Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
 
 
48 
II  FƏSİL. Klinikimüşahidələrin ümumi xarakteristikası və müayinə üsulları 
2.1 Kliniki materialları  ümumi xarakteristikası. 
Hal-  hazırki  iş  ərzində  destruktiv  pankreatit  səbəbindən  cərrahi  və  intensiv 
reanimasiya şöbələrinə daxil olan 125 xəstə (72 kişi və 53 qadın) üzərində aparılan 
kompleks  müayinə və müalicə nəticələrinin analizi həyata keçirilmişdir. Xəstələrin 
yaşı  23-75  arasında  olmuşdur.  Xəstələrin  yaşa  görə  paylanması  cədvəl  1. 
göstərilmişdir. 
Xəstələrin yaşa görə paylanması. 
                                                                                                               Cədvəl 2.1  
Yaş 
Xəstələrin sayı 125 
Xəstələrin 
ümimi 
sayından olan faizi 
23-30 

7,2 % 
31-40 
27 
21,6 % 
41-50 
34 
27,2 % 
51-60 
28 
22,4 % 
61-75 
27 
21,6 % 
 
Bütün  xəstələr  şikayətləri  başladıqdan  12-24  saat  ərzində  xəstəxanaya  müraciət 
etmişlər.  Diaqnoz,  anamnez,  klinik  şəkil,  laborator  analiz  və  instrumental  müayinə 
metodlarının göstəricilərinə əsasən qoyulmuşdur. 55(44,0%) xəstədə qarın boşluğunun 
laparoskopik  drenajlanması,  eyni  zamanda  bunlardan  36(28,8%)  xəstədə  isə, 
xolesistektomiya,  qarın  boşluğunun  və  piylik  kisəsinin  drenləşdirilməsi 
aparılmışdır.Kəskin  destruktiv  pankreatit  zamanı  yayılmış  irinli  peritonitli 
xəstələrdə(16  xəstə-12,8%)  qarın  boşluğunun  sanasiyası  və  peritonit  mənbəyinin  


 
 
 
49 
ardan qaldırılması ilə laparotomiya həyata keçirilmişdir.54(43,2%) xəstədə isə aparılan 
ümumi  konservativ  müalicə  ilkin  yaxşılaşma  ilə  nəticələnmiş  və  cərrahı  müdaxiləyə 
ehtiyac  olmamışdır.  Əməliyyat  olunmayıb  konsevativ  müalicə  alan,  həmçinin 
əməliyyatdan öncəki və sonrakı dövrdə xəstələrdə hemodinamikanın, su-elektrolit və 
turşu–qələvi  pozğunluqların  stabilləşməsinə  yönəldilmiş  kompleks  infuzion  terapiya 
aparılmışdır.  
Əməliyyatdan  sonrakı  müalicə  hemodinamika  göstəricilərinin  stabilləşməsi, 
ağciyər  ağırlaşmalarının  profilaktikası,  volemik  dəyişikliklərin,  su-elektrolit 
balansının,  turşu-qələvi  vəziyyətinin,  zülal  və  energetik  balansların  korreksiyasına 
yönəldilmiş  tədbirlərdən  ibarət  olmuşdur.  Əlavə  olaraq  massiv  antibakterial, 
antiferment  və  sürətləndirilmiş  diurezlə  aparılan  dezintoksikasion  terapiya 
aparılmışdır. 
Kəskin destruktiv pankreatit zamanı əməliyyataqədərki dövrdə bəzi xəstələrdə 
əsas xəstəlikdən əlavə yanaşı gedən  patologiyalarda da müşahidə edilmişdir: ürəyin 
işemik  xəstəliyi,  hipertoniya,  xroniki  bronxit  və  s.  xəstələrdə  ən  çox  kompensasiya 
mərhələsında  olan  ürək-damar  patalogiyası  olmuşdur,  hansı  ki  əsas  xəstəliyin 
nəticəsinə təsir etməmişdir. 
Əməliyyatdan  öncəki  dövrdə  xəstələrdə  hemodinamikanın,  su-elektrolit  və 
turşu–qələvi  pozğunluqların  stabilləşməsinə  yönəldilmiş  infuzion  terapiya 
aparılmışdır.  
Əməliyyatdan sonrakı dövrdə dinamik kliniko-laborator müşahidə və intensiv 
terapiyanı  CRŞ  şəraitində  aparmışlar.  Əməliyyatdan  sonrakı  terapiya  hemodinamik 
göstəricilərin  stabilləşməsinə,  ağciyər  ağırlaşmalarının  profilaktikasına,  volemik 
pozğunluqların, su-elektrolit balansının, turşu-qələvi vəziyyətinin, zülal və energetik 
balansın    korreksiyasına  yönəldilmiş  tədbirlərdən  ibarət  olmuşdur.  Əlavə  olaraq 
massiv  antibakterial,  antiferment  və  məcburi  diurezlə  dezintoksikasion  terapiya  da 
aparılmışdır. 
Infuzion-transfuzion 
terapiyanın 
komponentləri 
kimi 
dekstran, 
hidroksietilnişasta  məhlullarından,  elektrolitlərin  balanslaşdırılmış  məhlulları, 
fizioloji məhlul,  qlükoza məhlulları, albumin, plazma və eritrositar kütlədən istifadə 


 
 
 
50 
olunmuşdur.  Infuzion  terapiyanı  mərkəzi  venoz  təzyiqin  göztəricilərinin  kontrolu 
altında həyata keçirmişlər. Məhlulların köçürülməsi mərkəzi venoz təzyiqin kontrolu 
üçün mərkəzi venaların punksiyası və kateterizasiyası aparılmışdır.  
 
Xəstə  orqanizminin  azota  və  kaloriyə  olan  ehtiyacları  aminturşu  qarışıqları, 
karbohidrat məhlulları və yağ emulsiyaları ilə ödənmişdir.  
Mədə-bağırsaq  traktının  motorikasını  normaya  salmaq  və  parezin  aradan 
qaldırırlması üçün ümumi qəbul olunmuş dozalarda serukal, prozerin, hipertonuk və 
təmizləyici imalələr təyin olunmuşdur. Mədənin dekompressiyası nazoqastral zondun  
yeridilməsi yolu ilə həyata keçirmişlər. 
Irinli ağırlaşmaların müalicəsi üçün geniş təsir spektrli antibiotiklərdən istifadə 
olunmuşdur  (sefalosporinlər,  karbapenemlər, aminoqlikozidlər). 
Trombotik və tromboembolik ağırlaşmaların qeyri-spesifik profilaktikası üçün 
aşağı ətrafların elastik bintləməsinə müraciət etmişlər.  
KP-nin  ağırlıq  dərəcəsinin  ilkin  qiymətləndirilməsi  yerli  simptomatika  və 
labarator  göstəriciləri  əsasında  KP-nin  intestisional  və  ya  PN-un  kliniki 
diaqnostikasını  nəzərdə  tutur.  İkinci  mərhələdə  xəstəliyin  ağırlıq  dərəcəsinin 
qiymətləndirilməsi  KP  xəstələrinin  fizioloji  vəziyyətinin  bir  sıra  klinika  labarator 
qiyməntləndirilmə    inteqral  şkalalara  əsaslanır.  Ən  çox  yayılmış  kliniki-labarator 
qiyməntləndirilmə  inteqral şkalaları Ranson (1974), İmrie (1984), APACE-П (1984) 
olduqları  üçün  bizdə  eyni  zamanda  daha  məqsədəuyğun  olaraq  bu 
dəyərləndirmələrdən istifadə etmişik. 
CRŞ-nə  qəbul  olunduqdan  sonra  xəstənin  vəziyyətini  ümumi  qəbul  olunmuş 
kriteriyalara - dəri səthlərinin və görünən selikli qişaların rəngi və nəmliliyi, arterial 
təzyiq,  ürək  vurğularının  tezliyi,  tənəffüs  tezliyi,  bədən  temperaturuna  görə 
qiymətləndirmişlər, hemoqlobin konsentrasiyası  və hematokrit səviyyəsi, biokimyəvi 
və koaqulyasion göstəriciləri öyrənilmiş, qanın və sidiyin ümumi analizi edilmişdir. 
CRŞ-də  olduğu  ilk  sutkalarda  müayinə  və  laborator  göstəriciləri  əsasında  xəstənin 
vəziyyətinin  ağırlıq  dərəcəsi  APACHE  II  bal  qiymətləndirmə  sistemi  ilə 
qiymətləndirilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə