Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
 
 
54 
səviyyəsinin dəqiq  fərqi təyin olunmur. Ancaq S-reaktiv proteinin dərəcəsi əsasında 
pankreonekrozun  təyin  olunması  93%-ə  çatır.  Kalsiumun  miqdarı  1,5  mmol/l 
səviyyəsindən 
aşağı 
düşməsi 
yaxşı 
diaqnostik 
əlamət 
sayılmır. 
Qaraciyər  funksional  pozğunluqları  təyin  etmək  üçün  hepatospesifik  (urokinaza, 
LDG,  ALT,  AST,  QF)  fermentlərin  və  qeyrispesifik  (ümumi  zülal,  xolesterin, 
bilirubin və onun fraksiyaları, kreatinin, sidik cövhəri, şəkər) göstəricilərin səviyyəsi 
təyin  olunur.  Daha  dəqiq  qaraciyər  fermenti  hepatositlərin  nüvələrində  yerləşən 
urokinaza fermentidir. Bilirubin və onun fraksiyalarının, ümumi zülal və xolesterinin 
təyini  zamanı  müəyyən  olunmuşdur  ki,  bilirubin  və  sidik  cövhərinin  maksimal 
göstəriciləri  mədə  altı  vəzin  subtotal  və  total  zədələnmələri  zamanı  aşkar  olunur. 
Həmçinin,  bu  qrup  xəstələrdə  hipoproteinemiya,  albumin-qlobulin  kofisientinin 
azalması,  b  və  L2  qlobulinlərin  çoxalması  qeyd  olunur.  Qanda  şəkərin  miqdarı  12 
mmol/l  səviyyəsindən  çoxalması  yaxşı  proqnostik  əlamət  sayılmır.  KP-li  xəstələrdə 
leykositoz, leykositar formulanın sola dəyişməsi, limfopeniya,  anezinopeniya, EÇS- 
nin  çoxalması  qeyd  olunur.  Ödemli  pankreatit  zamanı  Lİİ-1.7,  piyli  PK-2.4, 
hemmoragik–3,4  göstəriciləri  arasında  dəyişilir.  Pankreonekrozun  proqressivləşmə 
zamanı  kecirilən  intensiv  terapiyaya  baxmayaraq  Lİİ  yuxarı  olaraq  qalır  və 
çoxalmağa  meylilik  göstərir.  Lii  ilə  bərabər  limfositlərin  ümumi  miqdarı  azalır, 
neytrofillərin  miqdarı  çoxalır.  Qanın  laxtalanma  və 
laxtalanmaəleyhi
  sistemlərinin 
müayinəsi  zamanı  fibrinogen  səviyyəsinin  qalxması  retroqrad  vaxtının  və  total 
koaqulyasiya  vaxtının  azalması  qeyd  olunur.  TEQ  zamanı  qanda  antiplazmin 
aktivliyinin  çoxalma  nəticəsində  fibrinolizin  tormozlanması  qeyd  olunur.  Eyni 
zamanda  qanın  realoji  xüsusiyyətləri  kəskin  pisləşir.  Hemorragik  pankreonekroz 
zamanı  ilk  günlərdə,  əksər  hallarda  hipokoaqulyasiya,  piyli  pankreonekroz  zamanı 
hiperkoaqulyasiya  qeyd  olunur.  Endogen  intoksikasiya  fonunda  neytrofil 
qranulositlərinin sitokimyəvi və faqositar aktivliyinin kəskin dəyişiklikləri müəyyən 
olunur.  Hemostazın  digər  parametlərinin  o  cümlədən  hemostazın  humoral  və 
hüceyrəvi  komponentlərinin  dinamik  kontrolu  zamanı  koaqulyasiya  potensialının 
çoxalması,  antikoaqulyasiya  qabiliyyətinin  azalması  trombositlərin  aqreqasiya 
aktivliyiynin  pozulması,  fibrinolizin  ingibə  olunması  müəyyənləşdirilir.  Hemostaz 


 
 
 
55 
pozulmaların  patogenetik  komponentləri  kimi  fosfolipaza  aktivliyinin  çoxalması  və 
lipidlərin peroksid oksidləşmə proseslərinin intensivləşməsini qeyd etmək olar. 
KP-in şüa diaqnostikası:  
İlk növbədə ağciyərin vəziyyəti, diafraqmanın yerləşməsi və funksiyası, plevral 
boşluqlarında  maye  olub,  olmaması  rentgenoskopiya  ilə  müəyyənləşdirilir.  15,1% 
ödemli pankreatili və 42% pankreonekrozlu xəstələrdə ağciyər və plevral boşluqlarda 
dəyişikliklər qeyd olunur. Vacib əlamətlər: 
- qarın boşluğunda sərbəst qaz  
 - sərbəst maye 
 - mədə və köndələn çənbər bağırsaq arası məsafənin artması 
 - qarın boşluğunun yuxarı yarısının kölgələnməsi 
 - mədənin qabağa irəliləməsi 
Mədə altı vəz toxumalarının, biliar sistemin, parapankreatik və periton arxası piy 
toxumasının vəziyyətinin qiymətləndirilməsi üçüçn USM skrininq metod olaraq qalır. 
40-85%-də USM yüksək dəqiqlik ilə KP-in formalarını differensasiya etmək imkanı 
yaradır.  PN-nin birbaşa exoqrafik əlamətləri: 
-mədə altı vəzin bütün şöbələrinin qabaq arxa ölçülərinin artması; 
-mədə altı vəzin əhəmiyyətli dərəcədə böyüməsi və onun parenximasının  
sıxlığının azalması zamanı onun proyeksiyası ümumi hipoexogen törəmə kimi 
 görünür; 
-mədə altı vəzi əhatə edən damarlar belə vəziyyətdə aşkar olunmur, bu da  
orqanın ağır zədələnməsi haqqında xəbər verir
Ödemli  pankreatitdən  fərqli  olaraq  pankeonekroz  zamanı  mədə  altı  vəzin 
strukturunun exogenliyi qeyri həmcinsdir. 
USM zamanı KP-nin dolayı əlamətləri: 
 
- poliserozit sindromun exoqrafik əlamətləri. PN xəstələrinin 90,8-95% 
             hallarda qarın boşluğunda sərbəst maye qeyd olunur.  
 
- piy cibliyində kəskin maye toplanması  
 
- cənbər bağırsagın parezi PN- un ən çox rast gələn əlamətidir. 


 
 
 
56 
 
- ağır PN zamanı mədənin parezi qeyd olunur 
 
- toksiki hepatit 
Dinamik exokardioqrafiya zamanı saxlanılmış qaz sıxlıqlı (12-24 v), konturların 
qeyri dəqiqliyi,  mədəaltı vəzi əhatə edən damarlarda qan dövranının 2 və daha çox 
dəfə çoxalması destruktiv  pankreatitin proqressivləşməsi haqqında məlumat verir.  
           Doppleroqrafiya. 
Normada mədə altı vəz damarlarla çox əhatə olunubsa, PN zamanı doplerin energetik 
rejimində exoskan edilmə zamanı nekroz zonalarının qansızlaşması müşahidə olunub. 
           Komputer Tomoqrafiya  diaqnostikası. 
Bir çox cərrahların və rentgenoloqların fikrincə KT KP-nin və onun ağırlaşmalarının 
diaqnostikasının ən həssas metodudur. KT göstəricilərini dəqiqliyi 75-100%-dir. Bu 
metodun çatışmayan xüsusiyyəti çoxlu şüalanma və yüksək qiymətidir. 
E.Balthazar KT zamanı aşkar olunmuş dəyişiklikləri KP-in ağırlıq dərəcəsindən asılı 
olaraq aşağıda qeyd olunun kimi klasifikasiya etməyi təklif edib. KT-in 
göstəricilərinə əsasən 0,5 ağırlıq dərəcəsini qeyd edir, hansılar ki, vəzin zədələnmə 
xarakterinin və maştabının inteqral qiymətləndirmə şkalasını cəmləşdirilir. 
   a) normal   mədə altı vəz (0 bal) 
   b) mədə altı vəzin lokal və ya diffuz böyüməsi ilə yanaşı onun toxumasında  
       qeyridəqiq konturlu hipotenziv sahələr və genişlənmiş pankreatik axarlar. (2 bal) 
   c) b bəndinə xarakterik dəyişikliklər + parapankreatik piy toxumasının infiltrasiyası 
   d) c bəndinə xarakterik dəyişikliklər + mədə altı vəzdən kənar tək-tək mayeli 
       törəmələr. (3 bal) 
   e) d bəndinə xarakterik dəyişikliklər + mədə altı vəzdən kənar çoxlu mayeli 
        törəmələr. (3 bal) 
 Laparoskopik diaqnostika 
Bu müayinə Kp- nin dolayı əlamətlərinə əsaslanır: 
 - hemmoragik və ya serroz sarımtıl rəngdə ekssudatla 
 - böyük və kiçik piylik , müsariqə və qaraciyərin  girdə  bağında steatonekroz 
ocaqları 
 - nazik və köndələn çənbər bağırsağın müsariqə kökünun qatılması ilə periton arxası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə