksidləşmə  dərəcəsinə  əsaslanaraq  (malon  dialdehidin  dərəcəsi-MDA)  mühakimə 
yürüdülmüşdür. 
Xəstələrin  müayinəsi  stasionara  qospitalizasiyadan  və  əməliyyata  göstərişdən 
sonra  başlanmışdır.  Sonradan  isə  müayinə  ən  yaxın  əməliyyatdan  sonrakı  dövrün 
yeddi  sutkası  ərzində  gündəlik    olarak,  yəni  xəstəliyin  kəskin  dövrü  ərzində 
aparılmışdır. 
Müayinələrin  aparılması  prosesində  bütün  xəstələr  dörd  qrupa  bölünmüşdür. 
Birinci (kontrol) qrupun xəstələrinə (p=41) hər 6 saatdan bir dərialtına 5000 BV FOH 
(Fraksiya  Olunmuş  Heparin)  sutkada  20000  TV    yeridilmişdir.  Ikinci  qrupa  (p=32) 
isə infuzomat vasitəsilə fasiləsiz olaraq venadaxili FOH təyin olunan  xəstələr daxil 


 
 
 
52 
edilmişdir.  FOH  dozası  150V/kq/sutkadan  300  V/kq/sutka  arasında  olmuşdur. 
Onlarda  heparinin  müxtəlif  dozalarının  (150  V/kq/sut,  200  V/kq/sut,  250V/kq/sut, 
300V/kq/sut)  hemostaz  göstəricilərinə  təsiri  öyrənilmişdir.  Qan  alınana  qədər 
heparinoterapiyanın minimal müddəti beş saat olmuşdur. Üçüncü qrupun xəstələrinə 
(p=24)  infuzomat  vasitəsilə  250V/kq/sut  dozada  venadaxili  FOH  yeridilmişdir. 
Dördüncü  qrupun  xəstələrinə  (p=28)  isə  hər  on  iki  saatdan  bir  venadaxilinə  FOH 
yeridilmişdir.  Dördüncü  qrupun  xəstələrinə  (p=28)  heparinoterapiyanı  (yeridilmə 
sxemi  və  dozası  üçüncü  qrupun  xəstələrinə  uyğun  olmuşdur)  meksidolun  100  mq 
sutkada  3  dəfə  venadaxili  yeridilməsi  ilə  birləşdirmişlər.  Birinci,  ikinci,  üçüncü  və 
dördüncü  qrupun  xəstələrinə  heparinlə  terapiyanı  bütün  müşahidə  dövrü  ərzində 
aparmışlar  (7  gün).  Tədqiq  edilən  göstəricilər  əməliyyatdan  əvvəl  və  əməliyyatdan 
sonrakı  1-ci,  3-cü,  5-ci  və  7-ci  sutkalarda  müəyyən  edilmişdir.  Normal  göstəricilər 
müayinədən keçən xəstələrə yaşca uyğun olan 15 sağlam donorun müayinəsi zamanı 
təyin edilmişdir. 
2.2. Müayinə üsulları 
Iş ərzində qarşıya qoyulan məsələlərin həlli və pankreatik göstəricilər həmçinin 
hemostaz  parametrlərinin  vəziyyətinin  kontrolu  üçün  instrumental-laborator 
metodlardan istifadə olunmuşdur. 
2.2.1.Biokimyəvi müayinə üsulları. Kəskin pankreatitin diaqnostikası   
 
Qaraciyər  və  böyrəklərin  funksional  vəziyyətinin  və  onların  disfunksiya 
dərəcəsinin öyrənilməsi üçün qan zərdabında ümumi zülal və albuminin miqdarı,  
bilirubinin 
konsentrasiyası, 
lipaza, 
aspartataminotransferazanın 
və 
alaninaminotransferazanın  aktivliyi,  kreatinin  və  sidik  cövhərinin  miqdarı  müəyyən 
edilmişdir.  Qan  qazları,  turşu-qələvi  vəziyyəti  və  elektroli  tərkib      göstəriciləri, 
hemoqlobin konsentrasiyası (Hb), Hb oksigenlə doydurulması müəyyən edilmişdir. 
Yığılmış təcrübə və diaqnostika texnikasını mükəmmələşməsini nəzərə alaraq 
mədə altı vəzin lokal dəyişikliklərinin diaqnoatikası bugünkü günə çətinlik törətmir. 
Lakin  mədəaltı  vəzin  dəyişikliklərinin  həcminin  təyin  olunması  hələ  də  həll 
olunmamış  məsələdir. Bu gün diaqnostik metodlardan heç biri   minimal invazivliyi 


 
 
 
53 
və PN-un tam obyektiv qiymətləndirilməsi tələblərinə cavab vermir. Əgər gələcəkdə 
kimsə  KP-nin  ödemli  və  nekrotik  formalarını  bir  və  ya  bir  necə  labarator 
göstəricilərinə  görə  fərqlənmə  sistemini  təklif  etsə,  bu  zaman  KP-nin  klassifikasiya 
problemləri həll olunmuş olur. 
Daha çətin məsələ KP-nin erkən diaqnostikasıdır. Bir müddət əvvəl destruktiv 
pankreatit diaqnostik səhvlərin tezliyi xəstəxanaya daxil olarkən 30%, stasionarda isə 
10%-  təşkil  edirdi.  KP-nin  diaqnostikası  geniş  diaqnostik  proqramın  nəticələrini 
nəzərə  alaraq  formalaşmalıdır.  Diaqnostikanın  məqsədləri  xəstəlik  faktından  əlavə 
xəstəliyin  formasını,  mərhələsini,  ağırlaşmalarının  olub,  olmamamsını  və  patoloji 
prosesin  gələcək  gedişatının  proqnozlaşdırılmasıdır.  İstifadə  olunan  instrumental 
metodlar  bəzi  hallarda  müalicə  faktorlarına  çevrilirlər.  Ancaq  kompleks  müayinə 
mədə  altı  vəz,  piy  cibliyi,  periton  arxası  piy  toxumasında  inkişaf  edən  və  mövcud 
olan  dəyişiklikləri  təyin  etməyə  imkan  verir.  KP-nin  müxtəlif  mərhələlərində 
(stasionar  öncəsi,  stasionarın  qəbul  şöbəsi,  ümumicərrahi  və  ya  ixtisaslaşdırılmış 
şöbə,  cərrahi  əməliyyat  zamanıə  və  öncə)  diaqnostikası  eyni  deyil.  Stasionarda  KP 
diqnozunun  dəqiqləşdirilməsindən  başqa  onun  kliniki  funksional  və  morfoloji 
formalarını və həmcinin xəstəliyin konkret səbəblərini təyin etmək lazımdır.  
Laborator monitorinqin əsas istiqamətləri: 
1.  Aktiv  pankreatik  fermentlərin  qanda  (L-amilaza,lipaza,  tripsin),  sidikdə  və 
eksudatda  təyini. Amilazanın səviyyəsinin artması 78-94%, lipazanın sidiydə artması 
67-84%, 
lipazanın 
qanda 
artması 
63% 
xəstələrdə 
təyin 
edilir. 
          2.  Transaminaza,  elastaza,C-reaktiv  proteinin  səviyyəsindən  və  həmcinin 
hipokalsemiya  və  hipoalbuminemiya  pankreatik  destruksiya  və  proteolizin  ingibə 
etmə sisteminin aktivləşmə dərəcəsini  və  xarakterini qiymətləndirir. 
 3. 
Transaminidaza–pankreasitlərin 
mitoxondrilərində 
lokalizə 
olunmuş 
pankreospesifik  fermentdir.  Normada  qanda  bu  ferment  yoxdur.  KP-nin  ödemli 
formasında  da  qanda  bu  ferment  mövcud  deyil.  Pankreonekroz  zamanı  bu  ferment 
bütün  xəstələrdə  təyin  olunur.  Müxtəlif  morfoloji  qruplarda  transaminaza 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə